“Baydenin dövründə Azərbaycan 4 il itirdi” .....                     Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? .....                     Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb .....                     London Kiyevə yeni hərbi yardım paketi ayırır .....                     “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı .....                     "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" .....                     Tramp-Putin razılaşması Bakıdan necə görünür .....                     Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar .....                     Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir .....                     Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? .....                     Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... .....                     Zelenski Trampla danışıqlarını açıqladı: .....                     “Kiyevdə dəhşət, Moskvada sevinc” .....                     Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                 

Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Tarix: Bu gün, 00:15 | Çap et
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan?
Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş strateji razılaşmaya sadiqdir. Bu razılaşmaya əsasən, Azərbaycan və Ermənistan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi erməni KİV-lərində dərc olunan məqaləsində yazıb.

“Ermənistan, hazırda Azərbaycanın işğalı altında olan 200 kv. km-dən çox ərazisini hərbi yolla geri qaytarmağı qarşısına məqsəd qoymur. Bu məsələnin delimitasiya prosesi çərçivəsində praktiki həll olunması üçün real və obyektiv imkanlar mövcuddur. Buna görə də, Ermənistanın Azərbaycana hücum etmək niyyəti ilə bağlı fikirlər sadəcə uydurmadır”, – Paşinyan yazır.

Onun sözlərinə görə, Ermənistan öz ordusunu beynəlxalq səviyyədə tanınmış ərazilərini qorumaq prinsipi əsasında yenidən qurur və bu, istənilən ölkənin haqqıdır.

Paşinyan iddia edir ki, guya Ermənistanın təhlükəsizliyinə Azərbaycandan təhdid var və bu təhdid ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlarından qaynaqlanır. Ermənistanın baş nazirinin fikrincə, bu bəyanatlar “Qərbi Azərbaycan” tezisində tam şəkildə ifadə olunub.

Paşinyan daha sonra yazır ki, mövcud vəziyyətin həlli masa üzərindədir – bu, sülh müqaviləsinin artıq razılaşdırılmış müddəalarından ibarətdir. Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edib və Azərbaycanın müsbət cavabını gözləyir.

Bundan əlavə, İrəvan Bakıya Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən, eləcə də Ermənistan ərazisindən keçməklə beynəlxalq nəqliyyat əlaqələrinin yaradılmasını təmin edən yazılı təklif təqdim edib və Azərbaycanın müsbət cavabına ümid edir.

Bu yaxınlarda hər iki ölkənin hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı işlər üzrə ikitərəfli komissiyalarının nümayəndələrinin görüşü baş tutub.

“Bütün bunlar göstərir ki, bölgədə eskalasiya üçün heç bir əsas yoxdur, əksinə, sülh üçün bütün ilkin şərtlər mövcuddur. Təxribat xarakterli addımlardan və eskalasiya siyasətindən imtina etmək, institusional sülhü təmin etmək lazımdır. Ermənistan nəinki buna hazırdır, həm də bu yoldan qətiyyən dönməyəcək”, – Nikol Paşinyan məqaləsinin sonunda qeyd edir.

Məqalə kifayət qədər konkret xarakter daşıyır, İrəvanın mövqeyi açıq şəkildə ifadə olunub və burada Azərbaycan üçün təhlükəli görünən heç nə yoxdur. Bəs o zaman Bakının bu mövqe ilə kəsişmə nöqtələri tapmasına və erməni tərəfi ilə mübahisəli məsələlərin həll yollarını müzakirə etməsinə nə mane olur? Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda yaranan çıxılmaz vəziyyəti necə izah etmək olar?

Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetinin professoru, politoloq Rövşən İbrahimov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.


O hesab edir ki, əslində, baş nazir Paşinyanın bəyanatlarına aldanmaq lazım deyil.

“Azərbaycanın mövqeyi çox aydın və dəqiqdir. O hesab edir ki, erməni tərəfi 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Burada Zəngəzur dəhlizinin məhz həmin sənədin doqquzuncu bəndində qeyd olunan şərtlər əsasında açılması nəzərdə tutulur. Ermənistanda isə bu bəndi istədikləri kimi yozur və əsas müddəaları görməzdən gəlirlər.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, Bakı Ermənistan qanunvericiliyində Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürülən iddialarla bağlı düzəlişlər edilməsini tələb edir. Onlar buna arxaik bir sənəd, yaxud keçmişdə qalmış və unudulmuş razılaşma və ya xartiya kimi qəbul edə bilərlər. Amma bu, Azərbaycan üçün əhəmiyyət daşımır. Azərbaycan dəqiq bir mövqeyə sahibdir və məhz bunu nəzərdə tutur.

Üstəlik, İrəvanın o fikri tamamilə yanlışdır ki, guya hansısa bir amil Bakının hərəkət etməsinə mane olur. Bakıya heç nə mane olmur. Bakı sülh müqaviləsinin imzalanmasını təklif edən ilk tərəf olub. Ancaq sənədi yalnız imzalamaq xatirinə imzalamaq? Xeyr. Əgər məqsəd bu olsaydı, biz bunu çoxdan edə bilərdik. Məhz buna görə də hər şey tamamlayıcılıq prinsipi əsasında aparılmalıdır”, – professor hesab edir.

O, həmçinin vurğulayır ki, Azərbaycanın Ermənistana qarşı hər hansı bir təhdid yaratdığı fikri də həqiqətə uyğun deyil.

“Azərbaycan irredentist dövlət deyil və heç kimin ərazilərinə maraq göstərmir, heç bir qonşusuna qarşı ərazi iddiası irəli sürməyib. Azərbaycanın tək istədiyi, razılaşdırılmış məsələlərin yerinə yetirilməsidir ki, proses bu razılaşmalara uyğun olaraq davam etsin. Biz qonşuyuq və gec-tez bu problemləri həll edib irəliləməliyik.

Əgər bu mümkün olmazsa, onda alternativlər mövcuddur – Ermənistanla sərhəd boyunca yüksək bir divar tikərik və özümüzü onlardan təcrid edərik. Bir çox dövlətlər bu təcrübədən istifadə edir. Bunun Azərbaycan üçün heç bir qorxulu tərəfi yoxdur”, – İbrahimov əmindir.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru