
Dünən məlum oldu ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifədən çıxarılıb.
"DİA-AZ" xəbər verir ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamına əsasən, Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
"DİA-AZ"ay daxil olan məlumata görə, kadr islahatları gələn həftə ərzində də olacaq. Mənbə iddia edir:
"Ümumiyyətlə, Naxçıvanda DİN, DGK və Ali Məclisin rəhbərindən başqa hər bir kadr hədəfdir. Çünki Fuad Nəcəfli belə hesab edir. Hətta səhiyyə naziri yeni təyin olunmasına baxmayaraq hədəfdir. Çünki Nəcəfli belə hesab edir".
Mənbə bildirir ki, konstitusiya dəyişikliyi yolunda olan Muxtar respublikada eyni zamanda ciddi kadr dəyişiklikləri də nəzərdə tutulub.