Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                     Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti .....                     Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir .....                     Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, .....                     Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib .....                     MİDA-nın 620 minlik tenderi ləğv edildi .....                     “Qoca qitə” çarə axtarışında: .....                     Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? .....                     Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi .....                     Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü .....                     “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib .....                     Erməni əsilli İsveç deputatı haqlıdırmı? .....                     Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib .....                     Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub .....                     Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... .....                     Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib .....                     Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? .....                     “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” .....                     “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? .....                     Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? .....                     “Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub .....                     14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU .....                     Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi .....                     Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... .....                     Vüsal Aslanov daha bir rəisi işdən çıxardı .....                     Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar .....                     Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb .....                 

İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Tarix: Dünən, 15:14 | Çap et
İran dəyişikliyə gedir...
İranda yaxın zamanlarda ciddi dəyişikliklərin baş verməsi ehtimalı artır. Bu necə olacaq? Hərbi, silahlı, yoxsa dinc, islahat yolu ilə? Hər halda, vəziyyətin ağırlığını hakimiyyət daxilində də etiraf edirlər.

İnqilab Keşikçiləri Qvardiyasının komandanları isə bəlağətli çıxışlarında İsrail, ABŞ və onların tərəfdaşlarını hədələyirlər. Tehran hakimiyyəti ictimaiyyətə yaxşı gələcək vəd edə bilmir. Rejim başçıları özlərini dini məsələlər arxasında gizlətməklə vətəndaşları aldadırlar.

ABŞ Prezidenti Donald Trampın İrana maksimum təzyiq sərəncamı qüvvəyə minib. Bu sənəd İslam Respublikasının neft satışını sıfıra endirməyə xidmət edir.

Bununla belə, İranın nüvə və hərbi obyektlərinin vurulması məsələsi də ABŞ və İsrailin gündəliyindədir.

Məşhur Harvard Universitetinin ABŞ Siyasətinin Öyrənilməsi Mərkəzi (CAPS), “Harris Pollinq” İnstitutu sorğu keçirib. Tədbirdə iki mindən çox seçici iştirak edib. Respondentlərin 76 faizi İranın nüvə obyektlərinin məhv edilməsinin vacibliyini bildiriblər. Rəyi soruşulanların 57 faizi İsrailin havadan İranın nüvə müəssisələrinə hücumuna ABŞ-nin dəstək verməsinə səs veriblər. Respondentlərin 54 faizi Donald Trampın İranla bağlı siyasətini dəstəkləyib.

İrandakı ciddi siyasi-iqtisadi böhranı dərinləşdirən daha bir amil isə sanksiyalardır.

Artıq islahatçı sayılan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani həyacan təbili çalır. Vəziyyətin ağırlaşacağı xəbərdarlığını edirlər.

Məhəmməd Xatəmi bildirib: “Sanksiyalar nemət sayılanda bu pis günlərin də bizi gözləyəcəyini bilməli idik”. O, ölkədəki mövcud vəziyyətə toxunaraq deyib ki, xalqın, ölkənin indiki vəziyyəti yaxşı deyil: “Bu yaxınlarda açılan pəncərənin bağlanması və yaranan kiçik ümidlərin də yox olması böyük qorxudur, təhlükəlidir”.

Xatəmi deyib ki, ABŞ-nin yeni administrasiyasının əvvəllər müxtəlif yollarla ifadə və elan edilmiş son mövqeləri vəziyyətin pisləşəcəyini sübut edir. O, təhdidlərə qarşı ayıq-sayıq olmaqla yanaşı, yaranan fürsətlərdən də istifadə etməyin vacibliyini vurğulayıb. Keçmiş hökumət başçısının qənaətincə, İran hakimiyyətinin bəzi açıqlamaları Avropada və regionda narahatlıq yaradıb: “Milli maraqların qorunmasına yönəlmiş ayıq, fəal və çevik diplomatiya həmişə zəruri, həm də effektivdir”.

O, İranın Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatla nüvə məsələsinə dair problemlərinin qaldığını da vurğulayıb. Xatəmi bildirib ki, əhalinin tələbləri, verilən vədlər və irəli sürülən şüarlar da unudulmamalıdır.

Beşinci prezident indiki hökumət başçısı Məsud Pezeşkianı da müdafiə edib. Bildirib ki, mövcud problemlər ondan əvvəl yaranıb: “Ölkədə vəziyyət yaxşı deyil. Bu şəraiti Pezeşkian yaratmayıb”.

Həsən Ruhani isə ABŞ başda olmaqla Qərblə danışıqlardan da bəhs edib: “Bəziləri deyir ki, ali rəhbər (ayətulla Seyid Əli Xameneini nəzərdə tutur - red.) danışıqların əleyhinədir. Rəhbərlik danışıqların əleyhinə deyil. Əksinə, şəraitdən asılı olaraq, bu gün buna qarşı çıxa bilər, ancaq bir neçə aydan sonra şərtləri dəyişməyə razılıq verəcək”.

Bu o deməkdir ki, yaxın zamanda İran hakimiyyəti ABŞ ilə danışıqlar üçün açıq olduğunu bir daha bəyan edəcək.

Məsud Pezeşkianın mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran Prezidenti hesab edir ki, ABŞ danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə Vaşinqtonla danışıqlar bərpa oluna bilər: “Sanksiyalardan qorxmaq lazım deyil. Bəziləri deyir ki, bizim ABŞ ilə danışıqlar masasına oturmaqdan başqa çarəmiz yoxdur. Lakin biz danışıqlar aparmayacağımızı da deməmişik. Sadəcə, quldurlar qarşısında baş əyməyəcəyik. Bizdə belə bir deyim var: əvvəl qohumluğunu sübut et, sonra mirasa iddia edərsən”.

Pezeşkian vurğulayıb ki, əvvəlcə hər cür sanksiya tətbiq edib, sonra danışıqlar aparmaq təklif etmək olmaz.

Rejimin belə ritorikası isə hakimiyyətin gücsüzlüyünü göstərir. Bu, daha çox daxili auditoriyaya hesablanmış açıqlamadır. Çünki istənilən şəkildə danışıqlara meylli görünmək Tehran hakimiyyəti daxilində vəziyyəti ağırlaşdıra bilər. Başqa sözlə, hakimiyyətin bir çox nümayəndəsi əba və əmmaməni qalstuk, kostyum və beysbolkaya dəyişər.

Həsən Ruhani 11-ci və 12-ci hökumətlərin (indi 14-cü hökumətdir) bir qrup nazir və sədr müavinləri ilə görüşündə ölkənin kritik vəziyyətindən danışarkən deyib: “Bizim hamımız ölkənin problemlərini azaltmaq üçün məsuliyyət daşıyırıq. Bu, təkcə hökumətin deyil, bütün sistemin borcudur”.

O, İran teleradio şirkətini tənqid edərək bildirib ki, bu müəssisə ölkə əhalisinin deyil, kiçik bir qrupun təbliğat maşınıdır.

Yeri gəlmişkən, İran televiziya kanalları daha ayətullah Xameneini, SEPAH komandirlərini və ona yaxın qüvvələri təbliğ edir. Hətta Həsən Ruhaninin başçılıq etdiyi 11-ci və 12-ci hökumətin fəaliyyətinə qarşı müzakirələr açır, reportaj verir.

13-cü hökumətə helikopter qəzasında ölən İbrahim Rəisi başçılıq etmişdi. Onun kabinetinin fəaliyyəti ilə bağlı müəyyən bəlli səbəblərdən tənqidi fikirlər, yaxud qərəzli müzakirə apar bilmirlər.

Ona görə də Həsən Ruhani hökuməti tənqid olunur. O, ünvanına deyilənləri cavablandırmaq üçün dəfələrlə müraciət etsə də telekanallar onun istəyini təmin etməyiblər.

İran hökumətinin keçmiş başçılarının çıxışlarından da göründüyü kimi, ölkədə vəziyyətə ağırlaşmağa doğru inkişaf edir. Hakimiyyət nümayəndələri isə yaranmış vəziyyətdən çıxış yolunu “sanksiyalara dözərik”də görür. Tehran rəsmiləri tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə sanki fəxr edirmiş kimi davranırlar. Az qalır desinlər ki, görün, biz necə güclüyüksə, sanksiya tətbiq edirlər. Bəzən buna oxşar ifadələri açıq da deyirlər.

Ancaq cəmiyyət dözə bilmir. Bütün gündəlik tələbat mallarının, qida məhsullarının, tikinti materiallarının, yanacağın qiyməti artıb. Bir dolların qiyməti yüz min tüməni də ötüb. Qış fəslində elektrik enerjisi qıtlığı, təbii qaz çatışmazlığı səbəbindən məktəblər, ofislər qar, yağıntı bəhanəsi ilə bağlanıb. Atom elektrik enerji stansiyası isə hələ 2029-cu ildən sonra istehsal gücünü 3000 meqavatt/san-yə çatdırmaq niyyətindədir...

Bu, hali-İrandır. Yaxşı heç nə vəd etmir bu hal…

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Bu gün, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Bu gün, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Bu gün, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Bu gün, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Bu gün, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Bu gün, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Bu gün, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Bu gün, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Bu gün, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Bu gün, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Bu gün, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Bu gün, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Bu gün, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Bu gün, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58
Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48
Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44
Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37
Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12
14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01
Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59
Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 11:52
Vüsal Aslanov daha bir rəisi işdən çıxardı - ƏMR
Bu gün, 11:50
Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?
Bu gün, 11:47
Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb - "Politico"
Bu gün, 11:42
Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...
Bu gün, 11:30
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun ifadəsi elan olunub
Bu gün, 11:25
“Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ - NARAZILIQ VAR...
Bu gün, 11:22
Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı - FOTO
Bu gün, 11:19
Lalə Babayeva işdən çıxarıldı - ƏMR
Bu gün, 11:17
Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:14
Azərbaycanda şirkətin direktoru istefa verdi - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Bu gün, 10:57
Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... - SƏSİ SONRA ÇIXACAQ
Bu gün, 10:56
İcra başçısının qardaşı vəfat etdi
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru