Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ .....                     Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? .....                     6 azərbaycanlının tarixi bəyanatı: .....                     Zəngəzur planında dəyişiklik: .....                     Azərbaycanda daha bir qurumda kütləvi ixtisar .....                     Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib .....                     Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: .....                     Bakıda ŞOK: ata 3 il övladını zorladı .....                     BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                     Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib .....                     "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" .....                     Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı .....                     “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? .....                     Bakıda məşhur iş adamı həbs olundu .....                     “MTN işi” üzrə zərərçəkənlər etiraz edir .....                     Diqqət sərhəddə: .....                     Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə .....                     Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: .....                     Azərbaycan ÜST-dən çıxacaq? .....                     Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır .....                     Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... .....                     Hərbçimiz vəfat etdi .....                     Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata .....                     “Çinar Park” icarə haqqını 19% qaldırdı .....                     “Sən kimsən? Mən mikrorayon uşağıyam” .....                     Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq .....                     Fəlakətli zəlzələ xəbərdarlığı: .....                     Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                 

Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 10:54 | Çap et
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi?
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşən gürcüstanlı nazir bir sıra maraqlı bəyanatlarla çıxış edib.
Gürcüstan Cənubi Qafqazdakı post-münaqişə dövründə təklif edilən "3+3" formatında iştirak etməsə də, gürcü nazir Cənbui Qafqazın 3 ölkəsi arasında əməkdaşlıq mexanizminin qurulmasını təklif edib.
Son zamanlar Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda onun regiona yönəlik siyasətində də dəyişiklik olacağı ehtimal edilir. Gürcüstan hakimiyyətinin ABŞ və Avropa İttifaqının israrlarına baxmayaraq müstəqil siyasət yeritməsi artıq öz neqativ təsirlərini göstərməyə başlayıb. Belə olduğu bir şəraitdə Gürcüstanın özünü müdafiə üçün alternativ əməkdaşlıq formatını nəzərdən keçirməsinə ehtiyac yaranır.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda "3+3" formatına yanaşması dəyişə bilər:
"Bu gün bu format regionda təhlükəsizliyi təmin etmək, əməkdaşlığı gücləndirmək üçün ən uyğun platformalardan biridir. Yəni, region dövlətləri öz təhlükəsizliklərini kənar dövlətlərdə, təşkilatlarda, qurumlarda yox, region daxilində təmin etməlidirlər. Bunun üçün region ölkələri ilə əməkdaşlığı gücləndirmək tələb olunur. Ən doğru yol budur. Gürcüstanın da bu prosesə qoşulması önəmlidir. Xüsusilə də hazırkı dönəmdə Qərblə münasibətlərin pozulduğu, Gürcüstana getdikcə təzyiqlərin artdığı bir dövrdə bu addımların atılmasına və bu tədbirlərin həyata keçilməsinə böyük ehtiyac var. Yəni, bu adımlar atılmalıdır ki, növbəti proseslərdən sığortalana bilsin".

Ceyhun Məmmədov onu da deyib ki, Qərbin Azərbaycana qarşı ikili standartları mövcuddur:
"Xüsusilə də hazırki şəraitdə Qərbin qarşı təzyiqlərinin artdığı bir, ədalətsizliyinin daha geniş vüsət aldığı dövrdə bu daha aşkar görünür. Bölgə dövlətlərinə, xüsusilə Gürcüstana təzyiqlərinin artdığı bir dövrdə Gürcüstanın təklif olunan "3+3" formatı çərçivəsində əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Düşünürəm ki, bu məsələdə əvvəl də Gürcüstan tərəfindən ciddi qəbul edilirdi. Əsas səbəb Rusiya ilə münasibətlərdə bir az problemlərin olması idi. Artıq bu problemlər, demək olar ki, arxada qalıb. Yəni, münasibətlərin normallaşması istiqamətində tərəflər addımlar atırlar və bu da qeyd etdiyimiz, anlamda tərəflərin əməkdaşlığına öz töhfəsini mütləq verə bilər. Yəni, Gürcüstan da bu prosesdə maraqlı olmalıdır".
"Regionumuzda yeni bir əməkdaşlıq imkanları qurulmalıdır. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bölgə dövlətləri də çalışmalıdırlar ki, qonşuları ilə düzgün, sağlam münasibət qursunlar. Bununla bölgədəki proseslərin tənzimlənməsinə, əməkdaşlığının güclənməsinə, inkişafına öz töhfəmizi verə bilərik. Çünki nəzər almalıyıq ki, qarşıda bizi çox ağır günlər, çox çətin bir dövr gözləyir və bu mərhələdə biz imkanlarımızı səfərbər etməliyik ki, dövlətlərimizi gələcək təhlükələrdən qoruyaq. Dövlətlərimizin üzərinə böyük vəzifə düşür", - millət vəkili bildirib.

Politoloq Elşən Manafov isə hesab edir ki, Azərbaycanın Ermənistanla apardığı 44 günlük müharibədəki qələbəsi regionda yeni geosiyasi reallıqların bərqərar olmasına gətirib çıxarıb.
"Tərəflər arasında atəşkəs şərtlərinə nəzarət və monitorinq vasitəsilə Minsk qrupundakı həmsədr dövlətlərlə məsləhətləşmələr aparılmadan Rusiya sülhməramlı kontingentinin Azərbaycana yerləşdirilməsini Qərb narazılıqla qarşılayıb və bu hadisə yeni geosiyasi reallıqlar yaradıb".

Politoloqun sözlərinə görə, regionda dayanıqlı sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş "3+3" formatında əməkdaşlıq modelinə region dövlətləri müsbət yanaşır:
"Məlum model regionun təhlükəsizlik problemlərinin həllini yalnız bölgə dövlətlərinin iştirakı ilə nəzərdə tutduğundan Qərb ölkələri onu məqbul saymırlar. Bu da anlaşılandır, çünki məlum model regiondan kənar dövlətlərin regiona müdaxiləsinin yolverilməz olduğunu bəyan edir, bu isə Qərbin regionla bağlı maraqlarına cavab vermir".

"İlk gündən Gürcüstan hakimiyyəti bəlli layihəyə ilə bağlı məsələlərə kifayət qədər ehtiyatla yanaşıb və "3+3" formatı əsasında əməkdaşlığın onun maraqlarına zidd olduğunu bəyan edib. Məlumdur ki, Saakaşvili hakimiyyətinin avantürist siyasətinə görə 2008-ci ilə Gürcüstan-Rusiya münaqişəsi yaşanıb, tərəflər arasında diplomatik münasibətlər kəsilib. Bəlli layihə regionda kommunikasiya xətlərinin, dəhlizlərin açılmasını, infrastuktur və loqistika sahəsində əməkdaşlığı nəzərdə tutur. Gürcüstanın Qərbyönümlü müxalifəti hökumətə təzyiq edərək diplomatik münasibətlərin bərpa olunmadığı şəraitdə Rusiya ilə kommunikasiya xətlərinin açılmasının milli maraqlara xəyanət olacağını bəyan edir", - politoloq bildirib.
E.Manafov qeyd edir ki, bu zaman həmin müxalifət Qərbin bölgə ilə bağlı geosiyasi maraqlarının təmsilçisi rolunda çıxış edir:
"Qərb və Gürcüstandakı qərbyönümlü partiyalar kommunikasiya, nəqliyyat xətlərinin açılmasına Rusiyanın Gürcüstan infrastrukturuna və nəqliyyatına invenstisiya xərclərini arıtıracağı konteksində yanaşır, Abxaziya-Gürcüstan dəmir yolunun bərpasından sonra Rusiyanın Gürcüstana və regiona nüfuz imkanlarının artmasından narahat olurlar. Gürcüstan Rusiya münasibətlərində gərginliyin saxlanılması bütün hallarda Qərbin maraqlarına cavab verirdi və məhz buna görə də, nə parlament seçkilərinin nəticələrini, nə də Gürcüstanın yeni prezidentinin legitimliyini tanıyırlar. Gürcüstanı sanksiyalarla hədələyir, müxalifətin etiraz aksiyaları vasitəsilə ölkəni vətəndaş qarşıdurmasına sürükləyib mövcud hakimiyyəti devirməyə çalışırlar. Lakin, Gürcüstanda əhalinin mütləq əksəriyyətinin dəstəyi ilə Kobaxidze iqtidarı bu təzyiqlərə duruş gətirə bildi".
Onun fikrincə, hazırda Gürcüstan-Rusiya münasibətlərində yaşanan bir sıra hadisələrin fonunda Gürcüstanın da təklif olunan formatda regional təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsələlərə münasibətinin dəyişəcəyi istisna deyil.
Politoloq bildirir ki, Gürcüstan Rusiyadan aldığı neftin və qazın həcmini əhəmiyyətli şəkildə artırıb.Abxaziya və Osetiya problemlərinin Rusiya ilə danışıqlar yolu ilə nizamlana biləcəyi ilə bağlı fikirlər dolaşır.
"Üstəlik Qərbin Gürcüstan hakimiyyətinə maliyyə kreditlərini ayırmaq fikrindən daşınması konteksində Gürcüstan dövlətinin region dövlətləri, ilk növbədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə marağı artır. Gürcüstan və Azərbaycanı bir sıra ümumi maraqlar birləşdirir. Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft qaz habelə Bakı-Tbilisi-Qars dəmir yol layihələri ilə Azərbaycanla bağlıdır. Məlum kəmərlərlə, o cümlədən Cənub Qafqaz qaz dəhlizi kəməri ilə nəql olunan neft və qazdan tranzit ölkə kimi böyuk mənfəət götürür, nəhayət, Qərbin regiondakı geosiyasi reallıqları dəyişdirmək cəhdlərinin qarşısının alınması zərurəti region dövlətlərindən "3+3" formatında əməkdaşlığın gücləndirilməsi üçün təxirəsalınmaz qərarların qəbul edilməsini tələb edir", - politoloq fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Bu gün, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Bu gün, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Bu gün, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Bu gün, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Bu gün, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Bu gün, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Bu gün, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Bu gün, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Bu gün, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Bu gün, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Bu gün, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Bu gün, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Bu gün, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Bu gün, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Bu gün, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Bu gün, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Bu gün, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Bu gün, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Bu gün, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Bu gün, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Bu gün, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Bu gün, 15:16
Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır - FOTO
Bu gün, 15:13
Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... - öz ərazisində yol çəkə bilər
Bu gün, 15:11
Hərbçimiz vəfat etdi - FOTO
Bu gün, 15:08
Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata “Qala Sığorta”ya sığortaladacaq
Bu gün, 15:06
“Çinar Park” icarə haqqını 19% qaldırdı – Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək
Bu gün, 15:04
“Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
Bu gün, 14:59
Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00
Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru