`AzeBirja`dan növbəti GİLEY... - "2 aydır ki..."
Tarix: 6-11-2024, 15:53 |
Çap et
Keçən günlərdə "AzeBirja"dan bir vətəndaş gileyini təqdim etdik və "DİA-AZ" olaraq bu paylaşımımızdan sonra redaksiyamız qarşı tərəfin yersiz basqılarını da müşahidə etdik. Əslində sonradan aydın oldu ki, bütün bunlar "AzeBirja" adından danışanların fakt qarşısında izazdırma cəhdlərindən savayı bir şey deyilmiş...
YAZISI BURADA: Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu dəfə də sözügedən şəbəkədn giley var. Heç bir şərhə yol vermədən növbəti vətəndaş müraciətini təqdim edirik. Beləliklə, Əli Əhmədli adlı sosial şəbəkə istifadəçisi yazır:
"Şikayətim "AzeBirja"dandır...
Hesabımdan 2 aydır məxaric əməliyyatı icra etmişəm, lakin pul çəkilmir. "7800" qaynar xətt telefonları və "chat boot" cavab vermir. Belə çıxır ki, bunlar dolandırıcılıq edirlər?.."
QEYD: Görünəni odur ki, "AzeBirja" sözün əsl mənasında etimad itirməkdədir...