“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” .....                     “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir .....                     Ukrayna onları “qara siyahı”ya saldı .....                     Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia .....                     Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? .....                     Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                 

Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Tarix: 16-05-2025, 00:15 | Çap et
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir...
Ermənistanda Nikol Paşinyanı nüfuzdan salmaq və istefasına nail olmaq məqsədilə ictimai müstəvidə planlı qarayaxma kampaniyası genişlənir. Təkcə bir gün ərzində həm mediada, həm də müxtəlif siyasətçilərin dilindən bu vəziyyətə dəlalət edən kifayət qədər aydın bəyanatlar səslənib.

Məsələn, müxalif “Ermənistan” blokunun deputatı Artur Xaçatryan mayın 13-də parlamentdə çıxış edərək, İrəvanla Bakı arasında gedən danışıqlar prosesini belə şərh edib: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda dedi ki, “yaxşı xəbərlər gözləyirik”. İndi isə divanda oturub “bəxtinin açılacağını” gözləyir”.
Xaçatryan istehza ilə əlavə edib: “Bəs sülh gündəliyi ilə bağlı nə yenilik var?” Onun sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” partiyası ancaq tənqid etmək, təhqir yağdırmaq, günahlandırmaq və böhtan atmaqda mahirdir. “Yeddi ildir hakimiyyətdə olmağınıza baxmayaraq, mahiyyətiniz dəyişməyib – yenə də destruktiv və söyüş söyən müxalifət olaraq qalmısınız”, – o bildirib.

“Ermənistan indi subyekt deyil, obyektə çevrilib. Ölkə ilə bağlı qərarları Ankara, Bakı, strateji planda isə London verir. İndi problem təkcə Paşinyan deyil, dövlətin faktiki olaraq Türkiyə və Azərbaycan tərəfindən işğal edilməsindədir”, – öz növbəsində “Ermənistanın səsi” nəşri yazır.

“İşğalın məğzi nədədir? İşğal odur ki, sənin ölkəndə başqa dövlətin maraqları tam təmin edilir. İşğalın müxtəlif formaları olur: hərbi işğal zamanı küçələrdə türkiyəli və azərbaycanlı polis əməkdaşlarını görə bilərdik – bəlkə də türk, bəlkə də erməni mundirində. Onda, Ermənistan hökuməti və onun strukturları, məsələn, Daxili İşlər Nazirliyi kollaborasionist (satılmış – red.) hökumətin tərkib hissəsi sayılardı. Amma indi də faktiki olaraq belədir. Çünki Ermənistanın rəhbəri adlandırılan şəxs Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir. Bu ölkələr “İrəvan konstitusiyanı dəyişməlidir” tələbi ilə çıxış edən kimi, Paşinyan dərhal razılaşır”, – qəzet vurğulayır.

“Məntiqli nəticə: əgər Ermənistan işğal olunubsa, onda əsas taktiki qərarlar İrəvanda yox, Bakı və Ankarada qəbul olunur. Daha mühüm, geosiyasi əhəmiyyətə malik strateji qərarlar, məsələn, “Zəngəzur dəhlizi” ilə bağlı məsələlər Londonda müəyyənləşdirilir. Deməli, Ermənistanda hakimiyyət dəyişikliyi xalq üçün Bakı, Ankara və Londona qalib gəlmək qədər çətin məsələdir. Ermənistanda insanlar küçələrə çıxanda və hakimiyyət dəyişikliyi alınmayanda elə bilirik ki, Paşinyana uduzuruq. Halbuki, belə deyil”.

Nəşr qeyd edir: “Ermənistanda Paşinyan hakimiyyətinə qarşı dörd böyük etiraz dalğası olub, dörd dəfə polis həddindən artıq güc tətbiq edib və bütün bu hadisələrdə ABŞ Paşinyan rejimini və onun “demokratik islahatlarını” dəstəkləyib. İndi isə ABŞ-da administrasiya dəyişikliyi baş verib, hakimiyyətə Tramp gəlib. Hazırda ABŞ-da keyfiyyət dəyişikliyi baş verib, Ermənistanda “dərin dövlət”in digər qolu – Britaniya işləyir. Britaniya öz vassalları – Türkiyə və Azərbaycan vasitəsilə İrəvana nəzarət edir.

2021-ci ildə Ermənistanın yüksək rütbəli hərbçiləri Paşinyanın istefasını tələb edən bəyanat yaydılar. O vaxt Nikola ilk dəstək verən kim oldu? Doğrudur, Türkiyə. Ankara bəyan etdi ki, İrəvanda hakimiyyət hərbçilərin əlinə keçsə, sərt şəkildə müdaxilə edəcək – yalnız bəyanatla yox, əməli formada. Yəni, Paşinyanın hakimiyyətdə qalması Türkiyə üçün həyati əhəmiyyət daşıyırdı. Bu fakt onun hökumətinin kollaborasionist olduğunu sübut etmirmi?

Əgər Ermənistanda hakimiyyətə Britaniya, Türkiyə və Azərbaycanın maraqlarına uyğun hərəkət etməyən qüvvələr gəlsə, onların regiondakı planlarına ciddi zərbə vurulacaqmı? Vurulacaq, özü də necə. Onlar belə qüvvənin hakimiyyətə gəlməsinə imkan verməmək üçün əllərindən gələni edəcəklərmi? Cavab yenə də müsbətdir. Müxalifət bütün bunları anlamalı və olduqca ağıllı, düşünülmüş şəkildə hərəkət etməlidir”.

Bu kampaniyaya keçmiş xarici işlər naziri Vardan Oskanyan da qoşulub.

O, açıq şəkildə bildirib: “Bu gün hamımız yalnız bir hədəfə – Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa köklənmişik və bu məqsədə necə nail olacağımızın üsulu artıq önəmli deyil.

Ermənistanın düşdüyü faciəli, fəlakətli və dəhşətli vəziyyət fonunda Paşinyanla bağlı istənilən fikir – onu satqınlıqda, dələduzluqda, səriştəsizlikdə və ya sadəlövhlükdə ittiham etmək – tamamilə başadüşüləndir və səslənmək haqqı var.

O, istəmədən, ancaq nadanlığı və səriştəsizliyi nəticəsində bu vəziyyəti yaradıb. Məncə, artıq özü də anlayır ki, erməni xalqını böyük bəlaya düçar edib və buna görə bağışlanmayacaq. Onun müharibədən sonra səhnəni tərk etmək əvəzinə, özünü haqq qazandırmaq mərhələsinə keçməsi və hər dəfə baş verənləri “yeni yanaşmalar” adı ilə izah etməyə çalışması qəbuledilməzdir.

Paşinyan bir sadə səbəbə görə istefa verməlidir: onun nə ölkəni idarə etmək imkanları qalıb, nə də hansısa xarici müttəfiqdən dəstək alır. O, öz rolunun məsuliyyətini dərk etmir, son yeddi ildə heç nə öyrənməyib, nə də inkişaf edib, psixoloji tarazsızlıq əlamətləri nümayiş etdirir. O, dinləməyi bacarmır, siyasət və diplomatiyada sözün çəkisini və əhəmiyyətini anlamır və nəticədə Ermənistanın təhlükəsizliyi, inkişafı, rifahı və milli birliyi üçün ciddi təhlükə yaradır.

Hazırda Paşinyanın hələ sülh yolu ilə hakimiyyətdən getmək imkanı var – səriştəsizliyini və hazırlıqsızlığını etiraf edərək, hüquqi məsuliyyətin labüdlüyünü anlayaraq. Müxalifət də bu variantı qəbul etməlidir. Çünki başqa bir ssenari “ölüm-dirim” dilemmasına çevriləcək, bu isə Paşinyanın hakimiyyəti qəsb etmək iştahasını artıracaq və daxili qarşıdurma ehtimalını yüksəldəcək”, – Oskanyan vurğulayıb.

Bütün bunların arxasında kimin dayandığı maraqlı deyilmi? Bəlkə, Moskva Ermənistana nəzarəti qaytarmaq üçün yeni mərhələyə start verib? Üstəlik, gələn il ölkədə parlament seçkiləri keçiriləcək, Ermənistan parlament respublikası olduğundan, “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə uduzsa, Paşinyan avtomatik vəzifəsini itirəcək. Yəqin, Rusiya mediasının da yazdığı kimi, Sergey Kiriyenkonun bu yaxınlarda Moskvanın Ermənistan üzrə yeni “kuratoru” təyin edilməsi heç təsadüfi deyil. Xatırladaq ki, Kiriyenko bundan əvvəl Ukraynanın işğal olunmuş ərazilərində Kremlin siyasətini müəyyən edirdi. Bütün bunlar necə qiymətləndirilə bilər? Ermənistan hakimiyyətinə qarşı hibrid müharibənin yeni mərhələsi?

Müstəqil politoloq Xəqani Cəfərli Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

O, qeyd edir ki, erməni müxalifətinin və KİV-lərinin Baş nazir Nikol Paşinyana qarşı yeni hücum dalğasında ümumi bir xətt hiss olunur.
“Bu onu göstərir ki, Paşinyan əleyhinə həmin hücumlarla Ermənistanda hakimiyyət-müxalifət münasibətlərini Rusiya ilə Böyük Britaniya rəqabəti kontekstində təqdim etməyə çalışırlar. Bu isə təsadüf deyil. Çünki əsrlərdir davam edən Rusiya–Britaniya rəqabəti hazırda ən gərgin dövrlərindən birini yaşayır. Moskvada hesab edirlər ki, Böyük Britaniya postsovet məkanında Rusiyanın təsirinin azalmasında mühüm rol oynayıb. Rusiyanın Azərbaycanla bağlı prinsipial mövqe sərgiləməsinin səbəblərindən biri də Bakı ilə London arasındakı əməkdaşlıqdır. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünü artırıb, təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin edib və Moskvanın təsirindən asılılığı xeyli azaldıb. Bunun nəticəsində Rusiya bütün Cənubi Qafqazda təsir imkanlarını itirməkdədir.

Eyni zamanda, Moskvada hesab edirlər ki, Ukraynanın müqavimətinin arxasında da məhz Britaniyanın iradəsi dayanır. Düzünü desək, Moskvanın bu qənaəti əsassız deyil. Məhz Böyük Britaniya Ukraynanın təcrid olunmasına imkan verməyib. Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə məşhur qəbuldan sonra Britaniyada ən yüksək səviyyədə qarşılandı və bu, Londondan birmənalı siqnal olaraq, Putin və Trampın oyun qaydalarını pozdu”, – analitik baxışlarını bölüşüb.

O, bildirir ki, nəticə etibarilə, formalaşmaqda olan yeni dünya düzənində maraqları ən çox toqquşan iki ölkə var: “Böyük Britaniya və Rusiya. Paşinyanın opponentləri də bu vəziyyətdən istifadə etməyə çalışır, özlərini guya Rusiya maraqlarının təmsilçiləri kimi təqdim edib, Moskvanı radikal addımlar atmağa təhrik edirlər. Onlar vurğulayırlar ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistanı Britaniya təsir dairəsində saxlayacaq.

Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistanla münasibətləri koordinasiya etməyə başlaması isə Paşinyanın opponentləri üçün əlavə imkanlar yaradıb. Çünki Sergey Kiriyenkonun əsas vəzifəsi postsovet məkanında Rusiyanın təsir imkanlarının zəifləməsinin qarşısını almaq və rəqiblərinin mövqelərini sarsıtmaqdır. Paşinyanın rəqibləri də bu istiqamətdə Kiriyenkoya öz xidmətlərini təklif edir, Britaniyaya qarşı iddialar irəli sürürlər.

Ukraynaya qarşı işğalçı müharibədə ağır itkilər verməsinə baxmayaraq, Rusiya digər postsovet ölkələrinə qarşı hibrid müharibəni davam etdirir. Qarşıdakı aylarda vəziyyət daha da gərginləşəcək. Buna görə də bütün ölkələr qabaqlayıcı tədbirlər görməlidir. Əks halda, onlar Rusiyanın hibrid müharibəsinin ağır nəticələrinə hazır olmalıdırlar” –Xəqani Cəfərli yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10
Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru