“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” .....                     Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! .....                     Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                     Dövlət Xidməti 6 milyonluq tenderinin .....                     İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB .....                     Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... .....                     Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq .....                     “Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” .....                     Hacı Şahinin məzarı yeniləndi .....                     “Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır .....                     "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" .....                     44 saylı notariusun adı saxtakarlıqda keçir .....                     Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? .....                     “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” .....                     Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... .....                     COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? .....                     Azərbaycanda bu yağ qadağan edilir? .....                     Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. .....                     "Melissa Group" tikinti şirkətinin özbaşınalığı .....                     “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” .....                     "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" .....                     Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? .....                     dia-az.site-da TEXNİKİ FASİLƏ .....                     Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                 

“Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir” - NƏ ETMƏLİ?
Tarix: 5-08-2024, 16:00 | Çap et
“Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir”
Ermənistan tərəfinin sülhdən yayınma siyasəti nəticəsində Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar son vaxtlar dalana dirənmiş kimi görünür. Azərbaycanın tələbi təkdir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulandan sonra müqavilə imzalana bilər. Görünən odur ki, Ermənistan tərəfi bu tələbi yerinə yetirməmək üçün danışıqlardan imtina siyasətinə keçib. Ermənistanın Baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan lideri İlham Əliyevlə görüşdən imtinası da bunu deməyə əsas verir.

Əvəzində isə Ermənistan silahlanmaya, ordusun u dirçəltməyə və şərti sərhəddə hərbi təxribatlara əl atmağa başlayıb. Bir neçə gün əvvəl, Ermənistan ordusunun Kəlbəcər, Laçın və Tovuz istiqamətindəki Azərbaycan hərbi mövqelərinə qarşı təxribatları bunu sübut edən faktlardır. Analitiklər hesab edirlər ki, İrəvanın bu siyasəti sonda bölgədə yeni eskalasiyanı qaçılmaz edə bilər.

Prosesləri AYNA-ya müsahibəsində şərh edən siyasi icmalçı Asif Nərimanlı qeyd edib ki, əslində indiyə qədər aparılan sülh danışıqlarında fundamental irəliləyişin əldə edildiyini demək çətindir:

- Hətta Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa belə, qoşunlarını bölgədən çıxarmırdı, nəticədə Bakı bunu güc yolu ilə həyata keçirdi. Bu, danışıqların daha çox ritorik xarakter daşıdığını, sülhlə bağlı verilən mesajların da “sülhdən yana” imic yaratmaq məqsədi daşıdığını göstərir. Sülh danışıqlarında müşahidə edilən müəyyən irəliləyişlər də fundamental məsələlər fonunda kiçik addımlardır. Məsələn, sərhədin delimitasiyası qısa ərazidə həyata keçirilib, lakin bütövlükdə sərhəd məsələri açıq olaraq qalır. O cümlədən, kommunikasiyanın açılması məsələsi hələ də sual altındadır. Son dövrlər noyabr ayına qədər ən azı sülh sazişinə dair niyyət protokolunun imzalanması gözləntiləri vardı, hərçənd, Ermənistanın sərgilədiyi mövqe bu gözləntiləri də arxa plana keçirir. Bakının cari tələblərindən biri olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı Paşinyanın vaxtı uzatmaq addımı da belə nümunələrdəndir. Bu baxımdan, sülh danışıqlarında gözlənilən müəyyən irəliləyişlərin də dalana dirəndiyini deyə bilərik.

- İrəvanın hazırda sülhdən yayınma siyasəti nə ilə bağlıdır?

- Ermənistanın sülhdən yayınma və danışıqları imitasiya etmək siyasətinin bir çox hədəfi var. Birincisi, İrəvanda hələ də geosiyasi şərtlərin dəyişə biləcəyi və regional reallıqlara təsir edəcəyi, nəticədə Ermənistanın maraqlarının təmin edilməsi imkanlarının genişlənəcəyinə ümidlər var. 44 günlük müharibədən sonra Ermənistanın əsas gözləntisi bu olub və görünür, imitasiya siyasəti ilə zaman qazanırlar.

İkincisi, Ermənistanın Qərbdə onu dəstəkləyən qüvvələrin Azərbaycana təzyiq edəcəyinə ümidləri var. Düşünürlər ki, Bakı bu təzyiqlərin qarşısında geri çəkiləcək və iki məsələdə - sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında İrəvanın gündəliyi qəbul olunacaq.

Üçüncüsü, Ermənistan onun istəklərinin prioritet olacağı danışıqlar masasının qurulmasını arzulayır. Bu, Rusiya masası deyil, Brüssel masası da tam istədikləri kimi olmadı. Fransaya böyük ümidlər bəsləyirdilər, lakin Bakı Parisin rolunu arxa plana keçirdi. İndi Vaşinqtona ümidləri var, xüsusilə, ABŞ-ın Orta Dəhliz layihəsi üzərindəki planları Cənubi Qafqazda Ermənistanın mövqeləri ilə müəyyən qədər üst-üstə düşür.

Dördüncüsü, Ermənistan Türkiyə ilə normallaşma prosesində Azərbaycan amilinin gündəmdən çıxarılmasına çalışır ki, Qərbin buna nail ola biləcəyi gözləntisi var. Bu halda Azərbaycanla danışıqlar prosesi Ermənistan üçün müəyyən qədər də olsa asanlaşa bilər. Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir.

- Danışıqların intensiv olmadığı vaxtda Ermənistan silahlanır. Bununla yanaşı, şərti sərhəddə Ermənistan ordusunun təxribatları var. Bu təxribatlar hərbi əməliyyat riskini nə qədər artırır?

- Ermənistanın silahlanması və sərhəd təxribatları yeni eskalasiya risklərini təbii ki, ön plana çıxarır. Belə bir eskalasiyada İrəvan maraqlı tərəfdir. Təxribatların məqsədi də “sərhəddə atəşkəsə nəzarət” mexanizminin yaradılması təklifinin aktuallaşdırılmasıdır. İrəvan belə bir mexanizmlə şərti sərhədə beynəlxalq nəzarətin edilməsinə nail olmaq niyyətindədir. Buna nail olarsa, həm Qərb qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində rolu güclənəcək, həm də İrəvanın delimitasiya prosesinin “SSRİ dağılanda mövcud xətlərə uyğun aparılması” prinsipinə uyğun aparılması istəyinin reallaşması imkanları artacaq. Ermənistanın sərhədlə bağlı əsas planı hazıra nəzarət etdiyi ərazilərdə legitimlik qazanmaq, SSRİ dövründə ermənilərə verilən Azərbaycan ərazilərinin mümkün qaytarılması perspektivini sıradan çıxarmaq və Azərbaycan qoşunlarının sərhəddə strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaqdır. Mexanizm yaratmaq planı buna hesablanıb və görünür, bu məsələni daim aktual saxlamaq üçün zaman-zaman təxribatlar törədə bilərlər.

- Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərdiyini bildirirdilər. Amma son iki ayda bu barədə heç nə açıqlanmır. Proses dayanıb, yoxsa...

- Bu komissiyaların mövcud işi sərhədin Qazax-Tavuş istiqamətində müəyyənləşməsini həyata keçirmək idi. Bu məsələ böyük ölçüdə həll edilsə də, Kirants kəndində problemlər yarandı. Çünki sərhəd xətti bu kəndin müəyyən hissəsindən keçir. İşğal dövründə ermənilər kəndin ərazisini Azərbaycan əraziləri hesabına genişləndiriblər, indi bu məsələ həll edilir. Kirants kəndində yaranmış problemə görə müəyyən səngimələr oldu. Ümumilikdə isə sərhədin digər hissələrinin müəyyənləşməsi prosesində bu komissiyaların işi uzanacaq.

Birincisi, sərhəd xətti kifayət qədər uzun olduğu üçün prosesin yekunlaşması zaman tələb edir. İkincisi, tərəflər sərhədin digər hissələrinin hansı prinsiplə delimitasiya edilməsində fikir ayrılığına malikdir.

Qazax-Tavuş istiqamətində işlərin böyük hissəsi başa çatdığı üçün bundan sonra sərhəd komissiyaların aktiv fəaliyyəti və qısa müddətdə nəticə əldə etmələri gözləntisi azdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” – Qriqoryandan ŞOK
Bu gün, 07:09
Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! - GƏLİŞMƏ
Bu gün, 07:07
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? - AÇIQLAMA
Bu gün, 01:40
Azərbaycanda bu yağ qadağan edilir? - İLGİNC
Bu gün, 01:36
Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda
Bu gün, 01:30
"Melissa Group" tikinti şirkətinin özbaşınalığı - : Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?
Bu gün, 01:25
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” - deputat
Bu gün, 01:22
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
Bu gün, 01:19
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Bu gün, 01:12
dia-az.site-da TEXNİKİ FASİLƏ - NƏZƏRƏ ALIN!
Dünən, 19:39
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Dünən, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Dünən, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Dünən, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Dünən, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Dünən, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Dünən, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Dünən, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Dünən, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Dünən, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Dünən, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Dünən, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Dünən, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Dünən, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Dünən, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Dünən, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Dünən, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Dünən, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Dünən, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Dünən, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Dünən, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru