Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib .....                     Putinin “əsgəri” hərəkətə keçdi .....                     "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi" .....                     Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                     Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                     Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                     Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... .....                     Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... .....                     Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun .....                     Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” .....                     Şahin Bağırov onu rəis təyin etdi .....                 

İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb - ŞƏRH
Tarix: Dünən, 12:33 | Çap et
İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini “diktator” adlandırması beynəlxalq arenada ciddi rezonans doğurub.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Almaniya kansleri Olaf Şolts bu bəyanata sərt reaksiya verərək, Trampın sözlərini yanlış və təhlükəli adlandırıblar. Starmer xüsusilə vurğulayıb ki, Zelenski demokratik yolla seçilmiş liderdir, onun seçkiləri təxirə salmaq qərarı məntiqli və zəruridir. Tramp Zelenskini seçkiləri keçirməməkdə günahlandırıb. Lakin real vəziyyət nəzərə alınarsa, bu, həqiqətdən uzaq görünür. Ukrayna Konstitusiyası müharibə şəraitində prezident və parlament seçkilərinin keçirilməsini qadağan edir.

İndiki vəziyyətdə seçkilərin təşkili texniki baxımdan qeyri-mümkündür, çünki ölkənin bir hissəsi işğal altındadır, milyonlarla ukraynalı isə məcburi köçkün vəziyyətindədir. Ukrayna demək olar ki, hazırda yaşamaq uğrunda mübarizə aparır.

Xarici işlər naziri Andrey Sibiqa da qeyd edib ki, Ukrayna tarixinin ən ağır hərbi sınaqlarından keçir və xalq heç vaxt təslim olmayacaq. Trampın bəyanatlarında diqqətçəkən digər məqam isə ABŞ və Avropa İttifaqının Ukraynaya verdiyi maliyyə yardımları ilə bağlıdır. Tramp Avropanı Ukraynaya kreditlər əsasında yardım göstərməkdə ittiham edib və ABŞ-nin verdiyi pulları geri almayacağını vurğulayıb.

Eyni zamanda, Tramp Ukrayna ilə nadir torpaq elementlərinin işlənməsi üzrə imzalanmış müqavilənin pozulduğunu bildirib. Bu isə onu göstərir ki, ABŞ-nin Ukraynaya dəstəyi yalnız geosiyasi maraqlarla deyil, həm də iqtisadi amillərlə bağlıdır.

Yeni strategiya, ya taktiki manevr?

Trampın açıqlamaları onun Qərbin Ukrayna siyasətinə daha sərt yanaşacağını göstərir. O, açıq şəkildə Avropanı üzərinə daha çox məsuliyyət götürməyə məcbur etməyə çalışır. Bununla yanaşı, onun ritorikası Rusiyanın mövqeyi ilə üst-üstə düşür ki, bu da Qərb liderlərini narahat edir.

Ukraynalı ekspert, Milli Strateji Tədqiqatlar İnstitutunun baş məsləhətçisi, Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi İvan Us "Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ABŞ uzun müddətdir Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayır:

“Onlar buna misal olaraq 1944-cü ildə öz ölkələrində keçirilən prezident seçkilərini göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, həmin dövrdə ABŞ ərazisində hərbi əməliyyatlar baş vermirdi. Ukraynada isə vəziyyət fərqlidir. Ölkənin bir hissəsi işğal altındadır, milyonlarla insan məcburi şəkildə ölkəni tərk edib. Bu da seçkilərin legitimliyini sual altına alır.

Bundan əlavə, Ukrayna Konstitusiyası hərbi vəziyyət şəraitində parlament seçkilərinin keçirilməsini qadağan edir, prezident seçkiləri haqqında qanunvericilik də eyni qaydaları tətbiq edir. Bu qadağalar təsadüfi deyil.

Seçkilər təkcə bir günlük səsvermədən ibarət deyil, bütövlükdə ən azı 90 gün davam edən mürəkkəb prosesdir. Dövlətin əsas vəzifəsi isə seçkilərdə iştirak edən hər kəsin təhlükəsizliyini təmin etməkdir. Amma davam edən döyüşlər fonunda bunu etmək olduqca çətindir”.

Tramp Putinin dili ilə danışır

Ekspertin fikrincə, bundan başqa, seçkilər cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirə bilər ki, bu da müharibə şəraitində çox təhlükəlidir:

“Məhz buna görə də Ukrayna tərəfdaşlarına hazırda seçkilərin keçirilməsinin mümkün olmadığını izah edir. Trampın Zelenskinin guya cəmi 4% reytinqinin olması barədə dediklərinə gəldikdə, bu, Rusiyanın təbliğat narrativlərinin təkrarıdır. Tramp dəfələrlə Rusiyanın təqdim etdiyi yanlış məlumatları yayıb. Bu isə onun Ukrayna ilə bağlı real vəziyyəti öyrənmək istəmədiyini və faktları yoxlamağa zaman ayırmadığını göstərir".

“Tramp əvvəlki siyasi qaydaları sındırır”

Ekspert fevralın əvvəlində keçirilmiş sorğunu xatırladıb:

“Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuya əsasən, Prezident Volodimir Zelenskiyə ukraynalıların 57%-i etibar edir. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da Zelenskinin reytinqinin Trampın dediyi kimi olmadığını bildirib və əslində onun populyarlıq səviyyəsinin Trampın özü ilə təxminən eyni olduğunu vurğulayıb. Bununla belə, Conson hesab edir ki, Trampın bu tip açıqlamaları Avropanı daha fəal addımlar atmağa məcbur etmək üçündür.

Bu fikirlə razılaşmaq olar. Tramp əslində əvvəlki siyasi qaydaları sındırır və Avropaya açıq şəkildə bildirir ki, nəinki onu müdafiə etməyəcək, hətta ona qarşı çıxa bilər. Bununla o, Avropanın öz müdafiəsinə daha çox maliyyə ayırmasına nail olmaq istəyir. Ukraynaya isə Trampın bu cür bəyanatları və Putini legitimləşdirməsi xoş deyil. Bununla belə, bəzi dairələrdə ümid var ki, bu, yalnız mürəkkəb geosiyasi oyunun bir hissəsidir və nəticədə Rusiya ilə Çin arasında ixtilaf yaradacaq".

Zelenskinin Türkiyəyə səfəri mesaj idi

Ukraynanın taleyinin onun iştirakı olmadan müəyyənləşdirilməsinə toxunan İvan Us bildirib ki, bununla bağlı bəzi müzakirələr var:

“Lakin hələ ki, bunlar sadəcə söhbətlərdir. Çünki müharibənin nəticələri əsasən döyüş meydanında həll olunur. ABŞ güclü oyunçudur, amma tək deyil.

Burada Avropa İttifaqı, Böyük Britaniya və Türkiyə də mühüm rol oynayır. Elə buna görə də Zelenski Birləşmiş Ərəb Əmirliklərindən Səudiyyə Ərəbistanına deyil, Türkiyəyə yollandı. Çünki həmin vaxt Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında görüş gözlənilirdi. Zelenskinin Türkiyəyə səfəri isə bir mesaj idi ki, Ukraynanın gələcəyi ilə bağlı qərarlar yalnız ABŞ və Rusiya tərəfindən deyil, həm də Ukraynanın özü, Türkiyə, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən qəbul edilməlidir. Bu da bugünkü reallıqların bir hissəsidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Dünən, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Dünən, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Dünən, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Dünən, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Dünən, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Dünən, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Dünən, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Dünən, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Dünən, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Dünən, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Dünən, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Dünən, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Dünən, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Dünən, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Dünən, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Dünən, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Dünən, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Dünən, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Dünən, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Dünən, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Dünən, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Dünən, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Dünən, 15:19
Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Dünən, 15:15
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Dünən, 15:09
"Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Dünən, 15:04
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Dünən, 15:02
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru