Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... .....                     Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq .....                     “Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” .....                     Hacı Şahinin məzarı yeniləndi .....                     “Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır .....                     "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" .....                     44 saylı notariusun adı saxtakarlıqda keçir .....                     Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? .....                     “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” .....                     Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... .....                     COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? .....                     Azərbaycanda bu yağ qadağan edilir? .....                     Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. .....                     "Melissa Group" tikinti şirkətinin özbaşınalığı .....                     “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” .....                     "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" .....                     Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? .....                     dia-az.site-da TEXNİKİ FASİLƏ .....                     Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                     ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq .....                     BRİCS bizə NƏ VERƏ BİLƏR? .....                     Sülhdən sonra "kiçik savaş" .....                     Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək .....                     Kritik an çatdı: Tehran vurulsa... .....                     Toyuq ətinin qiyməti niyə bahadır? .....                     İran indi də BTC-nin bağlanmasına israr edir .....                     “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” .....                     AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... .....                 

Paşinyanı NECƏ XİLAS ETMƏLİ?.. - Qərbin ilginc planı...
Tarix: 3-08-2024, 11:49 | Çap et
Paşinyanı NECƏ XİLAS ETMƏLİ?..
ABŞ-nin son dövrlər Ermənistana “xüsusi qayğı” ilə yanaşması İrəvanda hökumət tərəfdarları tərəfindən guya iki ölkə arasında strateji əlaqələrin inkişafı kimi dəyərləndirilir. Reallıqda isə heç kimə sirr deyil ki, Vaşinqton erməni dövlətindən Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün plasdarm kimi istifadə edir. Ermənistana edilən yardımlar və bu günlərdə reallaşdırılan birgə hərbi təlimlər də bu məqsədə xidmət edir.

Ermənistanın siyasi rəhbərliyi amerikalı hərbçilərlə birlikdə keçirilən “Eagle partner-2024” təlimlərini hərbi sahədə analoqu olmayan uğur kimi xalqa sırımağa çalışır. İrəvanın bəzi təbliğatçıları nə qədər gülünc olsa da iddia edirlər ki, bu təlimlər Ermənistan ordusunu gücləndirəcək və bu, guya Azərbaycanı cilovlayacaq.

Qeyd edək ki, sözügedən təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının hərbçiləri və Kanzas milli qvardiyası cəlb edilib. Təlimlərlə bağlı ilk xəbərlərdən sonra Qərbin təbliğat maşınları işə salınıb. İddia edilir ki, təlimlər ağır vəziyyətdə olan erməni ordusunu dirçəltmək, ordunu Azərbaycanın istənilən hücumuna qarşı hazırlamaq məqsədi daşıyır. Amma diqqətlə izlədikdə görünür ki, təlimlərdə erməni ordusunun bölmələrinə dəyənək və qalxanla şərti düşməni sıxışdırmaq öyrədilir. Təlimlərin odlu silahdan istifadə edilən hissələri isə daha çox antiterror əməliyyatları təəssüratı yaradır. Bu da medalyonun başqa üzünün olduğunu üzə çıxarır.

Dəyənək və qalxanlı təlim müxalifətə qarşı yönəlib

Məntiqlə yanaşsaq, Ermənistan ordusunun dəyənək və qalxanla döyüşməsi mümkünsüzdür. Çünki cəbhə xəttində adətən dəyənək və qalxan lazım olmur. Belə çıxır ki, təlimlər daha çox Paşinyanın erməni xalqının narazılığını yatırmasına yönəlib. Məqsədlərdən biri də ordu qüvvələrini kütləvi aksiyaların yatırılmasına hazırlamaqdır. Bu məntiqlə yanaşsaq, təlimlərdə niyə dəyənək və qalxanlardan istifadə edildiyi aydınlaşır. Diqqətlə izlədikdə də görürük ki, Qərb əslində Paşinyana əsas təhlükənin daxildən gəldiyini anlayır. Təsadüfi deyil ki, son illər ərzində Qərb institutları tərəfindən Ermənistanda daxili təhlükəsizlik üçün yarım milyard dollara yaxın vəsait xərclənib.

QHT-lərə və mediaya inanılmaz maddi dəstək

Avropa İttifaqı da hər il Ermənistana bu məqsədlərlə qrant şəklində 65 milyon avro ayırır. Müharibədən sonra ayrılan bu tipli vəsaitlərin həcmi 250 milyon avrodan çoxdur. Ermənistanın anti-Rusiya siyasətini davam etdirəcəyi təqdirdə əlavə olaraq daha 275 milyon dollar ayrılacağına da söz verilib. ABŞ tərəfindən vətəndaş cəmiyyətinin, medianın maliyyələşdirilməsinə təkcə bu il 30 milyon dollar xərclənib. Ümumilikdə, Aİ və ABŞ birlikdə müharibədən sonra Ermənistanda vətəndaş cəmiyyətinin yaradılması, saxlanılması, maliyyələşdirilməsi və polisin təlimi üçün 400 milyon dollardan çox vəsait yönəldiblər.

ABŞ və Aİ birlikdə Ermənistanda Polis Patrul Xidmətinin yaradılması üçün də külli miqdarda pul xərcləyiblər və proses hazırda da davam edir. Söhbət ən azı 30 milyon dollardan gedir. ABŞ və Aİ tərəfindən Polis Patrul Xidmətinə maddi-texniki dəstək də verilir. Məsələn, 2023-cü ildə Aİ Polis Patrul Xidmətinə yolsuzluq avtomobilləri də daxil olmaqla 75 “Škoda” avtomobili bağışlayıb. Sözügedən polis bölməsinin yaradılmasında şəxsən Aİ təmsilçisi Daniel İoannisyan iştirak edib.

Sülh Fondunun “tulapayı”

Bu nəhəng vəsaitlərin fonunda bu yaxınlarda Aİ Ermənistana Sülh Fondundan 10 milyon avro ayırmağa qərar verdi. Məqsəd Ermənistana silah və sursat almaqda yardımçı olmaqdır. Fonddan ayrılacaq 10 milyon avro ilə bir batalyon üçün modul tipli səhra düşərgəsi yaradılması nəzərdə tutulur.

Bütün bunları ümumiləşdirsək, əminliklə belə bir qənaətə gəlmək olar ki, hazırda Qərb üçün prioritet Ermənistan cəmiyyətini, mediasını və vətəndaş cəmiyyətini nəzarətdə saxlamaqdır. Bu mümkün olmayanda isə cəmiyyəti təzyiq altında saxlamaq lazım gələcək. Bu işdə isə polis qüvvələri, erməni-amerikan hərbi təlimlərində dəyənək və qalxanlardan istifadə edən hərbçilər yardımçı olacaqlar. Görünür, payız aylarında İrəvanda və regionlarda erməni keşişlə müxalifətin keçirməyi planlaşdırdığı etiraz aksiyaları Qərbi ciddi narahat edir.

"Kaspi" qəzeti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? - AÇIQLAMA
Bu gün, 01:40
Azərbaycanda bu yağ qadağan edilir? - İLGİNC
Bu gün, 01:36
Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda
Bu gün, 01:30
"Melissa Group" tikinti şirkətinin özbaşınalığı - : Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?
Bu gün, 01:25
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” - deputat
Bu gün, 01:22
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
Bu gün, 01:19
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Bu gün, 01:12
dia-az.site-da TEXNİKİ FASİLƏ - NƏZƏRƏ ALIN!
Dünən, 19:39
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Dünən, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Dünən, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Dünən, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Dünən, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Dünən, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Dünən, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Dünən, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Dünən, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Dünən, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Dünən, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Dünən, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Dünən, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Dünən, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Dünən, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Dünən, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Dünən, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Dünən, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Dünən, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Dünən, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Dünən, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Dünən, 08:40
İran "təhlükəsizlik çəmbəri" yaradır - İNCƏLƏMƏ
Dünən, 06:50
İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:48
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" - deputat
Dünən, 06:44
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Dünən, 06:39
Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu - NƏ BAŞ VERİR?
Dünən, 06:36
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Dünən, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Dünən, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
21-10-2024, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
21-10-2024, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru