Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Tarix: 21-12-2024, 15:02 | Çap et
Ermənistan və onun silahlı qüvvələri, Ermənistanın bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, Azərbaycana və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çox sayda cinayətin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılıb.
Qeyd olunub ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1 389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin bir çox maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxslər vəkillə təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.
Eyni zamanda, çox sayda cinayət törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cəmiyyətin əsas diqqəti yaxın vaxtlarda başlayacaq separatçı-terrorçuların məhkəmə prosesinə yönəlib. İctimaiyyət nümayəndələri hesab edirlər ki, Qarabağda bir çox vəhşiliklər törətmiş hərbi canilərin məhkəmə prosesi açıq şəkildə keçirilməli, eyni zamanda onlar ən ağır cazaya – ömürlük həbs cəzasına məhkum edilməlidirlər.
Terrorçuların gözlənilən məhkəməsi barədə AYNA-nın suallarını cavablandıran Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib ki, bu şəxslər Azərbaycan ərazilərində terrorçu qruplaşmalara zaman-zaman rəhbərlik etmiş və qondarma rejimin “vəzifəliləri” kimi özlərini qələmə vermiş şəxslərdir:
- Əslində onların məhkəməsi təkcə Azərbaycan xalqının və dövlətinin marağında olmamalıdır. Dünyada faşizmə, separatizmə, ayrı-ayrı terrorçu qruplaşmaların “liderlərinə” qarşı necə ümumi yanaşma, səfərbərlik olubsa, bu məsələdə də eyni münasibət sərgilənməlidir. Amma təəssüf ki, biz bu məsələdə də dünyada bəzi qüvvələrin ikili yanaşmasının şahidi oluruq. Bəzən Azərbaycana çağırışlar edilir ki, Bakı bu caniləri azad etsin. Sadəcə gülməli və ağlasığmaz çağırışladır. Hesab edirəm ki, bu çağırışlar erməni lobbisinin təsiri altında edilir.
Hər bir halda Azərbaycan bu məsələdə beynəlxalq hüquqa, daxili qanunvericiliyə, eyni zamanda, ədalət mühakiməsinə uyğun addımlarını atacaq. Istintaq aparılıb və artıq materiallar prosessual qanunvericiliyimizə uyğun olaraq məhkəməyə göndərilib. Yəqin ki, yaxın vaxtlarda separatçı ünsürlərin məhkəməsi başlayacaq.
- Onların məhkəməsinin açıq keçirilməsi tələbi yerinə yetiriləcəkmi?
- Bu prosesin açıq, yaxud qapalı keçirilməsi ilə bağlı məsələdən daha çox həmin o şəxslərlə bağlı aparılan ibtidai istintaqın və məhkəmə istintaqının şəffaf, ədalətli aparılması Azərbaycan dövlətinin marağındadır. Eyni zamanda, həmin o şəxslərin layiqli cəzalarına məhkum edilməsi məsələsi Azərbaycan dövlətinin maraq dairəsindədir. Canilərin məhkəməsinin açıq keçirilməsini istəyən vətəndaşlarımızın bu tələbini təbii qarşılamaq lazımdır. Xocalı soyqırımını, Daşaltı, Başlıbel, Qaradağlı, Meşəli, Kərkicahan, Ballıqaya faciələrini, xalqımıza, dövlətimizə qarşı olan soyqırımı, terror aktlarını, təcavüz cinayətlərini törədən bu şəxslərin açıq şəkildə mühakiməsi arzuolunandır. İnsanlarımızın bu istəyi anlaşılandır. Lakin bu barədə qərarı məhkəmə verəcək. Məhkəmə müvafiq işə baxarkən həmin işin açıq, yaxud qapalı keçirilməsini zəruri hesab edirsə, ona uyğun da qərar verəcək. Burada dövlətçiliyimizin, milli maraqlarımızın, xalqımızın tələbinin üstün tutulacağına şübhə etmirəm. Ədalət mühakiməsi prinsipləri ilə ziddiyyət təşkil etməyəcəksə separatçıların məhkəməsi açıq şəkildə də həyata keçirilə bilər.
- Ən ağır cəzaya – ömürlük həbs cəzası tələblərinə münasibətiniz necədir?
- Mən də Azərbaycan xalqının nümayəndəsi, vətəndaşı olaraq həmin şəxslərin ədalətli və layiqli cəzalarına çatmasını arzulayıram. Bizi daha çox yekun qərarlar maraqlandırır. Onların ağır şəkildə cəzalandırılması istəyi də təbii qarşılanmalıdır. Amma dediyim kimi, Azərbaycan hüquqi dövlətdir, ədalət mühakiməsi canilərə hansı cəza verilməlidirsə, o cəzanı da kəsəcək. Bu şəxslərin həbs edilməsi, onların mühakiməsi prosesi, layiqli cəzalarına çatdırılması ilə bağlı atılan bütün addımlar bir daha gələcəkdə Azərbaycan dövlətinə, xalqına qarşı bu fikrə düşənlərin öz addımlarından çəkinməsinə səbəb olacaq.
Bilirsiniz, Azərbaycan dövləti, onun rəhbəri Prezident cənab İlham Əliyev əslində kifayət qədər ədalətli adımlar atdı. Prezident 2023-cü ilin 28 mayında Laçında Ermənistana və erməni xalqına, həmin o terrorçulara silahı yerə qoymaları ilə əlaqədar çağırış etdi, bunu edəcəkləri təqdirdə onlarla bağlı hümanist addımların atılacağı barədə mövqe bildirdi. Amma onlar buna atəşlə cavab verdilər. Azərbaycan polisinə, hərbiçilərinə qarşı terror aktı törətdilər. Təbii ki, bunun da məntiqi nəticəsi kimi 19-20 sentyabr tarixli lokal antiterror tədbirləri, həmin o şəxslərin böyük bir hissəsinin həbs edilməsi olmalı idi. Düşünürəm ki, bu, hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, Ermənistana zaman-zaman rəhbərlik etmiş və yaxud da rəhbərlik edən cinayətkar ünsürlərin havadarlığı ilə Azərbaycan ərazisində terorçuluq fəaliyyəti həyata keçirən şəxslərə qarşı atdığı ən uğurlu addımlardan biri idi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycan xalqının, dövlətinin və dövlətçiliyinin maraqlarından çıxış edərək prinsipial və qətiyyətli mövqeyini ortaya qoyub. Qeyd edib ki, biz Azərbaycan xalqına və dövlətinə qarşı atılan bütün addımların layiqili cavabını verəcəyik. Bu məsələdə də, təbii ki, ölkə başçısının prinsipiallığının və qətiyyətinin şahidi oluruq. Məncə, bundan sonra Ermənistan dövlətinə və bu dövlətə rəhbərlik etmiş şəxslərə qarşı Azərbaycanın beynəlxalq hüquqi müstəvidə addımları olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
Bu gün, 18:43 |
|
|
|
• Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
Bu gün, 18:39 |
|
|
|
• Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
Bu gün, 18:37 |
|
|
|
• Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb - DİQQƏT
Bu gün, 18:35 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
Bu gün, 15:44 |
|
|
|
• “Ermənistanın varlığı təhlükə altındadır” - Abramyan
Bu gün, 13:22 |
|
|
|
• Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir - TƏFƏRRÜAT
Bu gün, 13:13 |
|
|
|
• AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb - DİQQƏT
Bu gün, 13:12 |
|
|
|
• Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: - SON SÖZLƏRİMDİR...
Bu gün, 12:38 |
|
|
|
• Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb - açıq SƏRSƏMLƏMƏ
Bu gün, 12:35 |
|
|
|
• "Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var - "Qaş düzəldərkən göz çıxarmaq"...
Bu gün, 11:26 |
|
|
|
• Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - NARAZILIQ VAR...
Bu gün, 11:20 |
|
|
|
• 2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: - Yeni ərazilər üç Kiyev şəhərinə bərabərdir
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - FOTO
Bu gün, 10:47 |
|
|
|
• AZAL xüsusi məlumat YAYDI - DİQQƏT
Bu gün, 10:40 |
|
|
|
• Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
Bu gün, 10:36 |
|
|
|
• Dünya yenidən şəkilləndirilir: Şərqdə şillə ilə, Qərbdə hiylə ilə - Görünəni odur ki...
Bu gün, 10:24 |
|
|
|
• Azərbaycana yardımı BU ƏBLƏHMİ EDƏCƏKDİ? - ÖZÜ DİLƏNİR...
Bu gün, 10:16 |
|
|
|
• 2025-ci ilə baxış: - Dünya necə görünəcək?
Bu gün, 10:05 |
|
|
|
• Əliyevin açıqlaması və Tokayevin qərarı… - İNCƏLƏMƏ
Bu gün, 09:59 |
|
|
|
• "Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:57 |
|
|
|
• Rusiyalıların Azərbaycanda qalma müddəti niyə azaldılıb? - AKTUAL
Bu gün, 09:55 |
|
|
|
• Təyyarənin vurulduğunu ilk dəfə dünyaya çatdıran məşhur səs - İlham Əmirov kimdir?
Bu gün, 09:53 |
|
|
|
• Rusiya dövlət diplomatiyası sinifdə qaldı - FAKT BUDUR!
Bu gün, 09:48 |
|
|
|
• "Şəhərin ən çox sərnişin yükünü avtobus götürür" - NƏ ETMƏLİ?
Bu gün, 09:44 |
|
|
|
• " 6 illik ailə həyatımız buna görə dağıldı..."
Bu gün, 09:41 |
|
|
|
• Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… - Qazax ekspert
Bu gün, 09:38 |
|
|
|
• İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR? - Yeyin eee... amma belə də yox...
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycana qarşı “gizli silah”: gözümüzün önündədir! – Ekspert xəbərdarlıq etdi
Bu gün, 09:32 |
|
|
|
• ÖRTÜLÜ BAZAR DOSTLUĞU POZAR... - Əliyev açıq və net danışdı...
Bu gün, 09:30 |
|
|
|
• Bayden yanvarın 9-nu matəm günü elan edib
Bu gün, 09:26 |
|
|
|
• Yeni prezidentin ilk işi BU OLDU - Qadağan olunmuş əşyalar siyahısına...
Bu gün, 09:24 |
|
|
|
• Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı? - AKTUAL
Bu gün, 00:16 |
|
|
|
• “Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Bu gün, 00:13 |
|
|
|
• Müğənni Tural Gəncəli həbs edildi - AÇIQLAMA
Bu gün, 00:09 |
|
|
|
• ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
Dünən, 21:03 |
|
|
|
• Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
Dünən, 20:58 |
|
|
|
• Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Dünən, 20:56 |
|
|
|
• AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
Dünən, 20:04 |
|
|
|
• Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Dünən, 20:01 |
|
|
|
• Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
Dünən, 19:27 |
|
|
|
• Keçmiş rəis dünyasını dəyişib
Dünən, 19:24 |
|
|
|
• Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 19:21 |
|
|
|
• Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
Dünən, 19:20 |
|
|
|
• İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
Dünən, 19:17 |
|
|
|
• İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir - Yeni hakimiyyətə müqavimət göstərirlər
Dünən, 18:04 |
|
|
|
• Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
Dünən, 18:00 |
|
|
|
• Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır – İki tələb var
Dünən, 17:57 |
|
|
|
• Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
|