Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərovun Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, zərərçəkən Nərimanov rayon İcra Şöbəsinin məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz, Bakı Hərbi Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökmə açıq-aydın müdaxilə edən qərarının ləğvini tələb edirdi.
“2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi Mövlam Şıxəliyev və digərilərinin apellyasiya şikayətini təmin etmədi. Bundan sonra Mövlam Şıxəliyev və başının dəstəsi Ali Məhkəməyə kassasiya şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qərarından sonra mülki iddialarımız icraya yönəlməsi üçün Bakı Hərbi Məhkəməsinə göndərildi. Bakı Hərbi Məhkəməsi iş üzrə 16 mülki iddiaçının adına icra vərəqələri yazıb Nərimanov Rayon İcra Şöbəsinə göndərdi. İşlər icra məmuru Rəfail Səfərovun qərarı ilə eyni icraatda birləşdirildi. Lakin Nərimanov Rayon İcra Şöbəsi 2 ilə yaxın icraya başlamaqdan ən müxtəlif bəhanələrlə yayındı.
Nəhayətdə şikayətlərimizdən sonra, Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev 10 iyun 2024-cü ildə Bakı Hərbi Məhkəməsinə məktub yazıb icra məmuru Rəfail Səfərova məhkəmə qərarının izah olunması barədə ərizə təqdim etdi. Vaxt uzatmağa hesablanan bu ərizəyə məhkəmə gözlənilən cavabı verdi. İcra məmuru Rafail Səfərovun ərizəsinə məhkəmədən cavab yazıldı ki, hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri, sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır!
Bu cavabdan sonra nəhayət ki, icra işinin başlayacağı və Bakı Hərbi Məhkəməsinin hökmünün icra ediləcəyini düşündük. Lakin bunun əvəzinə məhkəmə icraçısı Rəfail Səfərov Cavidan Hacıyevi də yanına alıb bu dəfə də eyni mahiyyətli izah tələbi ilə Bakı Hərbi Məhkəməsinə müraciət etdilər. Bakı Hərbi Məhkəməsində 1 iyul 2024-cü ildə hakim Fikrət Əliyevin sədrliyi ilə məhkəmə icraçısı Rafail Səfərovun növbəti və eyni məzmunlu izah tələbinə baxıldı.
Bakı Hərbi Məhkəməsinin 01.07.2024-cü il taxixli, İş N 7-1(093)-12/2024 Qərarı ilə icra məmuru Rafail Səfərova və yanına aldığı Cavidan Hacıyevin izah tələbinə belə bir cavab verildi:
- hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır.
Bu qərardan sonra da icra işi başlanmadı. Bu dəfə Bakı Apellyasiya Məhkəməsinə şikayət verdilər. Yenə də izah tələbi irəli sürüldü. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə 26 avqust 2024-cü ildə şikayətə baxıldı. Məhkəmənin 7-1(103)-3/2004 saylı qərarında yazıldı ki, birinci instansiva məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hökmlə həll edilməyən və ya hansısa qaydada həll edilmiş məsələlərə hökmə izah verilməsi qaydasında yenidən baxılması, yeni halların müəyyən edilməsi, hökmdə həll edilən məsələlərin mahiyyətinin dəyişdirilməsi qanunda nəzərdə tutulmamışdır. Mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, mülki iddianın təmin edilməsi barədə müddəanın fərqli qaydada izah və təfsir edilməsi qanuni və əsaslı sayıla bilməz.
Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icra sənədi verilməsinə əsas olmuş hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədin mətninə uyğun şəkildə icra olunmalıdır. İzah verilməsinə dair ərizə təmin olunmamalıdır.
Ona görə də Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi qəbul etdi.
Bundan sonra məhkəmə icraçısı Rəfail Səfərov məcbur olub icra işinə başladı. Lakin özünün tələbi ilə Bakı Hərbi Məhkəməsinin və ardından Bakı Apellyasiya Məhkəməsinin verdikləri izahlara məhəl qoymadı.
Özünün verdiyi icra haqda qərarında Bakı Hərbi Məhkəməsinin hökmünün adını çəksə də, özünün izah tələbinə dair Bakı Hərbi Məhkəməsinin adını belə çəkmir, qərarın mahiyyəti, nə qərar verilməsinə toxunmur. Bakı Apellyasiya Məhkəməsinin qərarı haqda isə heç bir qeyd aparmadan özünün şəxsi maraqlarından çıxış edərək tam qanunsuz qərarla icra işinə girişdi”.
Zərərçəkən deyib ki, məhkəmə icraçısı Rəfail Səfərov qərar verməzdən əvvəl 16 nəfər zərərçəkəni Nərimanov İcra Şöbəsinə dəvət edərək növbəti qanunsuzluğa imza atıb:
“Rəfail Səfərov dedi ki, əgər hər biriniz ərizə yazıb hər hansı bir şikayətinizin olmadığını bildirməsəz, icra işinə başlamayacağam. Məcbur olub onun dediyi, faktiki olaraq şikayət etmək hüququmuzu məhdudlaşdıran qanunsuz ərizəni yazdıq. Qanunsuz olmasını bildiyimizdən icra işinin əngəllənməməsi üçün Rəfail Səfərovun qanunsuz tələbini yerinə yetirdik.
Bu dəfə də bizə məlum oldu ki, Rəfail Səfərov özünün izah tələblərinə dair məhkəmə qərarlarını bir kənara tullayıb, özü bir siyahı tutub, məhkəmə hökmündə olan 16 nəfərə özünün istədiyi, şəxsi maraqlarından çıxış etməklə 6 nəfəri də qoşub. Rəfail Səfərovun özbaşına verdiyi bu qərarın ləğvi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdik. Bu dəfə də Rəfail Səfərov və himayədarları Nərimanov Məhkəməsində qanunsuz verdikləri icra haqqında qərarın ləğvinə imkan vermədilər.
Axı necə ola bilər ki, Azərbaycan Respublikası adından Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökm məhkəmə icraçısı tərəfindən bir kənara atılsın və məhkəmə icraçısı Rəfail Səfərovun istəyinə uyğun icra işi aparılsın?
Əgər icra məsələsini məhkəmə icraçısı Rəfail Səfərov öz istədiyi kimi icra edəcəkdisə, daha Bakı Hərbi Məhkəməsinə müraciət edib izah istəməsinə nə ehtiyac vardı? Bakı Apellyasiya Məhkəməsinə niyə müraciət edib izah tələbini yenidən təkrar edirdi? Nərimanov Məhkəməsi tam qanunsuz olaraq Rəfail Səfərovun icra işini öz istəyinə uyğun aparmasına öz qərarı ilə “don” geydirdi. Bakı Apellyasiya Məhkəməsinə şikayətimiz də bu instansiyanın sədri Mübariz Əkbərovun qarşı tərəflə əlaqələrinə görə qismən təmin edildi. Baxmayaraq ki, məhkəmənin gedişində Mübariz Əkbərovun qəbulunda olub Bakı Hərbi Məhkəməsinin qərarına məhkəmə icraçısı tərəfindən qanunsuz müdaxilə barədə məlumat vermişdim. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin iş üzrə qərarını da təqdim etməklə faktiki olaraq məhkəmə icraçısının özbaşınalığını başa salmışdım.
Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi əslində biz istəmədiyimiz 2 şəxslə bağlı qərar verməklə Nərimanov Məhkəməsində baş verən qanunsuzluqları ört-basdır etdi.
Özlərinin qərarına qanuni görkəm vermək, gözə kül üfürmək kimi qanunsuz bir işə girişdilər.
Bizə qarşı, adından hökm çıxarılan Azərbaycan Respublikasına qarşı məhkəmə icraçısı Rəfail Səfərovun qismində cinayətə bərabər böyük bir qanunsuzluq törədilib. Məhkəmə sədri Mübariz Əkbərov isə ortada Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin qərarı ola-ola yenə də məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz qərarını qüvvədə saxlamağa nail oldu. Bakı Apellyasiya Məhkəməsinin bu qərarı Azərbaycan məhkəməsi adına böyük bir cinayətdir. Ona görə də ölkə rəhbərliyinə müraciət etməklə bu işdə əli olan hər kəsin cəzalandırılmasını tələb edəcəyik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
|