Xameneyi nəyi və niyə inkar edir .....                     Azərbaycanda barama istehsalı niyə azalıb? .....                     Bu məktəblilər dərsə SABAH GEDƏCƏK .....                     Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... .....                     Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! .....                     Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı .....                     Həlak olan ekipaj üzvlərinin ailələrinə .....                     Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib .....                     PKK iflas ərəfəsində: .....                     Elə bil bu ölkədə COP29 olmayıb... .....                     2025-ci ildə nələr olacaq? .....                     “Qarabağ” 900 min avroya hücumçu alır? .....                     Covid haqqında proqnoz verən ektrasens danışdı: .....                     "Azəriqaz" abonent uçotu sistemlərində .....                     Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər .....                     "POS-terminal yoxdur", "POS-terminal işləmir" kimi cavablar verən .....                     Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır .....                     Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər .....                     Tanınmış meyxanaçı qiymət artımına görə GÖZAYDINLIĞI VERDİ .....                     Ermənistanın dövlət büdcəsində pul yoxdur .....                     Moldovadan Ermənistana qadağa .....                     Qarabağ Qazisi... veteran atası ÇƏTİN DURUMDA... .....                     "Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" .....                     Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır .....                     Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib .....                     Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır? .....                     Amili üzr istəməlidir... .....                     Azərbaycanda plastik cərrahlara vaxt QOYULDU .....                     Dövlət Duması falçıların mediadan rədd edilməsini təklif edir .....                     "İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır..." .....                     Azər Baxşəliyevin son durumu NECƏDİR? .....                     Pezeşkian da Amilinin İPİNİ YIĞA BİLMİR... .....                     Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış .....                     ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib .....                     “Premium Bank”ın “PREMİUM” XİDMƏTİ... .....                     Ukrayna Moskvanı vurmağa hazırlaşır... .....                     Ukraynada müharibənin durdurulması Trampdan aslıdır .....                     Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... .....                 

Bu il vəzifəyə təyin olunan və azad edilən məmurlar… - SİYAHI
Tarix: 31-12-2024, 10:57 | Çap et
Bu il vəzifəyə təyin olunan və azad edilən məmurlar…
Günlər ayları əvəzlədikcə bir sıra qurumlar da öz kadrlarını yenilədilər. 2024-cü il işdən azadedilmə və təyinatlarla yadda qalan bir tarix oldu desək, yanılmarıq.

"DİA-AZ" oxu.az-a istinadən 2024-cü ilin kadr dəyişikliklərini yada salır:

Vəzifəsindən kənarlaşdırılan və yeni təyin olunan icra başçıları və müavinləri

Mayın 31-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad edilib. Bundan sonra onun meşə fonduna aid olan 27 hektar torpaq sahəsini 1 sotu 5 min manatdan satdığı ortaya çıxıb.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, iyulun 8-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi Sahir Məmmədxanova həvalə olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsindən azad edilərək, iyulun 8-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi isə Adil Əliyevə həvalə edilib. A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.

2023-cü ildə vəzifəsindən kənarlaşdırılan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin yerinə iyulun 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov təyin edilib.

İyulun 16-da Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov vəzifəsindən azad edilib. Onun yerinə Cavid Qədirov təyin olunub. C.Qədirov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Avqustun 2-də Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən istefa verib. İddialara görə, bu addım Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb. O, istefa verənə qədər icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

Avqustun 7-də Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O bundan sonra öz açıqlamasında onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verib. Noyabrın 1-də isə onun yerinə Orxan Hüseynzadə icra başçısı təyin olunub.

Avqustun 23-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən, başçının müavini Vəfa Allahverdiyeva vəzifəsindən azad olunub. O, Gədəbəy Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Vəfa Allahverdiyeva tanışı ilə əlbir olaraq dələduzluq əməli törətdiyinə görə onun barəsində oktyabrın 11-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 17-si Prezident İlham Əliyev Sevindik Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Bundan sonra Hətəmovun tutduğu vəzifə Rüstəm Xəlilova həvalə olunub.

2023-cü ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılan Mirsənani Mirsaleh oğlu Seyidovun yerinə Dövlət başçısının noyabrın 4-də imzaladığı sərəncama əsasən, Cabbar Musayev təyin edilib.

Noyabrın 11-i Goranboy Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qənbərli tutduğu vəzifədən uzaqlaşdırılıb.

Ədliyyə Nazirliyində kadr dəyişiklikləri

– Aprelin 6-sı ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Toğrul Hüseynov Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.

Nazirin digər əmri ilə Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsi Həsənli Rəşad İsmayıla həvalə olunub.

Mayın 26-da Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi vəzifəsinə yeni təyinat olub. Belə ki, bu vəzifənin icrası Ləman Hüseynzadəyə həvalə olunub. Ona qədər idarənin rəisi Aynur Sabitova idi.

İyunun 15-də Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onun bu vəzifəsi İlham Abasquliyevə həvalə edilib.

Seymur Səfərov iyunun 21-də Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis müavini – rəis vəzifəsini icra edən şəxs təyin olunub. S.Səfərov bu təyinatadək Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

İyulun 3-də ədliyyə naziri Fərid Əhmədovun imzaladığı əmrə əsasən, Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə, Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə, Seyfəlpaşa Əliyev ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib.

– Ədliyyə nazirinin müvafiq əmri ilə Cahangir Hacıyev iyulun 12-də Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilib.

Dövlət başçısının sərəncamı ilə sentyabrın 9-da Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar

Mayın 16-da AMB-nin Maliyyə texnologiyaları və innovasiya departamenti yaradılıb. Departamentin rəhbəri Fidan Tofidi təyin olunub.

Mayın 20-də AMB-nin Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsi Məhəmməd Məhərrəmliyə həvalə olunub.

Mayın 24-də AMB-nin Strategiya və layihə idarəetməsi departamentinə Fuad Cəfərov yeni direktor təyin edilib.

Mayın 27-də AMB-nin sədri Taleh Kazımova yeni müşavir təyin edilib. Akif Mustafa oğlu Bağırov 2024-cü ilin may ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə, Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın baş direktoru təyin edilib.

Mayın 29-u Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış üç departamentə direktorlar təyin ediliblər. Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətiriliblər. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub. Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin ediliblər. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

– İyulun 12-də Sadiq Axundov AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinə direktor təyin edilib.

Avqustun 22-də AMB sədri Taleh Kazımov qurumun dörd departamentinə direktorlar təyin edilməsi ilə bağlı qərarlar imzalayıb. Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentinə direktor təyin olunub.

ABM-in Baş direktoru Fərid Osmanov işdən çıxıb, beləliklə qurumun baş direktorlarının sayı doqquza düşüb.

Ölkə başçısının sərəncamına əsasən, dekabrın 5-i AMB-nin sədr müavini olan Əliyar Məmmədyarov sədrin I müavini, bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Xəlilov, Əli Əhmədov, Toğrul Əliyev və Gülər Paşayeva sədrin müavinləri təyin olunublar.

Dekabrın 17-si AMB Bazar davranışlarının tənzimlənməsi departamentinə Tamerlan Əliyev yeni direktor təyin edilib.

Qarabağ Universitetində təyinatlar

May 20-də Şahin Bayramov Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinin rektoru təyin edilib.

Mayın 29-da Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçiliblər. Universitetin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə Elmar Mustafayev, İncəsənət fakültəsinə isə Türkər Qasımzadə dekan təyin olunublar.

İyunun 28-də Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə Ramil Hacıyev direktor təyin olunub.

ozCQc7Pf1kkFs8ePIRHERW4b7kwlnWwc517nUo9P:640

İyulun 10-da Hüseyn Mirzəyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub.

qlPRne9ZZyYqy73Jdpj9Y5nLqvAoYHpYbBGQU2h7:640

Ali və orta ixtisas təhsil müəssiələrində işdən azad olunmalar və yeni təyinatlar

Fevralın 27-də Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyev əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə azad edilib.

Martın 11-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev işdən çıxarılıb.

Martın 12-də Astara Pedaqoji Kollecində nöqsanlar aşkarlanıb, islahatların davamı olaraq kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov agentlik sədrinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib və kollecin coğrafiya müəllimi Aynur Aydın qızı Əsgərzadə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Aprelin 1-də Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev vəzifəsindən azad edilib.

Mayın 2-də Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub. Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Hicran Əyyubova kollecin direktoru vəzifəsinə təyinat alıb.

Mayın 3-də Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub.

Mayın 11-də Vüsal Cəfərov Daşkəsən rayon təhsil sektorunun müdiri təyin olunub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin imzaladığı əmrlə Daşkəsən rayon təhsil sektorunun müdiri Elmir Cəfərov isə vəzifəsindən azad edilib.

Mayın 31-i Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbdə bir neçə istiqamət üzrə yoxlama aparılıb, direktor Ələm Abdulla oğlu Abdullayev yol verilən nöqsanlara görə işdən çıxarılıb.

İyulun 2-də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.

İyulun 5-də kolleclərə yeni direktorlar təyin olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin ediliblər.

lyiT3fipt9fN2qNQjgWU8oIFbrsk9RYHe0sc9gpt:640

Həmçinin, “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin direktoru vəzifəsi Mehman İsmayılova həvalə olunub.

Sentyabrın 20-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.

Oktyabrın 15-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

5eAR2j9yOifAU4IkXgjA6TX0ymJDNh1CBDvgyWQ2:640

Noyabrın 4-də ölkə başçısının imzaladığı sərəncamla Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

Noyabrın 27-də Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Naxçıvan Muxtar Respublikasında kadr dəyişikliyi edən qurumlar

Fevralın 28-də Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun imzaladığı əmrə əsasən, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.

Fevralın 29-da Sədərək Rayon Mədəniyyət şöbəsinin müdiri Rəşad İsmayılov vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmrinə əsasən, həmin vəzifənin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Məhəmməd Seyidova həvalə edilib.

Martın 1-də Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib. O, eyni zamanda, müvəqqəti olaraq Dövlət Xidmətinin rəisi səlahiyyətlərini yerinə yetirəcək.

Həmçinin, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev işdən çıxarılıb. M.Əliyev Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Elvin Səfərova həvalə olunub.

Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov da işdən çıxarılıb. Şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Füzuli Hüseynliyə həvalə olunub.

Martın 13-də Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda, fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.

İyulun 16-da Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədrinə yeni müavinlər seçiliblər. VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyasında deputat Arzu Abdullayev Ali Məclisin sədrinin müavini, Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçilib.

Noyabrın 17-də Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibi seçiliblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında yeni tərkibin ilk iclası keçirilib. Asim Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib və Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib. Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə Mərkəzi Seçki Komissiyasının katibi seçilib.

Noyabrın 27-də Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov vəzifəsindən azad edilib.

Tibb sahəsində yeni təyinatlar

İyulun 30-da TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Namirə Abbasova Sumqayıt Tibb Mərkəzinin direktor müavini, ilkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.

Oktyabrın 2-də Ağstafa Mərkəzi Rayon Xəstəxanasında kadr dəyişikliyi olub. Xəstəxananın Cərrahiyyə Şöbəsinin Əməliyyatxana bölməsinin müdiri Teyyub Carçıyev yeni baş həkim təyin edilib. O həm də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini daşıyır.

Məhkəmələrdə təyinatlar

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsinə görə, aprelin 5-də Bakı, Gəncə, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediliblər.

Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə Şəhər Məhkəməsinin hakimi (sədrin müavini) Tural Qocayev, Hacıqabul Rayon Məhkəməsinin sədri Zaur Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudov, Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafa Mustafyev, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əli Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcəklər. Ədil Məmmədov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Göygöl Rayon Məhkəməsinin hakimi Əyyub Kərimov, Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayev, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar.

Füzuli Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov, Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynov, Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənov, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri İlkin Abdullayev və Məhəmməd Bağırov vəzifələrindən azad ediliblər.

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunublar.

Mayın 13-də Tural Mehman oğlu Ələkbərov Xocalı Rayon Məhkəməsinin sədri təyin edilib.

Həmçinin, Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Siyahını təqdim edirik:

ağır cinayətlər məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

Kərimov Arzuyar Sadıq oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Vəliyeva Ayşən Umud qızı

hərbi məhkəmələr üzrə:

Füzuli Hərbi Məhkəməsi

İsmayılov Roman İsmayıl oğlu

inzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Tağıyeva Ruhiyə Nadim qızı

Sumqayıt İnzibati Məhkəməsi

Axundova Aynur Oqtay qızı

Şirvan İnzibati Məhkəməsi

Quliyeva Rəşidə Paşa qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Vəliyeva Elnarə Fəxrəddin qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Miriyeva Həbibə Novruz qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Məmmədli Samirə Məhəmməd qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Xəlil Ülkər Abdurahman qızı

Oruclu Aydan Adəm qızı

Seyidov Mirsadiq Mirsəttar oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Kərimova Firuzə Şahin qızı

Beyləqan Rayon Məhkəməsi

Cabbarlı Xatın Mahir qızı

Bərdə Rayon Məhkəməsi

Abdullayev Fərman Firidun oğlu

Abdullayev Ziya Yaşar oğlu

Biləsuvar Rayon Məhkəməsi

Rəsulova Mədinə Camal qızı

Cəlilabad Rayon Məhkəməsi

Vəliyev Osman Akif oğlu

Füzuli Rayon Məhkəməsi

Məmmədli Səkinəxanım Naib qızı

İmişli Rayon Məhkəməsi

Mahmud Orxan Əlövsət oğlu

Kürdəmir Rayon Məhkəməsi

Mehdiyev Rahid Baxşəli oğlu

Qax Rayon Məhkəməsi

Kərimov Taleh Etibar oğlu

Qazax Rayon Məhkəməsi

Mansırov Elçin Faxrəddin oğlu

Lerik Rayon Məhkəməsi

Zeynalov Yusif Səmədağa oğlu

Masallı Rayon Məhkəməsi

Abbasova Ellara Həsən qızı

Abdullayev Coşqun Şamil oğlu

Saatlı Rayon Məhkəməsi

Qasımov Vüqar İnqilab oğlu.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Elnur Heydər oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Emin Ağamusa oğlu Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Bu gün, 14:02
Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 14:00
Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Bu gün, 13:58
Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 13:49
Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Bu gün, 13:45
Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Bu gün, 13:15
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Bu gün, 13:14
Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 13:00
PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Bu gün, 12:58
Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:54
2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Bu gün, 12:34
“Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Bu gün, 12:23
Covid haqqında proqnoz verən ektrasens danışdı: - "3-cü Dünya Müharibəsi ilin ortasında başlaya bilər"
Bu gün, 12:19
"Azəriqaz" abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib
Bu gün, 12:03
Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər
Bu gün, 12:00
"POS-terminal yoxdur", "POS-terminal işləmir" kimi cavablar verən - OBYEKTLƏR CƏRİMƏLƏNƏCƏK
Bu gün, 11:50
Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır - Departamentdən AÇIQLAMA
Bu gün, 11:43
Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər - İTTİHAM VAR...
Bu gün, 11:41
Tanınmış meyxanaçı qiymət artımına görə GÖZAYDINLIĞI VERDİ - FOTO
Bu gün, 11:32
Ermənistanın dövlət büdcəsində pul yoxdur – Sərkisyan
Bu gün, 11:28
Moldovadan Ermənistana qadağa - "Yanvarın 9-dək..."
Bu gün, 11:26
Qarabağ Qazisi... veteran atası ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 11:23
"Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" - ÇAĞIRIŞ
Bu gün, 11:11
Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır
Bu gün, 11:04
Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib - “Yonhap”
Bu gün, 11:00
Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır - İNCƏLƏMƏ
Bu gün, 10:59
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
Bu gün, 10:58
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır? - AÇIQLAMA
Bu gün, 10:56
Amili üzr istəməlidir... - Başqa cür ola da bilməz...
Bu gün, 10:50
Azərbaycanda plastik cərrahlara vaxt QOYULDU - Yoxsa işləyə bilməyəcəklər
Bu gün, 10:47
Dövlət Duması falçıların mediadan rədd edilməsini təklif edir - KİV
Bu gün, 10:44
"İndi yazacam ki, gözəgörünməzə şükür eləmək lazımdır..." - Tarif Şurası üçün tərif şurası...
Bu gün, 10:31
Azər Baxşəliyevin son durumu NECƏDİR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 10:26
Pezeşkian da Amilinin İPİNİ YIĞA BİLMİR... - "Cəza verilməzsə..."
Bu gün, 10:21
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb
Bu gün, 10:19
ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib - Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi
Bu gün, 10:10
“Premium Bank”ın “PREMİUM” XİDMƏTİ... - Nə vaxt pul lazım oldu... UTANMA... GƏL!
Bu gün, 10:09
Ukrayna Moskvanı vurmağa hazırlaşır... -ÖZ RAKETLƏRİ İLƏ...
Bu gün, 10:00
Ukraynada müharibənin durdurulması Trampdan aslıdır - Telefon danışığının detalları
Bu gün, 09:59
Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... - "ƏSAS ODUR... PUL YESİNLƏR..."
Bu gün, 09:57
Bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir... - Ekspert danışır...
Bu gün, 09:41
4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır - Nahapetyan
Bu gün, 09:36
“Meymun kimi atdanıb düşür, çatana “xalq artisti” adını verirlər...” - Əli Mirəliyev
Bu gün, 09:34
Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır! - İLGİNC...
Bu gün, 09:31
ƏMANƏTLƏRƏ XƏYANƏT FONDU... - "Necəsə dolanmaq lazımdır da..."
Bu gün, 09:15
"Elə fənd seçiblər ki, Abel Məhərrəmov bunların yanında yalan olub..." - ETİRAZ
Bu gün, 09:10
AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir - Tokayev BELƏ DEYİR...
Bu gün, 09:04
KAPİTALBANK-ın onlayn sistemi də yeni ili qeyd edir? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:02
Qazaxlar ADDIM ATDI: Bəs biz? - AKTUAL
Bu gün, 08:57
Fars-molla rejimi ƏGƏR SƏMİMİDİRSƏ... - REAL ADDIM ATMALIDIR!
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru