Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərliyi ilə gələn həftə müxalif “Hayastan” blokunun iclası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.
Blokun Ermənistan parlamentindəki rəhbəri Seyran Ohanyan məlumatı təsdiqləyib. Onun sözlərinə görə, iclasda ilin yekunlarına dair müzakirə aparılacaq. Həm parlamentdəki fəaliyyət, həm də küçə aksiyaları ilə bağlı qərarlar qəbul olunacaq.
Maraqlıdır ki, keşiş Baqrat Qalstanyan da bu günlərdə yenidən təşkilatlanmanın planlandığını və genişmiqyaslı aksiyalara başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb. Baqratın Köçəryan və komandası ilə müzakirə apardıqdan sonra İrəvanda aksiyaları yenidən başladacağı iddia olunur.