Əsas Səhifə > Güney Press > Razi Nurullayevin namizədliyi təsdiqləndi

Razi Nurullayevin namizədliyi təsdiqləndi


26-07-2024, 17:19
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin namizədliyi qeydə alınıb.

“Cebheinfo.az”a bu barədə Razi Nurullayev açıqlama verib.

“81 saylı İmişli seçki dairəsindən namizədliyin rəsmi olaraq qeydə alınıb”, - deyə R.Nurullayev bildirib.

Qeyd edək ki, Razi Nurullayev VI çağırış Milli Məclisin üzvü olub.

Xatırladaq ki, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin qeydə alınma prosesi 3 avqusta qədər davam edəcək.

Geri qayıt