Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                     `Bank Respublika`nın qurbanı oldu və... .....                     Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər .....                     Azərbaycan İrandan artıq heç nə ummur .....                     Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları .....                     Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ .....                     İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... .....                     Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" .....                     Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! .....                     Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... .....                     Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... .....                     Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                     Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında .....                     "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." .....                     "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" .....                     "Ermənistan dəhlizi xoşluqla açmasa,,," .....                     Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək .....                     Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                     Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                 

Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:53 | Çap et
Paşinyanın qəbuledilməz təklifləri...
Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb.

Paşinyan bu barədə teleqram kanalında paylaşım edib.

Nikol Paşinyanın təkliflərini təhlil etdikdə, bu şərtlərin Azərbaycanın maraqlarına cavab vermədiyi aydın olur. Bu isə Ermənistanın sülhə hazır olmadığını göstərir.
Baş nazirin təkliflərinə aşağıdakılar daxildir:

*eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina

Nikol Paşinyan bununla ilk növbədə, Azərbaycanın Ermənistanın silahlanmasına cavab reaksiyasından imtina etməsi şərtini irəli sürür. Faktiki olaraq, bu gün Ermənistan rəhbərliyi sülh danışıqları ilə paralel müasir təyinatlı hücum silahları əldə edir. Bu isə Ermənistanın müharibəyə hazırlaşdığına dair qənaəti gücləndirir. Yəni Ermənistan sülh danışıqlarına daha çox vaxt qazanmaq imkanı və müharibəyə hazırlıq prosesində siyasi pauza kimi yanaşır. Göründüyü kimi, bölgədə eskalasiyanı yarada biləcək başlıca təhlükə mənbəyi yenə də Ermənistan olaraq qalır.

Azərbaycan tərəfinin sülh prosesindəki mövqeyi də Ermənistanın yürütdüyü siyasətə uyğun formalaşır. Rəsmi Bakının “sülhə qarşı sülh, müharibəyə qarşı müharibə” yanaşması hadisələrin gələcək inkişafının Ermənistanın atacağı addımlardan asılı olacağını təsdiq edir. Ermənistanın Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində "Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil” deməsi məhz sözügedən siyasi mesajı özündə əks etdirir.

Bu baxımdan, Azərbaycan Ermənistanın silahlanma siyasətinə qarşı adekvat qərarlar qəbul etməli olur. Hazırda rəsmi Bakı İrəvana xəbərdarlıq xarakterli bəyanatlar verməklə eskalasiyadan çəkinməyi tələb edir. Azərbaycanın hərbi potensialının daha güclü olduğunu nəzərə alsaq, Ermənistan 44 günlük müharibədən daha ağır və əzici hərbi zərbələr ala bilər. Paşinyan isə eskalasiya yarada biləcək qarşılıqlı nitqdən imtina təklifi ilə Azərbaycanın bəyanatlarının qarşısını almaq istəyini ifadə edir. Eyni zamanda, Ermənistanın silahlanması və sülhdən yayınması barədə Azərbaycanın etirazları beynəlxalq ictimai rəydə Paşinyan hakimiyyətinə münasibəti dəyişir.

- Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən təcrübə əsasında delimitasiya prosesinin davam etdirilməsi

Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi Azərbaycanın da maraqlarına uyğundur. Artıq bununla bağlı Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində 2024-cü ilin aprel ayında keçirlmiş görüşün 8 saylı protokoluna uyğun olaraq may ayında Qazax rayonunun işğal altında olan Qızılhacılı, Bağanıs Ayrım, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycana qaytarılıb. Paşinyanın dediyi kimi, Qızılhacılı-Aşağı Əskipara istiqamətində sərhədin 12,7 kilometrlik hissəsi delimitasiya və demarkasiya edilib.

Qazax rayonunun digər hissəslərində bu prosesi davam etdirmək mümkündür. Lakin ilk növbədə, Ermənistan Qazaxın işğal atında saxladığı Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərini qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Bundan sonra sərhədin hansı dövrün xəritələri əsasında müəyyənləşəcəyi barəd razılıq əldə olunmalıdır. Qeyd edək ki, tərəflər sərhəd xəttinin Sovet dövrünün xərtitələri əsasında delimitasiyası barədə razılığa gəliblər. Amma Sovet dövrü 71 ilə yaxın davam edib. 1922-1924-cü illərdə, 1928-ci ildə Qazax qəzasının, 1982-1984-cü illərdə Qazax rayonunun minlərlə hektar ərazisi qanunsuz olaraq Ermənistana bağışlanıb. Nəticədə isə SSRİ dağılana yaxın Qazax rayonunun Ermənistan SSR ilə 168 kilometr şərti sərhədi qalıb.

Ona görə də Sovet hakimiyyətinin xəritələri tətbiq edilərsə, həmin ərazilərin qaytarılması məsələsi gündəmə gələ bilər. Məsələn, Qızılhacılı-Aşağı Əskipara istiqamətində 1976-cı ilin xəritələri tətbiq edilib. Bu baxımdan, şərti sərhədin digər hissələrində hansı xəritələrdən istifadə olunacağı mühüm əhəmiyyət kəsb edir.

Nikol Paşinyan isə bu təklifi irəli sürməklə daha çox SSRİ dövründə mövcud olmuş inzibati sərhədlərin hazırda müstəqil dövlət sərhədləri kimi tanınmasının vacibliyinə eyham vurur. Ancaq Ermənistan Birinci Qarabağ müharibəsi dövründə işğala başlamaqla, o cümlədən Qazax rayonunun kəndlərini işğal etməklə Azərbaycanla sərhədləri tanımaqdan imtina edib. Ona görə də tərəflər arasında sərhəd xəttinin müəyyənləşməsi üçün yeni razılaşmalar əldə olunmalıdır.

- 90 faiz hazır olan sülh müqaviləsinin imzalanması

Nikol Paşinyan bununla indiki şərtlər daxilində çərçivə sülh sazişinin imzalanmasını təklif edir. Ermənistan hökuməti 17 bənddən 15-nin razılaşdırıldığını və tərəflərin sülhə yaxın olduğunu bildirir. Söhbət çərçivə sülh sazişindən gedir. Lakin Ermənistan Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri, ilk növbədə isə konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı tələbi qəbul etmək istəmir. Paşinyanın dediyi razılaşdırılmamış iki bənddən biri məhz Ermənistan konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına dair rəsmi Bakının tələbi ilə bağlıdır. Paşinyan indiki şərtlər əsasında çərçivə sənədini imzalamaqla referendumdan yayınmaq və Qarabağın Ermənistana birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul olunmuş qanunsuz qərarı konstitusiyada saxlamaq istəyir.

- “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi

Ermənistanın Baş naziri bu təklifi irəli sürməklə Zəngəzur dəhlizinin açılmasından növbəti dəfə imtina edir. Yəni Paşinyan “Sülh kəsişməsi” layihəsini gündəmə gətirməklə 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməyəcəyini bildirir. Bu isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini əngəlləyir. Beləliklə, razılaşdırılmamış bəndlərin sayının iki deyil, daha çox olduğunu görmək olar. Rəsmi Bakı sülhə nail olunması üçün Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat- kommunikasiya əlaqələrinin açılmasına dair müzakirələri çərçivə sənədinin imzalanmasından sonrakı mərhələyə saxlamağa razılaşıb. Lakin Paşinyanın açıqlaması onun yekun sülh sazişində də Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı müqaviləyə hazır olmadığını göstərir.

- atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiqi;

Aparılan müşahidələr şərti sərhəddə atəşkəsin Ermənistan ordusu tərəfindən pozulduğunu göstərir. Ona görə də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə nəzarəti təmin edən hər hansı mexanizmin yaradılması məntiqə sığmır. Bu, Azərbaycanın müdafiə və təhlükəsilik maraqlarına ziddir. İşğal dövründə ATƏT-in müşahidə missiyası tərəfindən atəşkəsə nəzarət mexanizmi yaradılsa da, Ermənistan buna heç vaxt əməl etmədi. Yəni Paşinyanın bu təklifi faydasız təsir bağışlayır.

- itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq

Azərbaycan müharibədə itkin düşmüş şəxslərin taleyinin araşdırılması üçün həmişə əməkdaşlığa hazır olduğunu bildirsə də, Ermənistan bundan yayınıb. Səbəb münaqişə dövründə itkin düşənlərin böyük əksəriyyətinin azərbaycanlı olması ilə bağlıdır. Ermənistan indiyə qədər Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 mindən artıq azərbaycanlı əsir və girovlar haqqında məlumatları gizlədir. 44 günlük müharibədən sonra Azərbaycan erməni hərbçilərinin cəsədlərini tapmaq üçün qarşı tərəfə bütün şəraiti yaratdı. Nəşi tapılmayan erməni əsgərlərin valideynləri və ailə üzvləri isə buna görə Azərbaycanı deyil, Paşinyan hökumətini ittiham edirlər. Yəni bu, Ermənistanın daxili problemidir və Azərbaycana aidiyyəti yoxdur.

- qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina

Paşinyanın bu təklifi irəli sürməsi dolayısı ilə Azərbaycanın torpaqların işğalı dövründə dəymiş maddi ziyanın ödənilmsinə dair Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialardan geri çəkilməsini nəzərdə tutur. Lakin Azərbaycanın kompensasiya tələbindən imtina edəcəyi inandırıcı görünmür. Belə bir addım Ermənistanın xeyrinə olar.

- sülh müqaviləsinin müddəalarının tam və effektiv həyata keçirilməsi üzərində işləmək

Sülh müqaviləsinin tam və effektiv həyata keçirlməsi ilk növbədə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsindən, iğal altındakı kəndlərin qaytarılmasından, sərhədlərin delimitasiyası və demarkasiyasından asılıdır. Yəni Paşinyan hökuməti Qarabağın Ermənistana birləşdirilməsinə dair konstitusiyanın preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılması üçün referendum keçirməlidir. Əsk halda hər hansı səmərəli sülhdən söhbət gedə bilməz.

- silahlara qarşılıqlı nəzarətə dair danışıqlar mexanizminin formalaşdırılması

Ermənistan bununla Azərbaycanın silahlar almasına kvota tətbiq ediılməsinə çalışır. Bu isə Ermənistanın Hərbi Doktrinasından qaynaqlanır. Guya Azərbaycan Ordusunun mövcudluğu, silahlanması Ermənistanın və erməni xalqının mövcudluğu üçün təhlükə yaradır. Halbuki, kvota tətbiq ediləcək ölkə Ermənistandır. Azərbaycan ərazilərini işğal etmiş ölkə kimi Ermənistan ordusuna və silahlarına məhdudiyyət qoyulmalıdır. Ermənistana orta və uzaqmənzilli raketlərin, ağır və kütləvi qırğın silahlarının satılması, həmçinin istehsalı qadağan edilməlidir.

- sülhə nail olduqdan sonra birgə ekspert komissiyası yaratmaqla hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək

Paşinyan əslində, erməni qaçqınlardan söz açarkən, 2023-cü ildə Qarabağdan könüllü köçən erməni sakinləri nəzərdə tutur. O, bununla Qərbi azərbaycanlı qaçqınların Ermənistana qayıdacağı halda ermənilərin də Qarabağa köçürülməsi şərtini irəli sürür. Əvvəla, Qarabağdan köçənlər qaçqın deyil və Azərbaycanı könüllü tərk ediblər. İkincisi, Azərbaycan onların qayıtmasına etiraz etmir. Amma Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıtmasına qarşı çıxır. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan yanvarın 3-də yayılan videoçıxışında azərbaycanlıları zor gücünə qovduqlarını etiraf edib. Ona görə də beynəlxalq hüquqla onların öz evlərinə dönmək və Ermənistan konstitusiyasının, qanunlarının veridiyi hüquqlar çərçivəsində yaşamaq haqqı var.

- ATƏT-in Minsk Qrupunun buraxılması

Paşinyanın bu təklifi Minsk Qrupunun buraxılması ilə bağlı Azərbaycanın haqlı mövqedə olduğunu bir daha təsdiqləyir. Hazırda hər iki ölkənin birbaşa danışıqlar formatına üstünlük verməsi fonunda Minsk Qrupunun formal olaraq saxlanılması prosesi yalnız ləngidə bilər.

Müşfiq Abdulla
“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru