Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
"Bu maraqlı əhvalatı yazılarımın birində başqa səbəblə nağıl etmişdim. Bununla belə, yerinə düşdüyü üçün onu bir də xatırlatmaq istəyirəm. Nənəm 110 ildən artıq ömür sürüb. Yaşını ona görə dəqiq deyə bilmirəm ki, əvvəllər yaşı “Kürün donduğu il”, “Nikolayın taxta çıxdığı vaxt” kimi hadisələrlə hesablayırdılar. Şura hökuməti gəlməzdən əvvəl babamın bir ferması var imiş. Nənəm danışırdı ki, bir gün babam ovda olarkən fermanın həyətində ona qaban hücüm edib. Nənəm, savadı olmsa da, çoxbilmiş idi. Qaban ona yaxınlaşana qədər nənəm heç yerindən tərpənmirmiş, çata-çatda isə bir-iki addım kənara çəkilirmiş. Sən demə, o, qabanın yalnız düz getdiyi, sağa-sola dönə bilmədiyi barədə məlumatlı imiş. Beləcə, nənəm qabanı tam yorana qədər sağa-sola çəkilirmiş. Axırda əldən düşmüş qabanın çıxıb getməkdən başqa, çarəsi qalmayıb". "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir. O daha sonra bunları əlavə edib: "Bu yazımda sağa-sola dönüb baxa bilməyən, öz gözündə tiri görməyib, başqasının gözündə qıl axtaran bir nəfərdən bəhs edəcəyəm. Həyətimizə gələn yolun bir hissəsi yağış yağanda palçıqlı olur. Bələdiyyəni də belə şeylər əsla maraqlandırmır. Qərara gəldim ki, xırda çay daşları gətirdib yolu özüm düzəltdirim. Bir maşının neçə ton yük götürdüyünü öyrənmək üçün “Qoogle” platformasına müraciət etdim. Axtarış pəncərəsində “KamAz” yazmaq istəyirdim, lakinsSözü yazıb sona çatdıra bilmədim. Elə “Kam” yazan kimi dərhal “Kamal Abdulla” çıxdı. O səbəbdən bu yazıya görə günah məndən getdi – babalı “Qoogle” platformasının boynuna. “KamAz” əvəzinə qarşıma çıxmış yazı isə Kamal Abdullanın 2023-cü ilin 6 iyununda Sim-sim.az saytına verdiyi müsahibə idi. “Universitetdaxili siyasətimiz Azərbaycan naminə çalışmaqdır” başlıqlı bu müsahibədə o, necə deyərlər, çox basıb-bağlayır və “Azərbaycan” deyəndə də, əslində, özünü nəzərdə tutur. Bu, yəqin ki, heç kimi təəccübləndirmir, çünki bunun Kamal Abdullayevin bütün şüurlu (sözün ilkin mənasında) həyatı boyu gördüyü əsas iş olduğunu onu tanıyanlar çox yaxşı bilir. Bir dəfə futbolu çox sevən bir talış dostumdan zarafatla soruşmuşdum ki, İran futbol şərhçisinin tez-tez dediyi توپ از کنار دروازه می گذرد “Top az konar darvazeh miqozard” (“Top qapının yanından keçir”) cümləsini talış dilinə necə tərcümə etmək olar? O da sualıma zarafatla belə cavab vermişdi: “Ləp əz darvaze vızzz mikonəd”. Mən də Kamal Abdullayevin basıb-bağlamağından vızzz keçib əsas mətləbə gəlirəm. Müsahibədə müxbirin “Kamal müəllim, Azərbaycanda təəssüf ki, ağı qara görənlər də var. Siz həmişə deyirsiniz ki, əsl dost sənin sevincinə sevinən dostdur. Bədxah isə sənin uğurunu görmür, yaxud görmək istəmir. Mən bu yaxınlarda Amerikanın 50-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri A.Dallesin SSRİ-ni dağıtmaq planı barədə bir yazı oxudum. Hər respublika üçün ayrı-ayrılıqda tövsiyələr verir. Siz bu yazı – tövsiyə ilə tanışsınız?” sualına Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış “hermenevt”, cadugərlik fəaliyyətinin də daxil olduğu ezoterika elminin Azərbaycanda ən görkəmli nümayəndəsi, məşhur diplom alverçisi, ölkənin ən adlı-sanlı rüşvətxoru, elm və ədəbi-bədii fikir oğrusu, plagiator, mahir talançı, “siyasi repressiya qurbanı”, “dissident” və bir çox başqa “yüksək titul”ların sahibi Kamal Abdullayev belə cavab verir: “Cənab Dalles tövsiyə edirdi ki, Azərbaycana gedin, adamlar axtarın, pul verin, nə istəyirlər verin. O adamları ələ alın, yazılar yazdırın. O yazılarla xaos yaradın. Dövlət idarələrində ən yaxşı, vicdanlı, namuslu, millətini sevən kim varsa, hamısına böhtan atın, yalan deyin, şantaj edin. Onları mənəvi cəhətdən öldürün. Elə etməliyik ki, təmiz və namuslu olmağa hamı gülsün və onlar heç kimə lazım olmayan keçmişin qalıqlarına çevrilsin. Biz hazırladığımız gənclərdən təhsil agentləri, azad dünya kosmopolitləri yaradacağıq… Bu, Dallesin plan-tövsiyəsinin bir hissəsidir”. Sonra Kamal Abdullayev fikrini belə davam etdirir: “– Tanış mənzərənin 50-ci illərdən görünən təsviridir. Təəssüf ki, xaos yaratmaq istəyənlər hələ də var. Bu tövsiyəyə uyğun olaraq “işləyən” adamlar var. Bunu sübut etmək çox asandır. Amma mən ona inanıram ki, bu adamlara münasibəti onların təxribati “yaradıcılıqları” qarşısında etinasızca susaraq deyil, onların böhtan, şər, təhqir və hədyanlarına kəskin “yox!!” deyərək bildirmək lazımdır. Dağ başında və mağara dövründə yaşamırıq. Məhkəmə var, ədalət var. Hər böhtana və təhqirə cavab var. Çox gözəl atalar sözüdür. Deyir, yalan ayaq tutar, yeriməz! Bir də ki, niyə şərçilər, böhtançılar, Dallesin bu günkü ardıcılları birləşə bilir, digər tərəfdən işini vicdanla görənlər isə bunu edə bilmir?! Bu şərçilərə kəskin cavablar vermək, onları ifşa etmək lazımdır. Bu iş təkcə üstünə şər atılanların deyil, özünü azad demokratik ruhlu sayanların hamısının vicdani borcudur”. Necə deyərlər, “Malades!!!” Allen Dallesin dediyi şəxslərdən biri və bəlkə də, elə birincisi Kamal Abdullayev özüdür. O, A.Dallesin tövsiyərinə bir proqram kimi əməl edir. Kamal Abdullayevin özünün oğuzlar, oğuz ərləri, Dədə Qorqud, oğuz qadını, Azərbaycan qadını haqqında yazdığı və ADU-nun büdcəsindən, müəllimləri və tələbələrindən oğurladığı pullar hesabına bir çox dillərə tərcümə etdirdiyi aşağılayıcı, təhqiramiz bədii və elmi, elmi-kütləvi əsərlər və məqalələr bütöv bir etnosun dəyərlərini alt-üst etməyə, onu dünya xalqalarının gözündən salmağa xidmət edir. Onun təkcə “Bir yay axşamı” hekayəsində A.Dallesin dediyi fikirlərin əksəriyyəti öz əksini tapmışdır. Bu hekayədə Kamal Abdullayev gənclərə əxlaqsızlıq aşılayır, onları kosmopolitizmə səsləyir, Avropa ölkələrinin eynicinslilər haqqında indi qəbul etdikləri və başqa xalqlara qəbul etdirmək istədikləri qanunları, pedofiliyiyanı onlardan daha əvvəl təbliğ edir. Bütün bunları o, məharətlə, hermenevt kimi, gizli şəkildə, sətiraltı eyhamlarla edir. Kafedra müdiri işlədiyi vaxt əxlaqsızlığa cəhdinə görə başından stul zərbəsi almış, daha bir əxlaqsızlığa görə ADU-da kabinetinin pəncərəsindən atılmaqdan güclə canını qurtarmış bu rektor müsahibəsində cəmiyyətə əxlaq dərsi keçir. Xalqın inkişafının ən strateji sahələrindən biri təhsildir. Bu səbədən Kamal Abdullayev A.Dallesin dediklərinə uyğun olaraq təhsilin məhvi üçün bütün imkanlarını səfərbər etmişdir. Hər şeyin rüşvətlə edildiyi, tənqidi söz deyənin təqib edildiyi, xaos yaradılmış bir müəssisədə hansı təhsildən söhbət gedə bilər?! Kamal Abdullayev, A.Dallesin tövsiyələrində olduğu kimi, ADU-nun nüfuzlu müəllimlərini ləkələmək üçün bütün vasitələrə əl atır, onların haqqında iftira dolu məktublar hazırlatdırıb imzalatdırır və dövlət və hökumət orqanlarına göndərir, mətbuatda çirkin yazılar yazdırır və beləliklə, rəhbərlik etdiyi kollektivdə müti olmayanların aqibətinin belə olacağı düşüncəsi formalaşdırır. Əvvəlki yazılarmda göstərdiyim kimi, indi Filologiya fakültəsinin dekanı vəzifəsini tutan və Kamal Abdullayevin artıq sağ əlinə çevrilmiş Həmidə Əliyevanın 2016-cı ildən COVİD-19 pandemiyası başlayana qədər doktorant və dissertantlardan onların müdafiəyə buraxılmasına guya icazə verilməsi üçün AAK-nin adından 500 manat, hər bir müdəfiə üçün isə 3000-5000 manat aldığı, indi artıq sol ələ çevrilmiş rektor köməkçisi Coşqun Dadaşovun müdafiə üçün məbləği 20 000 manata (eyni vaxtda iki nəfər olarsa, güzəştli qiymətlə – 15 000 manata) qaldırdığı, kafedra müdiri vəzifəsinin 50 000 manat, dekan vəzifəsinin 100 000 manat olduğu müəssisədə A.Dallesin dediyi iş aparılmırmı?! Yüzlərlə saxta diplom sataraq saxta mütəxəssislər yetişdirmək A.Dallesin planının tərkib hissəsi deyildirmi?! Buyurun, A.Dallesin Azərbaycandakı agenti Kamal Abdullayevin satdığı saxta diplomların bir qismi ilə tanış olun: Filologiya fakültəsi üzrə: 1. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci A qrupu). Pedaqoji praktikadan 21 kredit kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli prokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona diplom verilmişdir. 2. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə (21 kredit) ona diplom verilmişdir. 3. Ə.Ə.Məmmədov – ixtisası: Filologiya (alman dili və ədəbiyyatı), Azərbaycan bölməsi 435-ci qrup (V ilə) – 33 kəsir, 4. F.A.Kazımov – Filologiya (alman dili və ədəbiyyatı), Azərbaycan bölməsi 435-ci qrup (V ilə) – 23 kəsir, 5. İ.İ.Orucov – Filologiya (ispan dili və ədəbiyyatı), Azərbaycan bölməsi 436-cı qrup (V ilə) – 27 kəsir. 2018-ci ildə – IV tədris ilinin sonunda Ə.Ə.Məmmədov, F.A.Kazımov və İ.İ.Orucovun müvafiq olaraq 33, 23 və 27 kəsiri olmuşdur. Lakin 2019-cu ildə – V tədris ilinin sonunda 12 iyul 2019-cu il tarixli, 3/437 nömrəli əmrlə onların hər birinə saxta diplom verilmişdir, çünki aradakı bir il ərzində ən yaxşı halda 12 kəsir ləğv edilə bilərdi. Beləliklə, onlara müvafiq olaraq ən azı 21, 11 və 15 fəndən kəsir ilə saxta diplom verilmişdir. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə: 6. L.R.Ocaqquliyeva – Beynəlxalq münasibətlər ixtisası üzrə məzun (444-cü A qrupu). ADU-ya 2016-cı ildə köçürülmüşdür. 2018-ci ilin yanvarına fərq imtahanları ilə birlikdə onun 29 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 29 kəsir 2 semestr ərzində ləğv edilmişdir. 2 semestr ərzində isə ən yaxşı halda 12 kəsir ləğv edilə bilər. Başqa sözlə, 17 kəsir ləğv edilməmiş və ya saxtalaşdırılmışdır. 7. N.N.Hüseynov – Regionşünaslıq (yaponşünaslıq) ixtisası üzrə məzun (457-ci qrup). 2018-ci ilin yanvarına onun 17 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 17 kəsir 2 semestr ərzində ləğv edilmişdir. Bu müddət ərzində yalnız 12 kəsir ləğv edilə bildiyindən onun 5 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır. 8. T.Ş.Ağayev – (Regionşünaslıq (İsrail və Yaxın Şərq) ixtisası üzrə məzun (454-cü qrup). 2018-ci ilin yanvarına onun 19 kəsiri olmuşdur. Həmin tarixdən ona diplom verilənə qədər olan 3 semestrdən biri bütövlükdə istehsalat praktikasına ayrıldığından 2 semestr ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Lakin 03.07.2019-cu il tarixli, 04 saylı protokola əsaslanan 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona diplom verilmişdir. Beləliklə, onun 7 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır. 9. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddər ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmişdir, yəni 11 kəsir saxta yolla ləğv edilmiş və ya, bəlkə də, ümumiyyətlə ləğv edilməmişdir (bu barədə məlumat yoxdur). 10. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu istehsalat praktikası üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir. 11. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). O, ADU-ya Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir. İstehsalat praktikası üçün tədris planında 21 kredit müəyyənləşdirilmişdir. Bu, iki kreditli 10 fənnə, üç kreditli 7 fənnə, 4 kreditli 5 fənnə bərabərdir. Aşağıda adları göstərilən məzunlara 12.07.2019-cu il tarixli, 3/438 tarixli əmrlə 21 krediti ödəmədən saxta diplom verilmişdir: 12. Z.H.Nahavandian – Beynəlxalq münasibətlər, rus bölməsi, 445-ci qrup. 13. N.A.Namazova – Regionşünaslıq (Amerika üzrə), Azərbaycan bölməsi, 448-ci b qrupu, 14. N.A.Şahmalıyeva – Regionşünaslıq (Fransa üzrə), Azərbaycan bölməsi, 451-ci qrup, 15. Y.İ.Xəlilov – Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə), Azərbaycan bölməsi, 454-cü qrup. Göründüyü kimi, Kamal Abdullayev və onun saxta diplom verdiyi yüzlərlə belə “məzun” Azərbaycanda A.Dallesin planınını həyata keçirir. Lakin Kamal Abdullayev “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” el misalı üzrə hərəkət edir. Əslində, o, elə öz əsərlərindəki casus kimi, agent kimi, A.Dallesin tapşırıqlarını icra edir, zahirdə isə özünü xalqın təəssübkeşi kimi göstərməyə çalışır. Lakin el arasında yalanın, oğurluğun və yazılması caiz olmayan başqa əməllərin ömrünün qırx gün olduğu deyilir – Kamal Abdullayevin elə ayaq üstdə çıxmaqda olan qırxı kimi. P.S. “Qulaq” informasiya agentliyinin indicə verdiyi məlumatda bildirilir ki, bu gün seçilmiş kafedra müdirlərinin bəxtləri gətirmişdir. Onlar Universitetdəki gərgin atmosferə görə kafedra müdirliyi üçün müəyyənləşdirilmiş 50 000 manatdan edilmiş endirimdən yararlanmışlar..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|