“Qara delfin”dən gələn yalvarış: .....                     Putin Cənubi Qafqazı İrana “verdi” .....                     “Dörd Qardaş” MTK məhkəməni də saya salmır... .....                     Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir .....                     Bu dövlət qurumları ləğv edilir .....                     Baş nazirin çin olmayacaq arzuları .....                     Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür .....                     Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə .....                     Cəbrayılda 93 evin tikintisi 15 milyona .....                     Milyardla dollara amnistiya gəlir? .....                     Azərbaycan-Ermənistan danışıqları: .....                     Azərbycanda şirkət müflis olduğunu elan etdi .....                     Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. .....                     Azərbaycan Avropa Şurasına .....                     "Suriyada yeni humanitar böhran baş qaldırır" .....                     Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi .....                     İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır .....                     Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? .....                     Dövlət Su Ehtiyatları Agentliyinin yeni binası tikilir .....                     Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə .....                     Azərbaycanda Tiktok bağlanır? .....                     40-dan çox avtoriteti öldürən “qanuni oğru” .....                     Generalın azadlıq istəyi yenə rədd edildi .....                     Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu .....                     İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: .....                     Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar .....                     Eks-deputat Paşinyana qarşı .....                     Hindistandan Azərbaycana gələnlərin sayı kəskin artıb .....                     Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: .....                     Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib .....                     HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir .....                     Məmnuniyyətlə Antarktidaya səfər edərdim .....                     Dövlət Su Ehtiyatları Agentliyi üçün .....                     "Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm" .....                     COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin .....                     Tanınmış telejurnalistin Azərbaycandan çıxışına QADAĞA .....                     Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib .....                     Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı .....                     "Rusiya ilə toqquşmaq istəməyən Qərb... .....                     "Bizə bildirdilər ki, büdcədə pul yoxdur" .....                 

Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar - deputat
Tarix: Dünən, 17:33 | Çap et
Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar
Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə xarici müdaxilələr, xüsusilə Qərb dövlətlərinin bu istiqamətdə fəal iştirakı hazırda gündəmdə olan bir nömrəli məsələdir. Qərbin Gürcüstan siyasətinə təsir göstərmək cəhdləri, seçkilərə müdaxilələr bir sıra problemlər üçün zəmin yaradır. Gürcüstanın daxili siyasətinə belə xarici təsirlər ölkənin siyasi proseslərini manipulyasiya etməklə və cəmiyyətdə Qərbin dəyərlərinə qarşı artan skeptisizmə yol açmaqla nəticələnə bilər. Xüsusilə Qərbin müəyyən siyasi qüvvələri dəstəkləməsi demokratiya prinsiplərinə zidd şəkildə seçki proseslərinə müdaxilə cəhdidir. Bu da Gürcüstanda siyasi qarşıdurmaların dərinləşməsinə və ölkədə daxili sabitliyin zəifləməsinə hesablanıb. Xarici güclərin seçkilərə birbaşa və ya dolayı yolla təsiri demokratik proseslərin təbii inkişafına maneə yaradır. Belə bir mühitdə Qərbin “demokratik dəyərləri müdafiə etmək” adı altında seçkilərə bu şəkildə müdaxiləsi Gürcüstanın suverenliyinə zərbə vurmaqla yanaşı, regionda sabitliyin pozulmasına da hesablanıb. Bu isə yalnız daxili deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə də gürcü xalqının hazırkı hakimiyyəti dəstəkləməsi, sülhə, sabitliyə səs verməsi mühüm şərtdir. Bu, həmçinin regional inkişaf baxımından da önəmli amildir. Məsələ ondadır ki, Gürcüstan Qafqazın mühüm geosiyasi aktorlarından biri kimi tarix boyu regional güclərin və qlobal qüvvələrin təsir dairəsində olub. Qərb ölkələri Gürcüstan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmaq, diqqəti bir növ Ukraynadan yayındırmaq və beləcə öz niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Lakin Gürcüstanın bugünkü hakimiyyətinin qətiyyətli mövqeyi onların bu niyyətlərinin reallaşmasının qarşısını alır. Məhz ona görədir ki, onlar rəsmi Tbilisiyə qarşı açıq qərəz, sanksiyalar və daxili işlərə müdaxilə strategiyası həyata keçirməyə başlayıblar. Azərbaycanın bu proseslərə qarşı özünün regional siyasəti çərçivəsində xüsusi diqqət ayırması mühüm amildir. Çünki bu qüvvələr Azərbaycana təsir göstərə bilmədikləri üçün hədəf olaraq Gürcüstanı seçiblər və məhz tranzit ölkə olduğuna görə Gürcüstan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar.

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, özlərini "super dövlət" adlandıran güclər, nisbətən kiçik dövlətlərin daxili işlərinə hər zaman müdaxilə ediblər. Deputatın sözlərinə görə, fərq ondadır ki, tarixin müəyyən dönəmlərində müdaxilə zəif, ölçülü-biçili, bəzi hallarda isə kəskin xarakter alıb:

"Bunun kökündə əsasən coğrafi, iqtisadi, siyasi amillər dayanır. Sovetlər İttifaqının süqutu ilə soyuq müharibəyə son qoyuldu və son 30 ilə yaxın müddətdə dünya bir qütb tərəfindən idarə olundu. 2000-ci illərin əvvəllərindən başlayaraq, Rusiya Federasiyası iqtisadi və hərbi cəhətdən gücləndi. Kollektiv Qərblə əldə olunmuş bir çox razılıqların pozulması, konkret olaraq, NATO-nun Şərqə doğru irəliləməsi, Avropa İttifaqının genişləndirilməsi şimal qonşumuzla Qərb arasında ciddi narazılıqlara səbəb oldu. 2008-ci il Gürcüstanda, 2014-cü il Krım, Donbass və Luqanskda baş verən hadisələr, irimiqyaslı Rusiya-Ukrayna müharibəsi ilə nəticələndi. 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarının erməni işğalından azad olunması ilə regionda yeni reallıqlar yaratdı. Ermənistanın məğlubiyyəti, böyük dövlətlərin planlarına daxil deyildi. Cənubi Qafqazda geosiyasi, geoiqtisadi rəqabət, Azərbaycana təzyiqlər də, məhz bundan sonra başladı".

Parlament üzvü vurğulayıb ki, Azərbaycan müstəqil siyasət aparan, iqtisadi cəhətdən xarici faktorlardan o qədər də asılı olmayan, özünü təmin etmiş ölkə olduğundan təzyiqlər effektiv olmur:
"Ona görə də, Gürcüstanın praqmatik hökumətini Qərbyönümlü hakimiyyətlə əvəzləmək üçün planlar qurulur. Cənubi Qafqazda Ermənistanın Rusiya ilə, Gürcüstanın isə Qərblə münasibətlərinin kəskin pisləşməsi ümumi təhlükəsizliyə təhdid yaradır. Xarici təsirlərin əhəmiyyətli dərəcədə olması, Ermənistanın və Gürcüstanın tam müstəqil siyasət aparmasına imkan vermir. Azərbaycan isə hər iki qütblə məsafəli, bərabər hüquqlu, ikitərəfli normal əməkdaşlığa üstünlük verir. Böyük güclərin maraqlarının təmin olunmasında platforma rolunu oynamaq istəmir. Cənubi Qafqazda geosiyasi maraqların toqquşduğunu nəzərə alsaq, regional təhlükəsizlik sisteminin qorunmasında ən böyük töhfə, bizim ölkəmizin payına düşür. Bu yaxınlarda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Təsadüfi deyil ki, dünya mətbuatı bu seçkiləri “geosiyasi seçkilər” adlandırır. ABŞ və kollektiv Qərb bütün imkanlarını mövcud hakimiyyətin dəyişdirilməsinə yönəldib. Artıq bir şey bəllidir ki, seçkilərdə müxalifət qalib gəlməsi, bölgədə ciddi dəyişiklərə səbəb ola bilər. Biz, istənilən halda buna hazır olmalıyıq".

N.Məhəməliyev diqqətə çatdırıb ki, Ermənistan tarixən Qafqazda destrukriv mövqe tutan, xarici qüvvələrin "maşası" rolunu oynayan dövlət, hətta dövlət yox, bir layihədir:
"Ermənistan indi də həmin fəaliyyətini davam etdirir. Gürcüstan isə yaxın qonşumuz olmaqla, son dərəcə əhəmiyyətli dövlətdir. Əminəm ki, bu ölkənin başında kimin olmasından asılı olmayaraq, dostluğumuz, əməkdaşlığımız davam edəcək, birlikdə xarici təsirləri dəf edəcəyik".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qara delfin”dən gələn yalvarış: - “Allahdan sonra bütün ümid sənədir”
Bu gün, 07:15
Putin Cənubi Qafqazı İrana “verdi” – Surenyants
Bu gün, 07:04
“Dörd Qardaş” MTK məhkəməni də saya salmır... - FAKT BUDUR!
Bu gün, 07:02
Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
Bu dövlət qurumları ləğv edilir - AKTUAL
Bu gün, 03:24
Baş nazirin çin olmayacaq arzuları – Xəyali layihədən 10 milyard dollar...
Bu gün, 03:18
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:17
Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Cəbrayılda 93 evin tikintisi 15 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Milyardla dollara amnistiya gəlir? - "Yolu bundan keçir"
Dünən, 19:02
Azərbaycan-Ermənistan danışıqları: - Problemlər “3+3” formatında müzakirə mövsuzu ola bilər
Dünən, 19:00
Azərbycanda şirkət müflis olduğunu elan etdi
Dünən, 18:56
Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:06
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?
Dünən, 18:03
"Suriyada yeni humanitar böhran baş qaldırır" - NRC
Dünən, 18:01
Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi – Abovyan
Dünən, 18:00
İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır - KİV
Dünən, 17:57
Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? - Düşməniksə... DÜŞMƏN OLAQ!
Dünən, 17:56
Dövlət Su Ehtiyatları Agentliyinin yeni binası tikilir - 14 MİLYONLUQ TENDER UDULDU
Dünən, 17:53
Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb
Dünən, 17:52
Azərbaycanda Tiktok bağlanır? - AÇIQLAMA
Dünən, 17:50
40-dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR
Dünən, 17:49
Generalın azadlıq istəyi yenə rədd edildi - QƏRAR
Dünən, 17:44
Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu - BU NƏ YEKƏBAŞLIQDIR?
Dünən, 17:41
İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: - İran-İsrail qarşıdurması BÖYÜYƏRSƏ...
Dünən, 17:39
Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar - deputat
Dünən, 17:33
Eks-deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı
Dünən, 17:31
Hindistandan Azərbaycana gələnlərin sayı kəskin artıb
Dünən, 17:29
Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: - "Məni girov saxlayırlar"
Dünən, 17:28
Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib
Dünən, 17:26
HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir
Dünən, 17:24
Məmnuniyyətlə Antarktidaya səfər edərdim
Dünən, 17:01
Dövlət Su Ehtiyatları Agentliyi üçün 13,5 milyon manata yeni bina tikilir
Dünən, 16:59
"Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm" - Modelyerin atasını öldürənlərin cinayət işi
Dünən, 16:56
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Dünən, 16:53
Tanınmış telejurnalistin Azərbaycandan çıxışına QADAĞA - DETALLAR
Dünən, 16:49
Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib - Baş Prokurorluq AÇIQLADI
Dünən, 16:47
Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı – KİBERDƏLƏDUZLARIN YENİ FIRILDAĞI...
Dünən, 16:45
"Rusiya ilə toqquşmaq istəməyən Qərb... müharibə bitənə qədər Ukraynanı NATO-dan uzaq tutacaq"
Dünən, 16:41
"Bizə bildirdilər ki, büdcədə pul yoxdur" - ETİRAZ VAR...
Dünən, 16:38
İldə 50-60 min tələbə univeristeti bitirir, təyinat isə yoxdur... - NƏ ETMƏLİ?
Dünən, 16:31
Nəhəng şirkət terror təşkilatlarını maliyyələşdirib - İLGİNC
Dünən, 16:25
DİN-də MÜHÜM TOPLANTI - VİDEO
Dünən, 16:22
"Müəllimlər kütləvi şəkildə işdən çıxarılır" - TOTAL NARAZILIQ!
Dünən, 16:19
Əmanətçilər ASB və “Azər-Türk Bank”dan 21 milyon manat geri çəkiblər
Dünən, 16:01
Elza və Roza arasında növbəti məhkəmənin TARİXİ
Dünən, 15:59
Dönər yox, xəstəlik satan dönərxanalar bağlanmalıdır?
Dünən, 15:58
"Mənim müavinətim bərpa olunmayıb..." - NARAZILIQ VAR...
Dünən, 15:56
"80 min qız selektiv abortların qurbanı olub" - Erməni nazir
Dünən, 15:54
Taksi qadağası Bakını "tıxaca salıb" - FAKT BUDUR!
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru