Bazar ertəsi, 3 mart 2025, 02:55:53  
   Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı .....                     "Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır" .....                     Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib .....                     Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi .....                     Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir .....                     Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub .....                     Cavad Zərif istefa verdi .....                     "Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..." .....                     " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." .....                     Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... .....                     Azərbaycanlı ailə İsveçrədən qovuldu .....                     Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım .....                     “Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” .....                     "Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" .....                     Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? .....                     Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab .....                     İran dəyişikliyə gedir... .....                     “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” .....                     Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… .....                     Ağ Evdəki davanın ən üzücü nəticəsi: .....                     Rasizadə bunu bizə qadağan etmişdi .....                     Azərbaycanın strateji rolu dünya gündəmində .....                     “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” .....                     Azərbaycanda siyasətçi vəfat etdi .....                     "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" .....                     Zəngəzura görə hərbi müdaxilə… .....                     "Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." .....                     Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi .....                     Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq .....                     Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur .....                     Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? .....                     "Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..." .....                     "Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" .....                     Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR .....                     “Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” .....                     Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır .....                     Norveç ABŞ gəmilərinə xidmət göstərmir .....                     Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı .....                     Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb .....                     Axtarışa verilən meyxanaçıdan xəbər var .....                 

Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Tarix: 1-02-2025, 00:35 | Çap et
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir?
Moskva, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı əldə olunan irəliləyişi alqışlayır və bu prosesə lazımi dəstəyi göstərməyə hazırdır. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli işçi qrupunun işini şərh edərkən bildirib.

“Biz hər zaman bu cür təmasları və birgə işi dəstəkləmişik. Çünki bu, regionda sabitliyə töhfə verəcək. Biz öz tərəfimizdən həmişə təklif etmişik ki, bu prosesə dəstək verək. Rusiyanın müvafiq kartoqrafik materialları var və onları tərəflərin sorğusu əsasında təqdim edə bilərik”, - deyə o bildirib.

Overçuk əlavə edib ki, Rusiya qonşuları, o cümlədən Azərbaycanla bu sahədə böyük təcrübəsi olduğundan məsləhət formasında yardım da göstərə bilər.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədi ilə bağlı “çox konstruktiv” iş aparılır.

Overçuk xatırladıb ki, sərhəd məsələləri ilə də məşğul olan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Azərbaycanın baş nazir müavini Şahin Mustafayev məhz üçtərəfli komissiyanın işi sayəsində tanış olublar. “Mən bilirəm ki, onlar arasında yaxşı işgüzar əlaqə yaranıb və bu, çox böyük nəticədir. Xüsusilə də nəzərə alsaq ki, iki ölkə arasında hələ diplomatik münasibətlər yoxdur və sülh müqaviləsi imzalanmayıb”, - deyə Rusiya baş nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər ki, bu da regionda sabitliyə töhfə verir.

Overçuk vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli işçi qrupun fəaliyyəti formal olaraq dayandırılmasa da, hazırda əməkdaşlıq ikitərəfli formatda davam edir. “Biz bu mövzuda vaxtaşırı ünsiyyət qururuq, lakin artıq üçtərəfli formatda yox, birbaşa təkbətək danışıqlar aparılır. Mənim həmkarlarım sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya çərçivəsində müntəzəm olaraq görüşürlər. Orada çox böyük və yaxşı irəliləyiş əldə olunub”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya komissiyası vasitəsilə fəal işləyirlər, artıq sərhədin bir hissəsində işləri uğurla yekunlaşdırıblar və prosesi Gürcüstanla sərhəddən başlayaraq şimaldan cənuba doğru davam etdirmək barədə razılığa gəliblər.

Əlbəttə, Overçukun bu cür xoş qiymətləndirməsi və arzuları üçün ona təşəkkür düşür. Amma deyəsən, bu bəyanatlar Rusiyanın prosesə yenidən daxil olmağa çalışması məqsədilə verilir? Bəli, bundan əvvəl üçtərəfli format olub, lakin son vaxtlar Bakı və İrəvan bütün məsələləri birbaşa müzakirə etməyi üstün tuturlar. Moskvanın Cənubi Qafqaz üzərində nəzarəti itirmək istəmədiyi açıq-aşkardır və bu, onu qane etmir.

İstisna deyil ki, Overçuk Azərbaycan və Ermənistana Rusiyanı yenidən sərhəd danışıqlarına cəlb etməyin vacibliyini aşılamaq üçün Kremldən xüsusi göstəriş alıb. Amma Moskva bunu indiki şəraitdə bacara bilərmi? Rusiyanın məqsədinə nail olmaq üçün adları çəkilən ölkələrə təzyiq göstərmək imkanları hələ qalırmı?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Ekspert bildirir ki, Rusiya Cənubi Qafqazda öz təsir gücünü xeyli itirib. “Gürcüstanla münasibətlərin müəyyən qədər istiləşməsinə baxmayaraq, hələ də iki ölkə arasında diplomatik əlaqələr qurulmayıb. Antiterror əməliyyatından sonra Rusiyanın hərbi kontingenti Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Son təyyarə qəzasından sonra Rusiya tərəfinin sərgilədiyi qeyri-adekvat reaksiya isə Bakı ilə Moskva arasındakı münasibətləri daha da gərginləşdirdi. Ermənistan isə açıq şəkildə Qərbyönlü siyasət yürüdərək Kremlə meydan oxuyur və Rusiyanı bütün sahələrdə zəiflədərək onun təsir dairəsini daraldır. Rusiya sərhədçilərinin Ermənistanın dövlət sərhədlərindən çıxarılması, İrəvanın KTMT çərçivəsində fəaliyyətini dondurması, ABŞ ilə strateji tərəfdaşlıq xartiyasının imzalanması, Avropa İttifaqına qoşulmaq üçün referendumun hazırlanması və baş nazir Nikol Paşinyanın son ABŞ səfəri Moskvanın bölgədəki təsirinin azalmasının açıq göstəriciləridir”, - deyə ekspert vurğulayır.

Onun sözlərinə görə, Kreml mövcud vəziyyəti anlayır, lakin təzyiq göstərmək imkanı xeyli zəiflədiyindən prosesə təsir etmək imkanları olduqca məhduddur. “Bu səbəbdən də, Overçuk sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiyanın artıq yalnız məsləhətçi qismində “kartoqrafik dəstək” göstərə biləcəyini bildirir. Moskva etiraf edir ki, Azərbaycan və Ermənistan müstəqil şəkildə ikitərəfli görüşlər keçirməyə üstünlük verir. Rusiya bu məsələdə son güllələrini atır, lakin onların hədəfə dəyəcəyinə şübhəsi var.

Ukrayna müharibəsinin həlledici mərhələsində Rusiyanın Cənubi Qafqazdakı real təsiri son dərəcə zəifləyib. Sanksiyalar altında boğulan Rusiya üçün Cənubi Qafqaz bir növ nəfəsalma mənbəyidir. Mövcud şəraitdə bu regionun itirilməsi Rusiya üçün fəlakətə bərabərdir. Məhz buna görə də, Rusiya baş nazirinin müavini ehtiyatlı və diplomatik dillə ölkəsinin xidmətlərini təklif edir. Lakin nə Azərbaycana, nə də Ermənistana sərhəd məsələsini Rusiyanın “kartoqrafiyası” ilə həll etmək lazımdır”, - deyə ekspert vurğulayır.

Eyni zamanda, o qeyd edir ki, Rusiyanın təsir və təzyiq imkanlarının tamamilə tükəndiyini söyləmək də düzgün olmazdı. “Moskvanın Ermənistana qarşı iqtisadi, hərbi və siyasi təzyiq rıçaqları hələ də qalmaqdadır. İqtisadi baxımdan Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması və Lars nəqliyyat dəhlizinin bağlanması ölkə üçün ciddi problemlər yarada bilər. Rusiyanın Ermənistana qaz və digər enerji resurslarının tədarükündəki üstün mövqeyi, həmçinin dəmir yolları və strateji obyektlər üzərində nəzarəti hələ də onun əlində güclü rıçaqlar kimi qalır. Bundan əlavə, Rusiya ilə hava əlaqəsinin dayandırılması Ermənistanda daxili gərginliyi artıraraq, Paşinyan hökumətinin devrilməsinə gətirib çıxara bilər.

Bununla belə, Ermənistanın siyasi səhnəsində Paşinyanın yerinə keçə biləcək, Rusiyayönlü və eyni zamanda güclü ictimai dəstəyə malik siyasi fiqur görünmür. Ona görə də, hazırkı şəraitdə Rusiyanın Cənubi Qafqazda ciddi dəyişikliklər etmək imkanları son dərəcə məhduddur”, - deyə İlham İsmayıl fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı – Sərhəddə böyük oyun başladı
Bu gün, 06:31
"Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır"
Bu gün, 06:28
Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib
Bu gün, 06:26
Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi - Görünəni odur ki...
Bu gün, 06:24
Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir - "The Guardian"
Bu gün, 06:21
Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub - AÇIQLAMA
Bu gün, 00:57
Cavad Zərif istefa verdi - "Fars News"
Bu gün, 00:53
"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14
" 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12
Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... -Ukrayna MN Baş Kəşfiyyat İdarəsi
Bu gün, 00:06
Azərbaycanlı ailə İsveçrədən qovuldu - ŞOK DETALLAR
Bu gün, 00:04
Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” - GƏLİŞMƏ
Dünən, 23:30
"Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" - MALƏSƏF... Bu faktdır...
Dünən, 23:27
Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Dünən, 23:25
Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab - “Rusiya vətəndaşları deyil”
Dünən, 23:22
İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Dünən, 15:14
“Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Dünən, 15:10
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Dünən, 13:47
Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Dünən, 13:44
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Dünən, 13:43
Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Dünən, 12:42
“Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Dünən, 12:36
Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Dünən, 12:34
"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Dünən, 12:31
Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Dünən, 12:28
"Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Dünən, 12:24
Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Dünən, 10:48
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Dünən, 10:45
Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Dünən, 09:16
Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:12
"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Dünən, 08:48
"Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Dünən, 08:45
Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Dünən, 08:27
“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” - ETİRAZ
Dünən, 08:21
Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır - NƏ BAŞ VERİR?
Dünən, 08:18
Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Dünən, 08:14
Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
Dünən, 01:51
Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
Dünən, 01:47
Axtarışa verilən meyxanaçıdan xəbər var - “10 ildən çoxdur ki...”
Dünən, 01:44
Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA - London Kiyev üçün bu addımı atdı
Dünən, 01:00
Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... GƏRƏKLİDİRMİ?
Dünən, 00:48
Ah, Amerika..! - Ukraynanın taleyi necə olacaq?
Dünən, 00:44
Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... - TƏFƏRRÜAT
Dünən, 00:25
Elvin nazirliyə və AFFA-ya müraciət etdi - FOTO
Dünən, 00:20
Naxçıvanda sabiq sədr saxlanıldı - MR-da NƏ BAŞ VERİR?
Dünən, 00:15
Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"
Dünən, 00:10
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
1-03-2025, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
1-03-2025, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
1-03-2025, 18:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru