"Xırdalanda yerləşən "Kristal Abseron"un 1-ci yaşayəş kompleksindən şikayətçiyəm". "DİA-AZ" xəbər verir ki, bu barədə Nübar Əsədova adlı sakin giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Həm MTK və həm də komendantlıq dövlət içində dövlət qurublar... Ürəkləri istədikləri kimi idarə edirlər...
Burada qayda-qanun yoxdur. Kefləri istəyəndə qiymət artımına gedirlər. Komendantlığa ödənilən aylıq pullar nə üçündür... bilinmir... Antisanitariya baş alıb gedir.
Hər gün dava-haray... Maşın parkinqi ancaq pulludur (ordan ev alan peşman olur)...
Bir parka bənzər yer vardı... Oranı da zəbt edə-edə bapbalaca bir yerə çevirdilər. 1 il yarımdan coxdur ki, parkda tikinti gedir və bitmək bilmir..."