Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                 

QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK FAKTLAR AÇIQLANIR
Tarix: 4-10-2012, 10:11 | Çap et
QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK FAKTLAR AÇIQLANIR
HADİSƏLƏRƏ GÖRƏ HƏBS OLUNMUŞ JURNALİST NƏLƏRİ ETİRAF ETDİ?

DİA.AZ: - Qubada baş verən 1 Mart olaylarının üstündən xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyət həmin olaylarla bağlı dolğun bilgilərə malik deyil. Bu səbəbdən DİA.AZ olaraq həmin mübhəm hadisələrin canlı şahidi olan və həmin hadisələrə görə bir neçə gün "bandotdel"də saxlanılan juralist Cemil Memmedlinin öz bloqunda yerləşdirdiyi “Quba hadisələri- hər şey olduğu kimi…” başlıqlı yazının birinci hissəsini diqqətinizə çatdırmaq qərarını verdik.

“Çoxdan tanıdığım dostlardan biri mənə blog yaratmağı məsləhət görmüşdü. Ancaq fikirləşirdim ki, mən də o vaxt hardadı ki, blog yazım.
Nədənsə sonradan fikrimi dəyişdim. Qərara gəldim ki, blog yaradım və gündəlik rastlaşdığım informasiyaları ora yükləyim. Ancaq bir sual qabağımı kəsmişdi, necə və hardan başlayım. Çox düşündükdən sonra bunu da tapdım. Biri-birinə ziddiyyətli açıqlama və informasiyaların ayaq açıb cəmiyyətimizə sırındığı bir vaxtda şimal regionunda yaşadığım üçün ilin ən səs-küylü hadisəsi olan Quba hadisələrini öz çılpaqlığı və reallığı ilə qələmə almağı düşündüm.
Beləliklə Quba hadisələri-olduğu kimi…
Mənə hələ 2011-ci ilin noyabr ayının son günlərində Xəzər TV-nin şimal bölgə müxbiri Emin Kərimov zəng vuraraq görüşmək istədiyini bildirdi. Razılaşdım, Xaçmazda görüşməyi planlaşdırdıq. Adəti üzrə, o zaman fahişəxana kimi fəaliyyət göstərən “Şəfəq” restoranında məni gözləyəcəkdi. İnsafən desəm, bu restorandan mənim də xoşum gəlirdi.Ona görə yox ki, orada gənc, gözəl qızlar fahişəliklə məşğul olurdu.Onsuz da məni içəri girən kimi obyekt sahibi qızları gizlədir, özü də gəlib yanımda otururdu ki, heç bir yerə çıxa bilməyim. Qınamıram, orada işləyən bir nəfər tanışımın dediyinə görə, onu “yuxarılardan” xəbərdarlıq etmişdilər ki, Cəmil heç nəyə baxan deyil, bir şeyi görsə, yazacaq.
Bu yer ona görə xoşuma gəlirdi ki, əvvəllər adlı-sanlı bir restoran idi.Bura ancaq müxalifət və digər siyasi qüvvələrin rayondakı təmsilçiləri, rəislər, vəzifəli şəxslər toplaşardı.Çünki, əvvəllər olduqca təmiz və sakit bir yer idi. Nə isə, bu yer Eminə də doğma idi. Ancaq bizim dostlarımızın hamısından fərqli olaraq o, “həm ziyarət, həm ticarət” taktikasından istifadə edirdi. Qabağına bir gözəl qız çıxdısa, day vəssəlam. Emin o saat, onun gözəlliyinə vurulduğunu, imkanlarının böyük olduğunu və onunla kəbin kəsdirərək yaşamağı təklif edən bir adam idi. Vay o gündən ki, qız onunla otağa keçməkdən imtina etsin, onda obyekt sahibi “xərcə” düşməli olurdu. Ya maşına təkər almalıydı, ya da Xəzər Televiziyasının “rəhbərliyi tərəfindən keçirilən reydə” düşməliydi.
Emin gəldi, onun həyəcanlı olmasından başa düşdüm ki, nəsə baş verib.Emin tələsə-tələsə “heç bilirsən nə oldu? Dünən iclasda Qubanın İcra başçısı Rauf Həbibov bütün qubalıları söyüb, təhqir elədi.”
Mən gülərək elə o saat da “çək ver də, qalan vaxtı orda-burda mənim dalımca danışmağı bilirsən ki…ay müxalifətdi, ay nə bilim kimdi…indi quyruğunuz qapıda qalan kimi mənim yanıma niyə qaçırsız? Bütün bölgə müxbirləri Qubada oturmur??? Çəksinlər də…qalan vaxtı Raufun pullarını alıb yeyəndə deyirdiz ki, kişi adamdı, 200 manatdan qara qəpik aşağı pul vermir?!”
Emin “yaxşı da, mən sənin dalınca nə vaxt danışmışam ki, həmişə deyirəm ki, Cəmildən başqa yalandı,pul almır, xahiş eləmir, ona görə də hamı ondan çəkinir ki, nəyi görsə yazır…Ancaq bu dəfə doğrudan da vəziyyət başqadı, sən öl Rauf Həbibov o boyda camaatın içində dedi ki, qubalılar 30-40 manata öz ailələrini də, namuslarını da satarlar”
Məni doğrudan da gic gülmək tutmuşdu. O saat dilim dinc durmadı:
- Ay tpoy, o iclasda kimlər var idi?
- Bütün rayon rəhbərliyi, Bakıdan gələnlər, Dini Qurumlarla İş üzrə Komitənin nümayəndələri, jurnalistlər, nə bilim e, adam çox idi…
Gülə-gülə soruşdum:
- Qubalılardan kimsə var idi?
- Həəə….Bələdiyyə sədri, idarə müdirləri, Ağsaqqallar Şurası…
- Heç kim ona cavab vermədi? Bir söz demədilər?
- Yooxx…nə desinlər?
Bərkdən qəhqəhə çəkdim və dedim
- Adə, kişi düz deyib də, əgər o boyda zalda heç bir qubalı ona cavab verməyibsə, deməli haqq deyib. Neçə nəfər adam var idi zalda, ümumiyyətlə tədbir harda olub???
- Heydər Əliyev Mərkəzində, 150-yə yaxın adam vardı, bir də jurnalistlər.
Doğrudan da Rauf Həbibovun çıxışlarına az-çox bələd idim. İnandırıcı gəldi. Fikirləşdim ki, bu adam doğrudan da bəlkə deyib.Çünki, özüm bir neçə dəfə jurnalistlərdən eşitmişdim ki, bu “ağıllı” hərdən çıxış edəndə çıxışını belə başlayırmış:
“Əziz tədbir iştirakçıları, mən çox istərdim ki, sizinlə öz ana dilimdə danışım, təəssüf ki, Azərbaycanda bu mümkün deyil (?)”
Ancaq Emindən israrla yenə soruşdum.
- Dəqiq bu cür deyib?
- Atamın goruna and olsun hə…elə bu cür də dedi.
Həqiqətən artıq bu məlumatı ictimailəşdirmək istədim. Ancaq Emini də yaxşı tanıyırdım, zərrə qədər etibarlı adam olmadığını bildiyim üçün sözlərini təsdiqləyəcək bir sübut istədim.
- Sən çəkmisən, o tədbiri?
- Həə, əlbəttə ancaq bir problem var ki, bizdən o çəkilişləri götürdülər.
- Kim?
- Birinci müavin Sahib Məmmədov.
Mən Eminə heç nə demədim, nə söz verdim,nə də etiraz etdim.Sadəcə dedim ki, icra başçısı balaca adam deyil, ondan əsaslı olmasa heç nə yazmaq olmaz.Heç nə olmasa məhkəməyə verib, sübut istəyəcəklər.Çəkiişlər də yoxdu.
Özüm isə Qubada olan dost tanışlarla əvvəlcə iclasda baş verənləri maraqlandım. Hamı bir nəfər kimi Rauf Həbibovun o sözləri işlətdiyini deyirdi.Sadəcə yanaşmalar müxtəlif idi. Dəqiqi bu idi ki, Qubada şəhər bələdiyyəsi Elxan Əliyevlə Rauf Həbibovun arasında böyük bir mübahisə gedirdi. Bunun da səbəbləri vardı.
1) Elxan Əliyev Quba camaatı üçün qəbiristanlıq salmaq adı ilə böyük bir ərazini əvvəl bələdiyyənin balansına salmış, sonradan isə olduqca baha qiymətə müxtəlif adamlara satmışdı və Rauf Həbibov bundan çox gec xəbər tutmuşdu.
2) Qubanın girəcəyində yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin ətrafındakı torpaqları köhnə tarixlərlə satmağa müvəffəq olmuşdu.Hətta qiymətini də hamı bilirdi. Burada torpaq almaq üçün mən də müraciət etmişdim, daha doğrusu torpaq almağa yox, vətəndaş kimi yanaşıb, qiymətini soruşmuşdum. Heç jurnalist olduğumu bilmədən mənə 6 sotuna 3000 manat pul istəmişdilər.
3) Elxan Əliyevin rəhbərlik etdiyi Mərkəzi Bazarın Rauf Həbibov tərəfindən gözaltı olunub, kiməsə böyük adama hədiyyə olunması üçün rayonda gedən mübarizə heç kimə sirr deyildi.
4) Bundan başqa Elxan Əliyevin atası Abasqulu kişinin adında olduğu söylənilən, Qəçrəş yolunun kənarında yerləşən “Aynur” restoranının da Rauf Həbibovun hədəfinə tuş gəlməsini də hamı bilirdi.
Qısası, bu rayonda mülkiyyət və pul üstündə şəhər bələdiyyəsi və icra başçısı əməlli-başlı ölüm-dirim savaşına girmişdilər.
Apardığım araşdırmalar zamanı məlum oldu ki, həmin gün Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əsas müzakirə mövzusu dini durum olub.

( ardı var…)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru