Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiyməti artırılıb.
Bu il Həcc ziyarəti 5 950 ABŞ dollarına başa gələcək. Bu, ötən ilə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər indiki məzənnə ilə 10115 manat ödəməlidir. Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan Qafqaz Müsəlmanları İdarəsinin əhalini yanlış məlumatlandırdığını bildirib. O, “Facebook” sosial şəbəkə hesabında paylaşım edərək, “10 min manat verib getməkdənsə, işğaldan azad edilmiş torpaqlarda bir şəhid bulağı tikmək 70 Həcc savabına bərabərdir. Yetim tələbənin təhsil haqqını ödəmək isə 100 Həcc savabına bərabərdir. Çarəsiz xəstələrə, evsiz məzlumlara yardım etmək isə cənnəti qazanmaqdır. Ya bu xeyirxah əməllər, ya da bir "hacı" adını qazanmaq üçün 10-15 minin israfı... Seçim sizindir. Buyurun...”,-deyə yazıb.
Maraqlıdır, 10115 manat ödəyərək Həcc ziyarətinə getməyin savabı ilə həmin pulu xeyirxah əməllərə xərcləmənin savabını eyniləşdirmək olarmı?
Məsələ ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, Allahın bizdən istədiyi Həcc indiki Həcc ziyarəti deyil:
“Həmin adam həm kasıblara kömək etsə, həm xəstələrə dəstək olsa, həm də Həccə getsə, o zaman nə deyəcəksiniz? Birincisi, Quranda Həcc var. Amma Həcc tək müsəlmanlarla yox, insanlıqla bağlıdır. Amma təəssüf ki, bugünkü Həccdə müsəlman olmayanlara, daha doğrusu, şəxsiyyət vəsiqəsinə görə müsəlman ölkələrində yaşamayanları qəbul etmirlər. İkinci bir məsələ odur ki, Allahın istədiyi Həcc bu gün həyata keçirilən Həcc deyil. Ona görə də siz ora pul verdiniz və ya vermədiniz, lap Məkkənin özündə yaşasanız, lap pulsuz getsəniz, fərqi yoxdur. Yəni oradakı məqsəd gedib haradasa bu qədər əziyyət çəkib Kəbənin ətrafında fırlanmaqdanmı ibarətdir? Oradakı məqsəd Səfa və Mərvə arasında qaçmaqdanmı ibarətdir? Bu gün marafona gedənlər də bunu edir. Onda Həccin faydası nədir? Sonra da otelə, ağız dadına uyğun yemək axtarmağa gedirsən.
Hansı restoran yaxşıdır və s. kimi müzakirə aparırsan. Sənin 3 həftən belə keçir. Sonra Mina, Müzdəlifə, Ərafat deyilən yerlərə gedirsən. Orda da 3 günün içində insanları bir araya yığırlar, vəssalam. İnsanlar bir çadırda qalır.
Sonra da şeytanı daşlayırlar. Bununla da missiyalarını tamamlamış olurlar. Qayıdanda Nisa təvafı (Həcc ayini boyunca insan öz həyat yoldaşı ilə məhrəm münasibətdə ola bilməz.
Nisa təvafı bu qadağanı aradan götürmək üçün yerinə yetirilir. Əgər insan Nisa təvafını yerinə yetirmədən Məkkədən çıxsa, öz həyat yoldaşı ilə məhrəm münasibətdə olmaq qadağası öz qüvvəsində qalır. Bu qadağanı aradan qaldırmaq üçün ya özü bir daha Həccə gedib Nisa təvafını yerinə yetirməli, ya da öz əvəzinə naib göndərməlidir. Bu qayda cəfəri məzhəbinə aiddir-red.)deyilən bir şey var, qadın təvafı. Kişi o Nisa təvafını eləməsə, evdə həyat yoldaşı ona haram olur. Allahın bizdən istədiyi Həcc bu deyil”.
Elşad Miri qeyd edib ki, 10 min verib Həccə gedənlər supermüsəlman olaraq geri qayıtmır, yenə eyni insandır: “Allahın istədiyi Həcc hər kəsin ora getməsi deyil. Quranda Ənnas, yəni insanlığı təmsil edən şəxslərin gəlməsidir. Bu, bir növ Birləşmiş Millətlər Təşkilatının Allahın 1400 il əvvəl bizdən istədiyi bir formatıdır. BMT 1945-ci ildə qurulub, amma bundan əsrlər əvvəl Allah bizdən bunu tələb edib.
Hətta Quran Yerə enməmişdən əvvəl də bu tələb olunub. İbrahim peyğəmbərin dövründə də bu vardı. Orda da İbrahim peyğəmbər müsəlmanları demir, insanları deyir. Hansı insanları? İnsanları, ölkələri təmsil edənləri deyir, pul yığıb gələnləri demir. Məsələn, ölkəmiz adından kimsə - nazir, millət vəkili gedib orda insanlıq problemlərinin aradan qaldırılması üçün çıxış edə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
|