Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib .....                     Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub .....                     "Xəstəliyə tutulmuşam, dözə bilmirəm" .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb .....                     Qəzaya uğrayan təyyarədəki sərnişinlərin tam siyahısı və ADLARI .....                     Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı .....                     AZAL təyyarəsinin yerə çırpıldığı an .....                     AZAL məlumat açıqladı: SAĞ QALANLAR VAR... .....                     Əziz Orucovun məhkəməsi başlayıb .....                     Qəzaya uğrayan təyyarədəki sərnişinlər bu ölkənin vətəndaşlarıdır .....                     AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində on nəfər sağ qalıb .....                     "Bu nadürüst Azər o zaman həbs olunmalı idi..." .....                     Qəzaya uğrayan təyyarəmizdən GÖRÜNTÜLƏR .....                     Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU... .....                     Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıb .....                     "Sənə niyə əlillik verim, dövlətin pulunu sizə niyə verməliyik?" .....                     AZAL-ın təyyarəsi quş sürüsü ilə toqquşdu: .....                     400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır .....                     Blogerlər qəzaya düşüb .....                     ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... .....                     Yeni Suriyada kürdlərə yer varmı? .....                     Azadlıq xalqa lazımdır! .....                     Xocalıda 82 evin təmiri 3 milyon manata .....                     Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu .....                     Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... .....                     434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı .....                     Yeni il ərəfəsində quş əti bahalaşıb? .....                     Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib .....                     Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR .....                     “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı .....                     Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? .....                     Bakıda nə planlaşdırılır? .....                     Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır .....                     Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar .....                     "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." .....                     Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... .....                     Son qərar üçün AZ VAXT QALDI .....                     Dünyanın bölüşdürülməsində biz də varıq! .....                     Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU .....                     COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... .....                 

Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Tarix: 28-10-2024, 14:00 | Çap et
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı
Dünən axşam saatlarında Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Qalan iki məntəqədən birinin nəticələri ləğv olunub. Məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli Hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.

Gürcüstan müxalifəti və müxalifəti dəstəkləyən Prezident Salome Zurabişvili seçkilərin nəticələrini tanımayıb. Gürcüstan Prezidenti xalqı dinc etiraz aksiyalarına çağırıb. Zurabişvili parlament seçkiləri ilə bağlı bəyanatında qeyd edib ki, oktyabrın 26-da keçirilən seçkilər total saxtakarlıqla yadda qalıb: “Bu gün burada ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, saxtakarlıq, səslərinizin tamamilə oğurlanması idi”. Zurabişvili vətəndaşları oktyabrın 28-də dinc etiraz aksiyasına çağırıb.

“Birlik – Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası” partiyaları isə deputat mandatlarından imtina ediblər. Təşkilatların liderləri ayrı-ayrılıqda keçirdikləri mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinə dair elan etdiyi ilkin nəticələri tanımadıqlarını və deputat mandatlarından imtina etdiklərini açıqlayıblar.

Partiya liderləri seçkilərin saxtalaşdırılması üçün bir neçə üsuldan, xüsusilə yoxlama sisteminin manipulyasiyasından, etiketləmə qaydalarının pozulmasından istifadə edildiyini bildiriblər.

Qonşu ölkədə seçkiləri müşahidə edən beynəlxalq missiyalar da seçkilərin nəticələrindən narazı qalıblar.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçi missiyası Gürcüstanda keçirilən parlament seçkilərində səsvermə günü iki fərqli hal müşahidə edib. Bu barədə nümayəndə heyətinin rəhbəri Culian Bulay deyib.

“İki hal var idi. Biri səsvermə prosesinin yaxşı təşkil olunduğu məntəqənin içərisində, digəri isə məntəqələrdən kənarda. Seçki məntəqələrindən kənarda, xüsusən də kəndlərdə rüşvət, seçicilərə təzyiq və hədə-qorxu gəlmə halları oldu. Bütün bunlar dövlət qurumlarının seçkilərə qərəzsizliyi ilə bağlı suallar doğurur”, - Bulay bildirib.

“Biz seçki şəraiti, xüsusən də seçkinin nəticələrinə etimadı sarsıdan qeyri-bərabər şərtlərlə bağlı narahatlığımızı bildiririk. Bu problemlər səlahiyyətli orqanlar tərəfindən həll edilməlidir”, - deyə AŞPA rəsmisi vurğulayıb.

AŞPA nümayəndə heyətinin rəhbəri hesab edir ki, bütövlükdə seçkilərin keyfiyyəti seçkiqabağı dövrü əks etdirir: “Bu seçkilər yüksək qütblü siyasi və media mühiti, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrət dolu ritorika və Prezident Administrasiyasına qarşı antaqonizmlə yadda qaldı. Seçkilərin keyfiyyəti seçkiqabağı dövrü əks etdirdi”.

Beynəlxalq müşahidəçilər həmçinin “hakim partiya arasında maliyyə resurslarının əhəmiyyətli balanssızlığını” qeyd ediblər. Onların fikrincə, bu, "onsuz da qeyri-bərabər oyun sahəsinə töhfə verib".

Eyni zamanda, onlar vurğulayıblar ki, qanunvericilikdə, o cümlədən “Xarici agentlər” haqqında qanunda edilən dəyişikliklər seçkilər öncəsi fundamental azadlıqlara və vətəndaş cəmiyyətinə mənfi təsir göstərib.

Digər mənfi tendensiya seçkilərin işıqlandırılmasında aşkar siyasi qərəzlilik və medianın siyasətçilərdən maliyyələşmədən asılılığıdır.

ATƏT Parlament Assambleyası isə daha yumşaq bəyanat verib. “Gürcüstanda parlament seçkiləri rəqabət şəraitində keçirilib”, - deyə Tiflisdə keçirilən mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Pia Kauma deyib.

“Bu parlament seçkiləri rəqabətli olub. Ona görə ki, seçicilər 18 seçki subyekti arasında seçim etmək imkanına malik olublar. Bu, iqtidarla müxalifət arasında seçki deyildi. Müxalifət partiyalarının özləri arasında da fəal rəqabət var idi”, ATƏT PA rəsmisi qeyd edib.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkiləri üzrə beynəlxalq müşahidə missiyası 42 ölkədən 529 müşahidəçidən, o cümlədən 380 ATƏT-in DTİHB eksperti, uzunmüddətli və qısamüddətli müşahidəçilərdən, 60 parlamentari və ATƏT PA-nın əməkdaşlarından, AŞPA-dan 39, NATO-dan 38 nəfərdən ibarət olub.

Qonşu ölkədə keçirilən seçkilərlə bağlı fikirlərini bildirən Respublikaçı Alternativ Partiyanın (REAL) sədri Natiq Cəfərli AYNA-ya deyib ki, müəyyən seçki məntəqələrində seçki pozuntusu olsa da, ümumilikdə seçkilər baş tutub: “Bizim üçün əsas maraqlı olan qonşu ölkədə sabitlik və oradakı soydaşlarımızın vəziyyətidir. Gürcüstanda yaşayan soydaşlarımız həmişə kimi hakimiyyətdədirsə, əsasən, o siyasi qüvvəyə də səs verirlər – Saakaşvilinin vaxtında onun partiyası 80% civarında səs alırdı. Sonra da İvanaşvilinin partiyası, yəni indi qalib gələn “Gürcü Arzusu” eyni civarda səs alır. Bunun səbəbləri çoxdur. Soydaşlarımız real gücü əlində olan siyasi partiya ilə arasını pozmaq istəmir. Düşünür ki, indi güc kimdədirsə, ondan yana olmaq “sağ qalmaq” lazımdır. İkincisi, soydaşlarımızın çoxu gürcü dilini yaxşı bilmirlər, siyasi proseslərdən, debatlardan uzaqdırlar, ideoloji deyillər, siyasi partiyalara da ideoloji baxmırlar. Amma mühafizəkardılar, düşüncə olaraq az da olsa, “Gürcü Arzusu”na yaxındılar. Eyni zamanda, Saakaşviliyə hörmətləri qalıb, çünki polis özbaşlalığından, rüşvətdən onun azad etdiyini düşünürlər. Amma ki, “Gürcü Arzusu” 12 ildir hakimiyyətdədir, bu sahədə eyni xətt davam edir deyə, daha arxayındılar ki, bu sistemdən geri dönüş yoxdur”. “Ümumiyyətlə, Gürcüstanda başqa bir təbliğat da işləyir – “müxalifət gəlsə müharibə olacaq”, tezisini eşidiblər. Buna çoxları inanır ki, seçkilərin nəticəsinə də təsirsiz ötüşmür. Bundan başqa, təbliğatda Qərbin “azlıqlar” mövzusunda israrı, indiki hökumətin isə dəyərləri müdafiə etməsi də geniş yayılıb”, - Cəfərli əlavə edib.

REAL rəhbəri qeyd edib ki, Gürcüstanda Azərbaycanın marağı sabitlikdir: “Qarşıdurmanın olmaması, demokratik Gürcüstanın inkişafı deməkdir. Çünki, Gürcüstan Azərbaycanın iqtisadi uzantısıdır, vacib körpüdür. Gürcüstanla bağlı yayılan miflər də çoxdur. Məsələn, bildirilir ki, indiki Gürcüstan hakimiyyəti Avropadan uzaqlaşır. Amma elə deyil. “Gürcü Arzusu” Qərbə inteqrasiya yolundan imtina etməyib, bunu hər dəfə dilə gətirirlər. Konstitusiyalarında Avroatlantik məkana inteqrasiya yer alıb, Qərblə qarşıdurma isə iki qanun layihəsinə görə baş verib ki, burada da Qərbin “cığallığı” daha çoxdur. Qərbdəkilər anlamaq istəmirlər ki, Gürcüstan və gürcü toplumu konservativ-dindar toplumdur, “azlıqlar” məsələsinə başqa cür baxırlar. Kilsə çox güclüdür, kilsənin mövqeyi də bəllidir, təsiri çoxdur. Bütün bunları nəzərə almadan, “siz də Hollandiyada olan kimi qanunlar qəbul edin”, israrı absurddur, yanlışdır. Bu, seçkilərə öz təsirini göstərmiş olsu. “Xarici agentlər” haqqında qanun məsələsində də reallıq başqadır. Həmin qanun layihəsinin içi Rusiyada qəbul edilən qanunla heç bir əlaqəsi yoxdur. Əslində 1930-cu illərdə ABŞ-da qəbul edilmiş qanunun tərcüməsidir, hətta daha yumşaq formasıdır. Bir sözlə, hay-küydən uzaq məsələlərin məğzini öyrənmək lazımdır”.

“Yenə deyirəm, bizim marağımız odur ki, dost və stateji marağımız olan ölkədə vətəndaş qarşıdurması olmasın, xalq öz seçdiyini hökumətdə görsün. Gürcüstanın demokratik yolu davam etməsi bizim üçün vacibdir. Müxalifət də qalib gəlsə idi, onsuz da Azərbaycanla yaxşı münasibətləri yaxşı olacaqdı. İndi əsas odur ki, qarşıqlıq, xaos, ölüm-itim olmasın. “Şimal ayısı” olan Rusiya elə xaos, qarışıqlıq istəyir”, - siyasətçi vurğulayıb.

N.Cəfərli onu da bildirib ki, “Gürcü Arzusu”na “ruspərəst” demək insafsızlıqdır: “Rusiya ilə diplomatik əlaqələr yox, Rusiyanın başında durduğu heç bir birlikdə Gürcüstan yox. Bəli, Rusiya ilə davada maraqlı deyillər, alver istəyirlər. İldə 1,3 milyon rusiyalı Gürcüstana gəlir, 2 milyard dollar pul xərcləyirlər. Gürcüstan 500 milyon dollarlıq malını Rusiyaya satır. Tiflis bundan niyə imtina etsin ki?! Necə olur ki, Rusiyanın başında olduğu bütün birliklərdə yer alan, ərazisində Rusiya hərbi bazası olan, son 3 ildə Rusiya ilə ticarət dövriyyəsini 7 dəfə artıran Ermənsitan “qərbpərəst” olur, Gürcüstanın indiki hökuməti isə “ruspərəst”?! Bu, doğru məntiq deyil”.

Politoloq Şahin Cəfərli isə fərqli fikirdədir. Onun sözlərinə görə, "Gürcü Arzusu" qarşısına qoyduğu əsas məqsədə - konstitusion çoxluğa nail ola bilmədi: “İstəsə bunu da edərdi, amma Qərblə münasibətləri tam pozmamaq üçün bir növ "əl yeri" saxladı. 4 müxalifət blokunu parlamentə buraxmaq da buna xidmət edir. Bu qüvvələrdən 3-ü seçkinin nəticələrini tanımadı, digəri (Qaxariyanın partiyası) saxtakarlıq olduğunu bildirsə də, parlamentə gedib-getməmək barədə yekun qərar verməyib. Beynəlxalq müşahidəçilərin rəyi də hadisələrin bundan sonrakı inkişafına mühüm təsir göstərəcək”.

“Gürcüstandakı seçkilər bir daha göstərir ki, demokratik institutların oturuşmadığı ölkələrdə, xüsusən Rusiyanın ciddi təsir gücünə sahib olduğu keçmiş SSRİ coğrafiyasında dövlət gücünü əlində tutub, bu gücdən öz maraqları naminə sonuna qədər yararlanan hakimiyyətləri seçki yolu ilə məğlub edib göndərmək mümkün deyil. Yaxud çox istisna hallarda mümkündür”, - Ş.Cəfərli əlavə edib.

Məsələnin geosiyasi tərəfinə gəlincə, analitik qeyd edib ki, postsovet regionu Rusiya üçün həyati maraq zonası, Qərb üçün isə müəyyən maraqlarının olduğu bir bölgədir: “Rusiya üçün bu geosiyasi rəqabət ölüm-qalım xarakteri daşısa da, Qərb üçün belə deyil. Qərb buraya Avropanın periferiyası olaraq baxır və hətta Ukrayna müharibəsinə qədər postsovet regionunu Rusiyanın təsir dairəsi hesab edirdi”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib - Qazaxıstan FHN
Bu gün, 12:08
Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 12:07
"Xəstəliyə tutulmuşam, dözə bilmirəm"
Bu gün, 12:04
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb - 5-i ağır vəziyyətdədir
Bu gün, 11:59
Qəzaya uğrayan təyyarədəki sərnişinlərin tam siyahısı və ADLARI - FOTO
Bu gün, 11:54
Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:51
AZAL təyyarəsinin yerə çırpıldığı an - VİDEO
Bu gün, 11:46
AZAL məlumat açıqladı: SAĞ QALANLAR VAR... - "Sərnişinlər arasında uşaqlar olmayıb..."
Bu gün, 11:37
Əziz Orucovun məhkəməsi başlayıb
Bu gün, 11:35
Qəzaya uğrayan təyyarədəki sərnişinlər bu ölkənin vətəndaşlarıdır - “Baza”
Bu gün, 11:34
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində on nəfər sağ qalıb - 62 nəfər ölüb
Bu gün, 11:27
"Bu nadürüst Azər o zaman həbs olunmalı idi..." - Keçmiş deputat elə faktı açıqladı ki...
Bu gün, 11:23
Qəzaya uğrayan təyyarəmizdən GÖRÜNTÜLƏR -təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub
Bu gün, 11:20
Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 11:13
Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıb - VİDEO
Bu gün, 11:10
"Sənə niyə əlillik verim, dövlətin pulunu sizə niyə verməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 11:03
AZAL-ın təyyarəsi quş sürüsü ilə toqquşdu: - Qəza enişi
Bu gün, 11:00
400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır - GƏLİŞMƏ
Bu gün, 10:57
Blogerlər qəzaya düşüb - Fotolar
Bu gün, 10:49
ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... - Qriqoryan
Bu gün, 10:42
Yeni Suriyada kürdlərə yer varmı? - İNCƏLƏMƏ
Bu gün, 10:41
Azadlıq xalqa lazımdır! - Aqşin Yenisey
Bu gün, 10:37
Xocalıda 82 evin təmiri 3 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 10:32
Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13
Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58
“Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57
Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32
Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29
Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20
COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru