20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                 

Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
Tarix: 20-04-2025, 06:09 | Çap et
Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur
"Dünya hər gün dəyişir və əgər biz dəyişən dünyaya uyğunlaşa bilməsək, sadəcə ondan kənarda qalacağıq”. Bunu aprelin 17-də parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“İqtidardakı çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatının davam etdirilməsinə yönəlmiş istənilən cəhd dağıdıcı xarakter daşıyır, çünki bu cəhdlər əvvəllər olduğu kimi, indi də Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısını almaq üçün alətə çevrilib. Təəssüf ki, biz bunu çox gec dərk etdik.

Müxalifət isə əslində belə bir fikir irəli sürür ki, Ermənistan dövlətçiliyi əvvəl də, indi də yalnız bir məqsədə və məzmuna malik olub – Qarabağ hərəkatı, Qarabağ məsələsi, bu səbəbdən, hər hansı nəticədən asılı olmayaraq, Qarabağ hərəkatı davam etməlidir. Amma mən bu yanaşma ilə nəinki razı deyiləm, eyni zamanda geriyə baxanda bir məqamı görürəm və indi artıq onu açıqlaya bilərəm.

Ermənistanda xalqın 2018-ci ildə başladığı zorakılıqsız “məxməri inqilabı” nəticəsində hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr qarşısında intuisiyasını və cəsarətini nümayiş etdirərək, addım-addım və hissə-hissə belə bir reallığa qarşı dayanmağı bacardı: Qarabağ hərəkatı obyektiv baxımdan artıq çoxdan başa çatıb və bu hərəkatı davam etdirməyə yönəlmiş kollektiv səylərimiz yalnız Ermənistanın onsuz da zəifləmiş müstəqilliyinə və dövlətçiliyinə son qoymaq üçün istifadə olunur”, – deyə Paşinyan vurğulayıb.

“Biz deyirik: Ermənistan və Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq.
Niyə və necə? Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc hədələrinin yolverilməzliyini tanıyıblar. Bu isə təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir. Belə ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyət qaydaları artıq hər iki ölkə üçün ali hüquqi qüvvəyə malik sənəddir. Həmin sənəddə demarkasiya üçün əsas prinsip kimi Alma-Ata Bəyannaməsi qəbul olunub.

Ermənistan və Azərbaycan, əslində, münasibətlərin tənzimlənməsi üçün qəbul etdiyi Alma-Ata Bəyannaməsində əsas prinsiplər bunlardır: sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün qarşılıqlı tanınması, daxili işlərə qarışmama, gücdən istifadə və güclə hədənin yolverilməzliyi.

Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması barədə saziş layihəsini razılaşdırıblar, bu layihə üzrə danışıqlar başa çatıb və mən 15 aprel tarixli məruzəmdə göstərdiyim kimi, sazişin imzalanmasına heç bir maneə yoxdur. Müqavilənin mətni razılaşdırılıb.

Ermənistan və Azərbaycan arasında eskalasiya və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqaz tarixində yeni bir səhifə açmalıyıq və biz həm sülh sazişini, həm də ATƏT-də Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı birgə Ermənistan-Azərbaycan bəyanatını imzalamağa hazırıq”, – deyə Paşinyan bildirib.

Beləliklə, iki əsas məqam ön plana çıxır: Paşinyan Ermənistan daxilində “Qarabağ hərəkatı” adlanan istənilən fəaliyyətin tamamilə dayandırılmasını istəyir və əminliklə bildirir ki, Azərbaycanla yeni müharibə olmayacaq.

Ancaq ortada bəzi suallar var.
Birincisi, Paşinyan doğrudanmı bu “Qarabağ hərəkatı”na son qoymaq gücündədir? Axı İrəvanda hələ Şahramanyanın rəhbərlik etdiyi “Artsax prezidenti ofisi” fəaliyyət göstərir və “Artsax parlamenti” də bu həftə orada iclas keçirib.
İkincisi, Paşinyan artıq yeni müharibə təhlükəsi olmayacağı ilə bağlı belə əminlik haradan peyda olub? Axı bir müddət əvvəl onun özü də, komandasının üzvləri də, müxalifət də Azərbaycanın Ermənistana hücum ehtimalını qəbul edirdi.

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, erməni cəmiyyətində Qarabağ hərəkatına diqqət və dəstək əvvəlki səviyyədə deyil.

“Hərəkat əhəmiyyətli dərəcədə zəifləyib və bu istiqamətdə siyasi prosesi davam etdirmək artıq çətindir. Müxalifət, eləcə də daxildəki və xaricdəki müəyyən millətçi dairələr zəifləyən siyasi mövqelərini qorumaq üçün Qarabağ məsələsindən istifadə etməyə çalışırlar. Lakin əhalinin əksəriyyəti anlayır ki, bu yol uğura aparmır. Əgər yeni müharibə təhlükəsi hiss olunsa, erməni gəncliyi ölkəni tərk edəcək. Onsuz da miqrasiya Ermənistan üçün ciddi problemə çevrilib.

Paşinyan hökuməti revanşist qüvvələrin yeni siyasi gündəlik yox, öz ənənəvi mövzuları ilə məşğul olmasında maraqlıdır. Paşinyan əmindir ki, Qarabağ hərəkatı əhalidən dəstək almayacaq. Son 4 ildə aydın oldu ki, Ermənistan cəmiyyətində revanşistlərin ictimai-siyasi dayaqları artmayıb. Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalanmadığı müddətcə Qarabağ məsələsini tam bağlamaq istəməz. O vaxta qədər həm ölkə daxilində, həm də xaricdə bu məsələdən müəyyən dividentlər əldə etmək imkanı qalır”, – analitik izah edir.

O, dünyada iqtisadi, siyasi və hüquqi münasibətlər sisteminin dərin böhran içində olduğunu da xatırladır.
“Qlobal və regional şərait qeyri-müəyyən və sabit deyil. Xüsusilə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli deyil. ABŞ bu regionda əvvəlki kimi Avropa İttifaqı ilə sinxron siyasət aparmaq istəmir. Əgər Tramp administrasiyası regionda Rusiyanın siyasi və müdafiə maraqlarını nəzərə almağa razı olsa, bu, həm Ermənistan, həm də Azərbaycan üçün yeni problemlər yarada bilər.

Eyni zamanda hazırda Azərbaycanın müttəfiqi olan Türkiyə də Cənubi Qafqazda yeni müharibə istəmir. Hazırda Türkiyənin diqqəti daha çox Yaxın Şərqə yönəlib.
Avropa İttifaqı isə Ermənistan və Azərbaycan sərhədində xüsusi missiya həyata keçirir. Bundan əlavə, bu ilin yanvarında ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. İran da belə bir müharibəni qəbul etmir.

Beynəlxalq və regional şərtlər, o cümlədən Bakı ilə İrəvan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müharibə ehtimalını azaldıb”, – deyə Nəsimi Məmmədli fikirini yekunlaşdırır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru