"Mən Rəhimov Elmin Laçın rayon Əhmədli kənd sakiniyəm. İşlədiyim müəssisə SOCAR Azəriqaz İB tərkibində işləyən Azəriqaz İB təmir tikinti idarəsi olub ki, orada da 5-ci dərəcəli Təmirçi çilingər peşəsində ümumilikdə 15 il yarım işləmişəm..." "DİA-AZ" xəbər verir ki, bu müraciət Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşılıb.
Müraciətdə daha sonra deyilir: "Bu gün məni narahat edən bir məsələ var. 02.02.2026-cı il tarixində Ağdərə rayonu Çapar kəndinə ezam olunmuşam. Ezam olunduğum ərazidə mənə tapşırılan ümumi işlərin hər birində lazımı qaydalara uyğun olaraq icra etmişəm. Baxmayaraq ki elə işlər var idi ki peşəm üzrə görməməliydim. Həmin işlərində işlənməsində üzərimizə təhkim olunmuş mühəndis işlərimizə nəzarət edərək bu işlərin də işlənməsini həyata keçirdim. İndi isə ezam xərcimin ödənilməməsilə bağlı narazılığım var. 2025-ci il işçilərin mükafatlandırması hər il verilirdi bir əmək haqqı qədər... onu da almamışam, eyni zamanda ezam xərcimin də ödənilməsi bu günə qədər icra edilməyib. Məsələ ilə bağlı əmək haqqı şöbəsinin baş mühasibi Samir Rəhmanova dəfələrlə telefonla , həmçinin qəbuluna gedərək haqlı narazılığımı bildirsəm də, mənə cavab olaraq bildirdi ki biz Azəriqaz İB təmir tikinti idarəsi siz işçilərin əmək haqlarının ezam xərclərinin məlumatlarını Azəriqaz İstehsalat Birliyinə göndərmişik. Bildirdim ki, bəs niyə ödənilmir, dedi, büdcədə vəsait yoxdu... mənə belə deyilib.
Sizdən xahiş edirəm bu məsələ ilə bağlı yuxarıda qeyd etdiyim halların qısa zamanda həll olunması üçün bir sıra köməkliklər edəsiz..."










