
ABŞ Ermənistandakı səfiri Kristina Quini dəyişdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Quin son həftələrdə passivləşib, amma o, əvvəllər gündəlik olaraq müxtəlif dövlət idarələrinə - Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və sair qurumlara baş çəkib və müzakirələr aparıb:
"Məlumat var ki, Donald Tramp administrasiyası müxtəlif ölkələrdə, ilk növbədə Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir. ABŞ-nin Rusiyadakı səfiri Lin Treysi 2020-23-cü illərdə Ermənistanda eyni vəzifəni icra edib. Görünür, belə bir çətin məqamda ABŞ-nin yeni hökuməti Bayden administrasiyasının tapşırıqlarını lazımi şəkildə yerinə yetirmiş Treysini bu postda görmək istəmir.
Onu da qeyd edək ki, Kristina Quin də öz növbəsində 2020-2022-ci illərdə işlədiyi Ukraynadan Ermənistana gəlib və burada səfir təyin olunub”.