Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                 

Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Tarix: Dünən, 14:00 | Çap et
Makron Fransası sülh prosesini əngəlləyir
Prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində Ermənistanın silahlanmasına da toxunub. Dövlət başçısı vurğulayıb ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Ölkə rəhbəri deyib ki, Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik: “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”. Prezident vurğulayıb ki, bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarda dəfələrlə deyilib, narahatlıq çatdırılıb: "Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var". Ölkə rəhbəri bildirib ki, Fransa bu məsələdə liderlik edir: "İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik". Prezident adekvat tədbirlərin görüldüyünü deyib: "2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək".
Xatırladaq ki, rusiyalı politoloq İqor Korotçenko da deyib ki, erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir: “Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə “çətiri”dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək”.

Prezidentin diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, Ermənistan bir tərəfdən sülhdən danışır, başqa tərəfdən isə ən müasir hücum silahları almaqla sülhü təhdid edir. Deputatın sözlərinə görə, belə olan halda əlbəttə ki, sülhün əldə olunması mümkün görünmür:

"Azərbaycan Prezidenti bu məsələyə toxunaraq qeyd edir ki, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın baş tutduğu bir vaxtda vətəndaşlarımızın Ermənistanla sərhəd boyu öz tarixi, yurd-yuvalarına qayıtdığı bir vəziyyətdə Ermənistanın sərhəd boyu əraziləri silah-sursat anbarına çevirməsi, Azərbaycana qarşı hücum silahları əldə etməsi sülhü təhdid altına alır. Bu prosesdə Fransanın davranışlarını xüsusən tənqid edirik. Fransadan alınan hücum silahları və digər ölkələrdən əldə edilən silahlar təhlükəsizliyimizi birbaşa təhdid edir. Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan sərhədi təqribən 1000 km.dir. Bir tərəfdən Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı əsasnaməni imzalayır və parlament ratifikasiya edir. Başqa tərəfdən sərhəd boyunca müdafiə səngərləri, yeraltı tunellər qazır, hücum silahlarını orada gizlətməklə Azərbaycana açıq şəkildə təhdidlər yaradır. Başda Fransa olmaqla Ermənistanı silahlandıran ölkələr düşünməlidirlər ki, onların davranışları sülhə yox, beynəlxalq hüququn pozulmasına, dövlətlərarası münasibətlərin korlanmasına, Ermənistan-Azərbaycan arasında müharibənin yenidən alovlanmasına xidmət edir. Bu məsələnin geniş qlobal informasiya məkanına təqdim olunması Ermənistanın militarist davranışlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi qiymətləndirilməlidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Dünən, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Dünən, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Dünən, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Dünən, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Dünən, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Dünən, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Dünən, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Dünən, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Dünən, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Dünən, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Dünən, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Dünən, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Dünən, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Dünən, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Dünən, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Dünən, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru