Razi Nurullayevin namizədliyi təsdiqləndi
Tarix: 26-07-2024, 17:19 |
Çap et
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin namizədliyi qeydə alınıb.
“Cebheinfo.az”a bu barədə Razi Nurullayev açıqlama verib.
“81 saylı İmişli seçki dairəsindən namizədliyin rəsmi olaraq qeydə alınıb”, - deyə R.Nurullayev bildirib.
Qeyd edək ki, Razi Nurullayev VI çağırış Milli Məclisin üzvü olub.
Xatırladaq ki, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin qeydə alınma prosesi 3 avqusta qədər davam edəcək.