Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq .....                     “Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” .....                     Hacı Şahinin məzarı yeniləndi .....                     “Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır .....                     "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" .....                     44 saylı notariusun adı saxtakarlıqda keçir .....                     Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? .....                     “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” .....                     Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... .....                     COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? .....                     Azərbaycanda bu yağ qadağan edilir? .....                     Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. .....                     "Melissa Group" tikinti şirkətinin özbaşınalığı .....                     “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” .....                     "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" .....                     Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? .....                     dia-az.site-da TEXNİKİ FASİLƏ .....                     Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                     ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq .....                     BRİCS bizə NƏ VERƏ BİLƏR? .....                     Sülhdən sonra "kiçik savaş" .....                     Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək .....                     Kritik an çatdı: Tehran vurulsa... .....                     Toyuq ətinin qiyməti niyə bahadır? .....                     İran indi də BTC-nin bağlanmasına israr edir .....                     “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” .....                     AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... .....                     "Biz hələ çox konsertlər verəcəyik..." .....                 

Ramin İsayev dövləti rəsmən qarət edibmiş... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 5-08-2024, 08:40 | Çap et
Ramin İsayev dövləti rəsmən qarət edibmiş...
Bir sıra şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış Ramin İsayevin qanunsuz əməlləri ilə bağlı araşdırmanın maraqlı təfərrüatı məlum olub.

Ramin İsayev 16 milyon manat məbləğində kreditin mənimsənilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçən il həbs edilib. Kredit 2012-2014-cü il dövründə Azərbaycan Beynəlxalq Bankı tərəfindən "Baghlan Group" ilə əlaqəli şirkətə verilib, harada ki İsayev rəhbər vəzifə tutub. Nəticədə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırma zamanı Ramin İsayevin fəaliyyətinin, o cümlədən onun SOCAR AQŞ-nin rəhbəri olduğu dövrə aid digər gizli təfərrüatları da üzə çıxmağa başlayıb.
Ramin İsayev sonuncu iş yeri olan SOCAR AQŞ şirkətində yol verdiyi kobud nöqsanlara, mənimsəmə və digər sui-istifadə hallarına dair əsaslı şübhələrə görə 2020-ci ildə şirkətin direktoru vəzifəsindən uzaqlaşdırılıb və fəaliyyəti ilə bağlı araşdırma başlanılıb.

Araşdırma müddətində məsuliyyətdən yayınmaq üçün Ramin İsayev ölkəni tərk edib, 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alıb, soyadını Hakan soyadına dəyişib və rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunub. Şirkətə aid külli miqdarda maliyyə vəsaitini mənimsəyərək tez bir zamanda zəngin həyat tərzinə öyrəşən Ramin İsayev, mənimsədiyi vəsaitin bir hissəsini Türkiyə və digər dövlətlərin banklarına yatırıb, digər hissəsinə isə Türkiyənin İstanbul şəhərinin müxtəlif elit rayonlarında daşınmaz əmlak əldə edib. O, Türkiyə vətəndaşlığı almaqla və soyadını dəyişməklə, xarici ölkələrdə olan aktivlərini müvafiq dövlət qurumlarından gizlətməyə nail olub.
Araşdırma zamanı Ramin İsayevin şirkətin maliyyə resurslarını mənimsəmək üçün yaratdığı və istifadə etdiyi çoxsaylı cinayət sxemləri müəyyən edilib. İsayevin həyata keçirdiyi bu cür cinayət sxemlərinə misal olaraq onun tapşırığı ilə qohumları öz adlarına şirkətlər yaradıb, həmin şirkətlər vasitəsilə SOCAR AQŞ üçün şişirdilmiş qiymətlərə mal-material, avadanlıqlar alıb, xidmətlər göstərib, torpaq sahələri icarəyə götürüb və nəticədə şirkətə milyonlarla ziyan vurub.
İsayev təkcə maliyyə vəsaitlərini mənimsəməklə kifayətlənməyib, həm də tanınmış beynəlxalq şirkətlərin adlarını mənimsəməkdən və cinayət məqsədləri üçün istifadə etməkdən çəkinməyib. Məsələn, o, qohumlarının adına qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərindən birinin adını dəyişərək “Baker Energy” qoyub, mahiyyətcə Amerikanın tanınmış şirkətinin adını və reputasiyasını şəxsi cinayət məqsədləri üçün istifadə etmək üçün mənimsəyib.

Ramin İsayevin digər cinayət əməllərinə dair çoxsaylı misallar gətirmək olar. Məsələn, İsayevin Çin vətəndaşı Tan Tinqlə sövdələşməsi, vəsaitlərin mənimsənilməsi və çıxarılması üçün onların Çin şirkətlərindən istifadə etməsi qeyd edilə bilər. Adıçəkilən Çin vətəndaşı, Kostya Tinq kimi də tanınan Tan Tinq dələduzluq əməllərinə görə Çin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib və hazırda istintaqdan gizlənir.

Ramin İsayevin cinayət sxemlərinin daha bir bariz nümunəsi “Ulduz” şirkətindən torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı epizoddur.

İsayevin bacısının qaynının adına rəsmiləşdirilən “Ulduz” şirkətindən 3 hektar torpağın icarəyə götürülməsi ilə bağlı müqavilədə dəfələrlə şişirdilmiş qiymətlər göstərməklə, 2015-2020-ci illər ərzində “Ulduz” şirkətinə 4,1 milyon manat icarə haqqı ödənilib, halbuki, həmin torpaq sahəsinin faktiki icarə dəyəri 278 min manat olub. Maraqlıdır ki, yekun müqavilədə göstərilən qiymətlə müqayisədə 10 dəfə aşağı qiymətə ilkin müqavilə tərtib edildikdən sonra “Ulduz” şirkəti qısa zamanda İsayevin qohumlarının adına yenidən rəsmiləşdirilib və icarə qiyməti dəfələrlə artırılıb. Nəticədə təkcə bu mənimsəmə epizodunda Ramin İsayev rəhbərlik etdiyi şirkətə 3,8 milyon manat ziyan vurub.

İsayev qanunsuz əməllərini gizlətmək üçün şirkət hesabatlarını saxtalaşdırmaqdan da çəkinməyib. Banqladeş Xalq Respublikasında həyata keçirilən layihədə maliyyə itkilərinin gizlədilməsi məqsədi ilə Ramin İsayev Banqladeşin “Bapex” şirkəti adından 12 milyon 400 min ABŞ dolları ödəniləcəyi barədə saxta maliyyə sənədləri hazırlayıb. Daha sonra İsayev tabeçiliyində olan əməkdaşları bu saxta sənədləri imzalamağa məcbur edib. Bu yolla o, illik hesabatlarda şişirdilən gəlirlər göstərib və ilin yekunlarına görə mövcud olmayan gəlirlərdən belə pul mükafatları alıb. Hətta, bu saxta maliyyə sənədi əsasında Azərbaycan banklarının birindən kredit götürməyə nail olub. Qeyd olunan bu fakt da onun barəsində həyata keçirilən cinayət işi çərçivəsində araşdırılır.

Bundan başqa, araşdırma zamanı müəyyən edilib ki, Ramin İsayev Türkiyədə qeydiyyatdan keçən “Rotana Lojistik İthalat İhracat ve Diş Ticaret Limited Şirketi” (qısaca “Rotana”) ilə müqavilə bağlayıb və heç bir xidmət göstərilmədiyi təqdirdə Ramin İsayevin imzası və göstərişi ilə həmin şirkətə 306 000 ABŞ dolları (520,000 AZN) məbləğində vəsait ödənilib. SOCAR-AQŞ-nin şikayəti əsasında Türkiyədə prokurorluq orqanları tərəfindən bu məsələ ilə bağlı Rotana şirkəti barəsində cinayət işi başlanılıb. İlkin araşdırma zamanı müəyyən olub ki, Rotana şirkəti heç bir xidmət göstərmədən Azərbaycan şirkətlərindən külli miqdarda pul köçürmələri alıb və sonra bu pullar Türkiyədə nağdlaşdırılıb. Hazırda Türkiyədə qanunsuz pul mədaxili və “çirkli” pulların yuyulması ilə bağlı araşdırma davam edir.

Ramin İsayev rəhbəri olduğu şirkəti bütünlüklə özününkü kimi istifadə edib, müvafiq peşə bacarıqları olmayan 30-dan çox qohumunu şirkətə işə götürüb. O, həmin şəxslərə tutduqları vəzifələrə uyğun olmayan yüksək məvaciblər, eləcə də külli miqdarda həvəsləndirici ödənişlər təyin edib. Hətta, İsayevin işə götürdüyü şəxslərin bəziləri işə gəlmədən əmək haqqı alıb. Məsələn, adı hazırda açıqlanmayan tanınmış musiqi qrupunun 5 üzvünü Ramin İsayev SOCAR AQŞ-yə strateji layihələr və logistika mütəxəssisləri vəzifələrinə işə rəsmiləşdirib və onlara 2016-2020-ci illərdə ümumilikdə 500 000 manata yaxın əmək haqqı ödənilib.

Cinayətkar planlarını həyata keçirməkdə ona lazım olan savadlı və mütərəqqi menecer obrazını yaratmaq üçün Ramin İsayev şirkətin vəsaiti hesabına gizli şəkildə və müvafiq razılaşdırmalar olmadan ABŞ-nin bahalı universitetlərində, o cümlədən Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil haqlarını və digər xərclərini ödəyib, eləcə də Harvard Kennedi Məktəbinə şirkətin vəsaiti ilə ianələr edib. Məsələn, 16 avqust 2018-ci il və 10 iyun 2019-cu il tarixlərində o, şirkətin vəsaitlərindən Harvard Kennedi Məktəbinə 100,000 ABŞ dolları məbləğində ianələr edib və onları öz vəsaiti kimi təqdim edib. Bu böyük məbləğdə ianələr ona görə edilib ki, onun adı bu tanınmış təhsil ocağının saytında donor kimi qeyd edilsin və o, bu titulu özünün saxta və layiq olmadığı nailiyyətlərinin bir hissəsi kimi göstərə bilsin. Onun barəsində cinayət işi açıldıqdan sonra onun adı məktəb tərəfindən xeyriyyəçilər siyahısından çıxarılıb.

İsayevin cinayət xarakterli fəaliyyəti işdən çıxarıldıqdan sonra da bitməyib. SOCAR AQŞ-nin direktoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra qisas hissini rəhbər tutaraq, cinayət əməllərinin izini gizlətməyə çalışan Ramin İsayev öz yaxın adamına, şirkətin İnformasiya Texnologiyaları şöbəsinin rəhbərinə şirkətin serverlərinə kiberhücum etməsi barədə tapşırıq verib, sonuncu isə İsayevin göstərişini icra edərək kiberhücum təşkil edib. Bununla bağlı, həmin şəxs barəsində 23 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1 və 273.2 maddələri ilə cinayət işi başlanılıb və araşdırma aparılıb.

Bundan başqa, Ramin İsayev şirkətdə aparılan müstəqil audit və araşdırma prosesinə təzyiq göstərmək məqsədilə müxtəlif elektron poçt ünvanlarından istifadə edərək SOCAR AQŞ, onun rəhbərliyi və səhmdarları haqqında hədələr göndərərək, böhtan xarakterli materiallar yayıb.
Etibarlı mənbələrə əsasən, Ramin İsayevin vəzifə səlahiyyətlərindən sui-istifadə və səhvləri təkcə SOCAR AQŞ-də fəaliyyət göstərdiyi dövrlə məhdudlaşmır, həm də əvvəlki iş yerlərini əhatə edir.

Belə ki, Ramin İsayev KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri vəzifəsində çalışarkən, yol verdiyi səhvlər və bu vəzifədə ona həvalə edilən tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən KCA Deutag şirkətinin rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən İsayev KCA Deutag şirkətinin rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb, 2009-cu ildə Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərməklə KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta, şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.

Ümumiləşdirərək qeyd etmək lazımdır ki, araşdırma zamanı əldə edilən ilkin məlumatlara görə, Ramin İsayev cinayət əməlləri nəticəsində sonuncu rəhbəri olduğu SOCAR AQŞ şirkətinə məxsus 54 milyon manatdan çox vəsaiti mənimsəyib.

Məlumat verildiyi kimi, Ramin İsayevin işi üzrə ibtidai istintaq başa çatıb və cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4 308.2, 32.4, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəmədə iştirak edəcək.

Ramin İsayevin mənimsədiyi dəqiq məbləğ isə məhkəmə yekunlaşdıqda və hökm çıxarıldıqda məlum olacaq.

Haqqın.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? - AÇIQLAMA
Bu gün, 01:40
Azərbaycanda bu yağ qadağan edilir? - İLGİNC
Bu gün, 01:36
Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda
Bu gün, 01:30
"Melissa Group" tikinti şirkətinin özbaşınalığı - : Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?
Bu gün, 01:25
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” - deputat
Bu gün, 01:22
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
Bu gün, 01:19
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Bu gün, 01:12
dia-az.site-da TEXNİKİ FASİLƏ - NƏZƏRƏ ALIN!
Dünən, 19:39
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Dünən, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Dünən, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Dünən, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Dünən, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Dünən, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Dünən, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Dünən, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Dünən, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Dünən, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Dünən, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Dünən, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Dünən, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Dünən, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Dünən, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Dünən, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Dünən, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Dünən, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Dünən, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Dünən, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Dünən, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Dünən, 08:40
İran "təhlükəsizlik çəmbəri" yaradır - İNCƏLƏMƏ
Dünən, 06:50
İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:48
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" - deputat
Dünən, 06:44
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Dünən, 06:39
Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu - NƏ BAŞ VERİR?
Dünən, 06:36
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Dünən, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Dünən, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
21-10-2024, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
21-10-2024, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
21-10-2024, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru