Anasını sevgilisi ilə lüt tutdu .....                     "Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" .....                     Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... .....                     Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb .....                     Bu axşam “Nar”da böyük həyəcan .....                     Ermənistanda da pensiya yaşı artırılır? .....                     Nura Suridən növbəti ETİRAZ .....                     "Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir..." .....                     "Bakcell" lotereyasında 10-cu lüks avtomobil uduldu! .....                     Prezidentin Amnistiya təşəbbüsü humanist idarəetmənin açıq təzahürüdür .....                     Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında .....                     “Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb .....                     Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR .....                     SEPAH Azərbaycandan əl çəkmir .....                     Kallas Kiyevə çağırış etdi .....                     Xocalı qatili "savaş mesajı" .....                     Ərdoğan sərt danışdı: .....                     5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var .....                     Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər .....                     Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu .....                     Moskvada tanışı Azərbaycan vətəndaşını dərədə öldürdü .....                     Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi .....                     “Onların da amnistiyaya düşməsini istərdim” .....                     Ramiz Mehdiyevin adı qarışan qətl işində köhnə ssenari işə düşüb .....                     İcra başçısı baş mütəxəssisi işdən çıxardı .....                     Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş .....                     "DTX-nın keçirdiyi bu əməliyyatlar..." .....                     Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək .....                     Daha bir başçının həbsi gözlənilir... .....                     “Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? .....                     Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir .....                     Azərbaycan neft məhsullarının Ermənistana idxalı .....                     Zelenski Donbasla bağlı Rusiyaya güzəştdən imtina etdi .....                     Amnistiyanın kimlərə şamil olunacağı məlum olub .....                     BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb .....                     THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib .....                     Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir? .....                     Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb .....                     140,6 min manatlıq broker şirkəti .....                     Millət vəkillərindən vətəndaşların müraciətinə dəstək .....                 

“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Tarix: 18-01-2025, 16:13 | Çap et
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib?
2023-cü il, sentyabrın 19-da Naxçıvanda 60 yaşlı Qafarova Zümulə Həsən qızı faciəvi şəkildə vəfat edib. Z.Qafarova səkidə hərəkətdə olarkən reklam lövhəsi onun üzərinə aşıb.

Musavat.com bu hadisənin təfərrüatı ilə bağlı ilginc məlumatlar əldə edib.

Hadisəyə görə bir nəfər həbs edilib. Amma şahidlər və mərhumun oğlu həbs edilən şəxsi günahkar bilmir. Həmçinin işdə tanınmış şirkətin müqavilə saxtalaşdırması ilə bağlı da məlumat var.

“Brend Media Group” müqavilə saxtalaşdırıb?

Məlumata görə, “Brend Media Group” Naxçıvanda reklam lövhələrinin quraşdırılması layihəsini öz üzərinə götürüb. Reklam lövhələrinin hazırlanması Rəhimov Elbəyi Akif oğluna tapşırılıb. Bu, “Brend Media Group” ilə Elbəyi Rəhimov arasında görülən ilk iş deyilmiş və uzun illər əməkdaşlıq ediblər. “Brend Media Group” Naxçıvandakı işlərin görülməsini “Focus Media”ya tapşırıb.

Sifarişə əsasən, Elbəyi Rəhimov 15 reklam lövhəsi hazırlamalı imiş. Razılığa əsasən, material Naxçıvana aparılmalı və orada hazırlanmalı imiş. Bu işə görə Elbəyi Rəhimov özü ilə iki işçisini - Mayis və Rövşəni Naxçıvana aparıb. Elbəyi Rəhimovun Naxçıvandakı işlərinə “Focus Media”nın nümayəndələri Yusif və İslam Qurbanov nəzarət ediblər.

Zümulə Qafarovanın ölümü ilə nəticələnən hadisə baş verəndə Elbəyi Rəhimov Naxçıvanda olmayıb. O, sentyabrın 14-də Naxçıvandan gedib. Ölüm hadisəsinin baş verdiyi gün - 19 sentyabrda ona məlumat verilib. E.Rəhimov həmin gecə Bakıdan Naxçıvana gedib.

Elbəyi Rəhimov və “Brend Media Group” arasında görülən işlərdə çox zaman müqavilələr formal şəkildə bağlanırmış. Elə bu iş görüləndə də əvvəldən müqavilə imzalanmayıbmış. Hadisə baş verən gün - E.Rəhimov Naxçıvana gələndə müqaviləni yolda imzalayıblar. Həmin müqavilədə tarix hadisədən 5 gün əvvələ - 14 avqusta göstərilib.

“Brend Media Group”un rəhbərinin adı işdə necə gizlədilib?

Əldə etdiyimiz məlumata görə, “Brend Media Group”un rəhbəri Elşən Məmmədov Naxçıvanda reklam lövhələri quraşdırılmadan öncə şəxsən özü oraya gedib. Reklam yerlərini şəxsən özü müəyyən edib və göstərişlərini verib. İşin maraqlı tərəfi budur ki, bu işlə bağlı cinayət işi açılıb, araşdırma aparılanda heç kim Elşən Məmmədovun adını istintaq zamanı çəkməyə maraq göstərməyib.

“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib?

FOTODA Elşən Məmmədov

Elbəyi Rəhimovu necə aldadıblar?

Elbəyi Rəhimov deyib ki, onun işi reklamı hazırlamaq olub. Reklamın quraşdırılması isə sifarişçi tərəfin işi olub:

“Mən Naxçıvanda deyildim. Deyilmişdi ki, reklam quraşdırılmayacaq. Əvvəlki lövhələr quraşdırılanda orda olmuşam. İşlə bağlı müqavilə də imzalanmamışdı. Hadisədən sonra küçədə müqavilə imzalamışıq. Elə tələsik bir vaxtda müqavilədə nə yazıldığını bilmədim. Mənə deyildi ki, ödəniş üçün imzalayırıq. Amma müqavilədə məsuliyyətin mənim üzərimdə olduğu göstərilib. Düzdür, istintaqda mən özümü günahkar bilmişəm, amma sonradan düşündüm ki, lövhələri mən quraşdırmıramsa, niyə məsuliyyət daşıyıram?”

Əldə etdiyimiz məlumata görə, ölüm faktına görə cinayət işi açılanda Elbəyi Rəhimova işi öz üzərinə götürməsi, onun işini “həll” edəcəklərini deyiblər. Amma Elbəyi Rəhimov sonradan tək qaldığını başa düşüb. Sonda da həbs edilərək 3 il müddətinə dəmir barmaqlıqlar arxasına göndərilib.

“Mən Naxçıvanda olsaydım, həmin küləkli havada iş görülməsinə icazə verməzdim. Ən azından reklam yeri qazılıb, beton töküldükdən sonra qurumasını gözləyərdik. Mənim işçilərimi “Focus Media”nın işçiləri (Yusif və İslam adlı şəxsləri nəzərdə tutur - müəllif) məcbur ediblər ki, işləsinlər. Deyiblər ki, rəsmi tədbir olduğu üçün işləri sürətli görmək lazımdır” - Rəhimov bildirib.

Mərhumun oğlu Kamil Qafarovun fikirlərində də maraqlı məqamlar var. Onun sözlərinə görə, anası xəstəxanada ölüm ayağında olan zaman “Focus Media”nın nümayəndələri Yusif və İslam onun yanına gələrək “bizdən şikayətçi olma” deyiblər.

Elbəyi Rəhimov mərhumun oğluna yas xərcləri üçün 40 min manat pul verib.

Kamil Qafarov bu işdə günahkar şəxsin Elbəyi Rəhimov olduğunu düşünüb. Amma sonrakı mərhələdə Elbəyi Rəhimovun dediklərini, işin gedişatını görəndə fikrini dəyişib. Deyib ki, Elbəyi Rəhimovdan şikayətçi deyil. O, anasının ölümünə səbəb olan hadisənin əsas günahkarlarının cəzalandırılmasını tələb edib. Kamil Qafarov əsas da ondan şübhələnib ki, “Focus Media”nın nümayəndələri Elbəyi Rəhimovu tək qoyublar və işin gedişatında onunla münasibəti kəsiblər.

Bu qalmaqallı və qaranlıq işdə diqqət çəkən məqamlardan biri də şahidlərin Yusif və İslamın adını istintaq zamanı yox, məhkəmədə çəkmələri olub. Onlar məhkəmədə işlə bağlı göstərişləri Yusif və İslamdan aldıqlarını deyiblər. Və təsdiq ediblər ki, hadisə vaxtı Elbəyi Rəhimov Naxçıvanda olmayıb.

“Focus Media”nın nümayəndəsi Yusif mərhumun oğlunun dediyinin doğru olmadığını bildirib. Söyləyib ki, ona “bizdən şikayətçi olma” kimi bir söz deməyib.

Elbəyi Rəhimovun işçiləri deyiblər ki, külək olduğu üçün, iş yükləri çox olduğuna görə həmin gün işləmək istəməyiblər. Amma “Focus Media”nın nümayəndəsi Yusif onlara deyib ki, burda rəhbər odur və dedikləri yerinə yetirilməlidir.

Başqa bir diqqət çəkən məqam da budur ki, mərhumun oğlu “Brend Media Group” rəhbərliyindən və onun Naxçıvandakı nümayəndəliyindən narazı qalıb və şikayətçidir.

Mövzunu davam etdirəcəyik.

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anasını sevgilisi ilə lüt tutdu - Maştağada qətl törədən oğul HƏBS OLUNMADI
Dünən, 21:05
"Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - Zirəddin Rzayevdən ŞOK açıqlamalar
Dünən, 21:01
Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... - "Bu, yeni hal deyil..."
Dünən, 18:11
Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb
Dünən, 18:08
Bu axşam “Nar”da böyük həyəcan – Növbəti avtomobil səni gözləyir
Dünən, 18:03
Ermənistanda da pensiya yaşı artırılır?
Dünən, 18:01
Nura Suridən növbəti ETİRAZ - "Xoşbəxt adamlarsınız e, xəbəriniz yoxdur..."
Dünən, 17:56
"Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir..." - REAKSİYA
Dünən, 17:51
"Bakcell" lotereyasında 10-cu lüks avtomobil uduldu!
Dünən, 17:48
Prezidentin Amnistiya təşəbbüsü humanist idarəetmənin açıq təzahürüdür - ŞƏRH
Dünən, 17:45
Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında – PULLAR KİMİN CİBİNDƏDİR?
Dünən, 17:35
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
Dünən, 17:28
Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR - Yerlər tükənir, qiymətlər ƏL YANDIRIR
Dünən, 17:05
SEPAH Azərbaycandan əl çəkmir
Dünən, 17:03
Kallas Kiyevə çağırış etdi - “Donbası verməyin!”
Dünən, 17:00
Xocalı qatili "savaş mesajı" VERDİ
Dünən, 16:56
Ərdoğan sərt danışdı: - CHP Azərbaycanı elə yaraladı ki...
Dünən, 16:54
5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var - Əliməmməd Nuriyev
Dünən, 16:53
Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər - Ermənistan KİV
Dünən, 16:49
Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu - SİYAHI
Dünən, 16:48
Moskvada tanışı Azərbaycan vətəndaşını dərədə öldürdü - TƏFƏRRÜAT
Dünən, 16:42
Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi - “Oğru yığnağı elə düşünməməlidir ki...”
Dünən, 16:40
“Onların da amnistiyaya düşməsini istərdim” – Novella Cəfəroğlu
Dünən, 16:38
Ramiz Mehdiyevin adı qarışan qətl işində köhnə ssenari işə düşüb - zərərçəkənlər “boz kardinal”ın adı ilə “vurulur”
Dünən, 16:21
İcra başçısı baş mütəxəssisi işdən çıxardı - BUNDAN SONRA...
Dünən, 16:19
Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş - TƏFƏRRÜAT
Dünən, 16:17
"DTX-nın keçirdiyi bu əməliyyatlar..." - ŞƏRH
Dünən, 16:14
Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
Dünən, 16:04
Daha bir başçının həbsi gözlənilir... - İTTİHAM VAR...
Dünən, 15:59
“Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? – Hüquqşünas açıqladı
Dünən, 15:50
Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir - Hərbi ekspert
Dünən, 15:47
Azərbaycan neft məhsullarının Ermənistana idxalı - “Kommersiya sirridir”
Dünən, 15:44
Zelenski Donbasla bağlı Rusiyaya güzəştdən imtina etdi - “Bild”
Dünən, 15:43
Amnistiyanın kimlərə şamil olunacağı məlum olub - DİQQƏT
Dünən, 15:37
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Dünən, 15:35
THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib - TƏFƏRRÜAT
Dünən, 15:30
Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir? - AKTUAL
Dünən, 15:28
Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - DETALLAR
Dünən, 15:25
140,6 min manatlıq broker şirkəti - LƏĞV OLUNUR
Dünən, 15:08
Millət vəkillərindən vətəndaşların müraciətinə dəstək - “Problem qanunun tələb etdiyi formada həllini tapmalıdır”
Dünən, 15:06
Aİ Venesuelaya qarşı sanksiyaları uzadıb
Dünən, 15:00
Kremli dəhşətə gətirən anons: Ermənilərlə bağlı çağırış edildi – Bakı da dəstəkləyir
Dünən, 14:22
Prezident Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif edib - ADLAR
Dünən, 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib - SƏRƏNCAM
Dünən, 14:15
FHN-in əməkdaşlarına ali hərbi və xüsusi rütbələr verilib - SİYAHI
Dünən, 14:14
Kimlərə iki dəfə çox maaş ödəniləcək? – “Əmək Məcəlləsi” dəyişir
Dünən, 13:12
Samir Bağırova görə tənqid edilən sığınacaq rəhbəri - “Cəmiyyətin içində diskriminasiyaya, stiqmaya meyilli olan insanlar var”
Dünən, 13:10
“Avant Park” sakinləri: Problemlər bitmir, ƏDV mübahisəsi dərinləşir - VİDEO
Dünən, 13:08
İran indi də Babəkə “ilişməyə” başlayıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:03
Erməni nazir Azərbaycanla sərhəddəki vəziyyətdən DANIŞDI
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru