Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Tarix: 3-01-2025, 14:00 | Çap et
Azərbaycanda barama istehsalı aşağı düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 239,4 ton barama istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən barama istehsalı 32,9 faiz azalıb. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda baramaçılığın inkişafı üçün münbit şərait var və ölkəmizin iqlimi buna uyğundur: "Bu sahənin inkişafına dövlət dəstək verir. Baramaçılara verilən subsidiyanın məbləği kifayət qədərdir. Amma bu sahədə əsas problem baramaçılığın iqtisadiyyatının düzgün qurulmamasıdır. Baramanı əhalidən alan şirkətlər məhduddur və eyni qiymətlə baramaçılardan məhsul alırlar. Baramanın alış qiyməti də aşağıdır. İstehsalın azalmasının əsas səbəbi budur. Ona görə də ildən-ilə barama istehsalı aşağı düşür. Baramaçıların dünya bazarına çıxmaq imkanları da yoxdur. Bu vəziyyət dəyişməsə, baramaçılıq inkişaf etməyəcək".
"Sovet dövründə də baramaçılardan məhsulu bir mərkəzdən alırdılar. Amma baramanın alış qiymətini elə müəyyən edirdilər ki, fermerlər barama yetişdirməyə maraqlı olsunlar. Sovet dövründə də baramanın alış qiyməti sabit idi, amma məhsul satışından fermer ciddi mənfəət əldə edirdi. Ona görə də Sovet dövründə barama istehsalı artırdı", - deyə ekspert əlavə edib.
A.Nəsirli onu da qeyd edib ki, hava şəraitinin qeyri-sabit keçməsinin baramaçılığa təsiri o qədər də böyük deyil. "Baramaçılığın inkişafı üçün optimal şərait var" Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov isə Sputnik Azərbaycan-a qısa açıqlamasında deyib ki, ölkəmizdə baramaçılıq ənənəvi və həmişə aktiv məşğuliyyət sahəsi olub: "Barama istehsalının tələbatına uyğun yem təminatı qurulsa, bu sahə çox effektli, rentabelli sahədir. Əsas məsələ baramaçıların maddi marağının təmin olunmasıdır. Respublikada baramaçılığın inkişafı üçün optimal şərait var".
"Baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə bir sıra layihə və təkliflər hazırlanıb" Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mediaya açıqlamasında deyib ki, ölkə ərazisində 2024-cü ilin may ayı ərzində hava şəraitinin qeyri-sabit, soyuq və yağışlı keçməsi kümxanalarda temperatur və rütubətin nizamlanmasında da ciddi çətinliklər yaradıb: "Qurdların islanmış, soyuq yarpaqlarla yemləndirilməsi əksər rayonlarda ipəkqurdlarının axırıncı yaş dövründə xəstələnərək, tələf olmasına və məhsuldarlığın kəskin azalmasına səbəb olub. Hazırda ölkəmizdə yaş barama istehsalı ev təsərrüfatları tərəfindən həyata keçirilir və bu təsərrüfatlar ixtisaslaşmış yemçilik bazasına və zəruri texniki tələblərə cavab verən kümxanalara malik deyillər. 2024-cü il mövsümündə əsasən baramaçılıqla könüllü olaraq məşğul olmaq istəyən kümçülərin (baramaçılar) müəyyənləşdirilməsi hesabına barama istehsalının həyata keçirilməsinə üstünlük verilib. Könüllü barama istehsalçılarının sayı, yem bazası, kümxanaların sahəsi və vəziyyəti barədə rayon dövlət aqrar inkişaf mərkəzlərinin məlumatları nəzərə alınmaqla, 2024-cü ildə əvvəlki 2023-cü ilə nisbətən 1900 qutu və ya 18% az ipəkqurdu toxumu baramaçılara paylanılıb".
Şöbə müdiri bildirib ki, ölkəmizdə baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ilkin texniki-iqtisadi səmərəlilik təhlilləri əsasında "Mövcud barama təsərrüfatlarının effektivliyinin artırılması" və "Orta və iri intensiv baramaçılıq təsərrüfatlarının yaradılması" istiqamətində layihə və təkliflər hazırlanıb. Barama istehsalının ən pik həddi (5,9 min ton) 1991-ci ildə olub Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, son 5 ildə ölkədə barama istehsalı 44,5% azalaraq 2023-cü ildə 357 ton olub. Barama istehsalı üzrə ən pik hədd (5,9 min ton) 1991-ci ildə olub. 2023-cü ildə cəmi barama istehsalının 52,8 tonu Zərdab, 34,4 tonu Ağcabədi, 28,9 tonu Zaqatala, 28,2 tonu Balakən, 21,2 tonu Bərdə rayonlarının payına düşüb. 2023-cü ildə yarpaq üçün çəkil (tut) əkmələrinin ümumi sahəsi 2134 hektar təşkil edib. 2024-cü ildə 40 rayonda yaş barama tədarükü aparılıb Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin may ayında barama mövsümünə start verilib. İlkin olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanlması həyata keçirilib. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, barama istehsalının dəstəklənməsi üçün "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib: "Nazirlik tərəfindən qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib. İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki tərtib edilib və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və dövlət aqrar inkişaf mərkəzlərinə təqdim edilib". Diqqətə çatdırılıb ki, barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə 2024-cü ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub. Barama istehsalına görə subsidiya verilir Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azərİpək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır. 2024-cü ildə dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 9000 qutu ipəkqurdu toxumu paylanıb. 2024-cü ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılıb. 1985-ci ildə ölkədə 5,5 min ton yaş barama istehsal edilib Əlavə edək ki, baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Həmin sənəddə deyilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülüb. Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Belə ki, yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə isə 5,5 min ton olmuşdu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Bu gün, 13:41 |
|
|
|
• YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Bu gün, 13:38 |
|
|
|
• "Fərqi insan idi..."
Bu gün, 11:41 |
|
|
|
• 1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 11:00 |
|
|
|
• “Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Bu gün, 10:43 |
|
|
|
• Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Bu gün, 10:34 |
|
|
|
• Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Vəkili erməni generalın həbsini təsdiqlədi
Bu gün, 09:16 |
|
|
|
• Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Bu gün, 09:14 |
|
|
|
• "Biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik..." - keçmiş nazir
Bu gün, 09:03 |
|
|
|
• Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bu gün, 09:00 |
|
|
|
• Revanşist "Ayakve"dən Paşinyanla bağlı AÇIQLAMA - "Heç kimə sirr deyil ki..."
Bu gün, 08:58 |
|
|
|
• Binəva neftçinin ailəsi nə yedi... necə yedi... KİMİSƏ MARAQLANDIRMIR... - AXI NİYƏ?..
Bu gün, 08:51 |
|
|
|
• Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - AÇIQLAMA
Bu gün, 08:32 |
|
|
|
• Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq… - Balasanyan deyir ki...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan getməyə məcbur qalan ortaasiyalı miqrantlar yeni problemlərlə üzləşirlər - KİV
Bu gün, 07:05 |
|
|
|
• İrəvanla İranın gizli işbirliyi: Azərbaycan hansı addımı atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Əliyev Putinə üstün gəlib və Kremli dalana dirəyib" - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
• Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29 |
|
|
|
• NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27 |
|
|
|
• "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22 |
|
|
|
• “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19 |
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
• "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30 |
|
|
|
• Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27 |
|
|
|
• Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10 |
|
|
|
• Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00 |
|
|
|
• Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56 |
|
|
|
• AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49 |
|
|
|
• "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26 |
|
|
|
• Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16 |
|
|
|
• Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10 |
|
|
|
• Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00 |
|
|
|
• Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51 |
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28 |
|
|
|
|