“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
“4 ildir Qarabağda işləsəm də, işğaldan azad olunmuş ərazilərdə azı 1 il işləyən vətəndaşlara ödənilən birdəfəlik müavinətdən yararlana bilmirəm”.
Bu iddia ilə “Qafqazinfo”ya Şuşa sakini Emil Cəfərov müraciət edib.
E.Cəfərovbilirib ki, bununla bağlı DOST Mərkəzinə müraciət etsə də, ona müavinətin düşmədiyi deyilib: “Prezident İlham Əliyevin Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə ən azı 1 il işləyən hər bir vətəndaşa birdəfəlik 600 manat müavinət ödənilir. Mən də 2021-ci ildən Şuşada işləyirəm, eyni zamanda Şuşa sakiniyəm. Bu qərarla bağlı metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən DOST Mərkəzinə müraciət etdim və sistemdə Şuşada işləməyimlə bağlı məlumat var idi. Lakin mənə bu müavinətin ödənməyəcəyini dedilər. Səbəb kimi isə həmin şirkətin VÖEN müqaviləsinin Bakıda bağlandığını bildirdilər. Halbuki Qarabağda hansısa VÖEN bağlamaq üçün heç bir idarə yox idi”.
Şikayətçi müavinətlə bağlı sənəddə müqavilənin Bakıda və ya Qarabağda bağlanması ilə bağlı hər hansı bənd olmadığını vurğulayıb:
“Mənim kimi neçə nəfər tanıyıram ki, 2-3 ildir Şuşada yaşayır və işləyir. Lakin indiyə kimi heç biri müavinət ala bilməyib. Mən 4 ildir ki, Şuşada işləyirəm, mən işləyəndə hələ heç Xankəndi geri qaytarılmamışdı. O vaxt da müraciət edəndə eyni cavabı almışdım. Şirkətin müqaviləsinin Bakıda bağlanmasının biz işçilərə nə aidiyyəti var? Fərmanda bununla bağlı nəsə qeyd olunmayıb”.
Problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdik. Qurumun Media və Kommunikasiya İdarəsindən sorğumuza belə cavab aldıq:
“Həmin müavinətin ödənilməsi ƏƏSMN-in Əmək Müfəttişliyi ilə bağlı məsələdir. Digər məsələyə gəlincə isə, bu il aprelin 1-dən Qarabağ Ərazi Vergilər Baş İdarəsi fəaliyyətə başlayıb və hazırda Xankəndidə fəaliyyət göstərir. Həmin tarixə qədər də Şuşa Vergilər Şöbəsi mövcud olub, həmin idarəyə müraciət oluna bilərdi”.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün təsis olunan müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya edilən aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarında və sistemlərində olan məlumatlara əsasən proaktiv qaydada təyin olunur:
“Yəni vətəndaşlardan hər hər hansı sənədləri toplayaraq təqdim etməsi tələb edilmir. Bu sosial ödəniş növü qanunvericiliyə əsasən aşağıdakı şərtlər daxilində təyin edilir: peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında işləyən şəxs olmalı, işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalı, iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşməli və mütəxəssis işğaldan azad edilmiş ərazilərdə məskunlaşmalıdır.
Cəfərov Emil Çingiz oğlunun müraciətinin araşdırılması zamanı müəyyən edilib ki, adıçəkilən şəxsin işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi, Mərkəzləşdirilmiş elektron informasiya sistemində peşə, orta ixtisas və ali təhsili haqqında məlumatlar olmadığından və hal-hazırda çalışdığı işəgötürən işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olmadığından sözügedən müavinət təyin edilməyib”.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-1-ci hissəsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir (xüsusi rütbəli şəxslər istisna olmaqla).
"Məcəllənin 21-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycanın digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;
-mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;
-mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda).
Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.
Bütün şərtlər mütləq ödənilməlidir.
159-ci maddəyə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli 137 nömrəli NK Qərarına əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın minimum miqdarı 1,2 məbləğində müəyyən edilməlidir”, - sorğuya cavabda vurğulanıb.
Xidmətdən, həmçinin bildirilib ki, müraciətdə qeyd olunan müavinət məsələsinə baxılması DƏMX-nin səlahiyyətləri xaricindədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Dünən, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Dünən, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Dünən, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Dünən, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Dünən, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Dünən, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Dünən, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Dünən, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Dünən, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Dünən, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Dünən, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Dünən, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Dünən, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Dünən, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Dünən, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Dünən, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Dünən, 08:49 |
|
|
|
|