İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi .....                     ABŞ gəmiləri Hörmüzə girib və çıxıb .....                     Lukaşenko parad üçün Moskvaya gedəcək .....                     Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək .....                     ABŞ ordusu Hörmüz boğazını blokadaya alır .....                     Pezeşkian Putinlə danışıqlar apardı .....                     İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı .....                     İslamabadda sülh ümidləri puç oldu .....                     Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı .....                     Tıxaclara görə maşınını satıb: .....                     Britaniya bütün ölkəni müharibəyə hazırlayır: .....                     21 ilin antirekordu .....                     İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib .....                     Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey .....                     Tramp jurnalistlərə əsəbiləşdi .....                     Avropa İttifaqında mənzil bahalaşır: .....                     NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ .....                     "Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..." .....                     Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu .....                     ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir .....                     Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış .....                     "Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur" .....                     İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi .....                     Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... .....                     Bir uşağın həyatı ilə sənəd oyunu... .....                     ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir .....                     Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək .....                     ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... .....                     İslamabad danışıqları heç bir nəticə vermədi .....                     Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər .....                     Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib .....                     Xəstəxanalarda MAAŞ BÖHRANI .....                     TƏRİF OLAR, AMMA TƏNQİD YOX... .....                     Kəmaləddin Heydərovun bloklanan MİLYONLARI .....                     Sülh danışıqları, birgə görüşlər və... .....                     Avropa ölkələrində benzin və dizelin qiyməti .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ciddi təzyiqlər başlayıb .....                     “İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” .....                     Cavid Qurbanov şeir yazmağa məcburdur? .....                     Bakını müdafiə etdi, Tramp və Putin dəstəklədi .....                 

Həkimlərə 65 yaş qadağası kadr böhranı yaradır! - NƏ ETMƏLİ?
Tarix: 2-12-2024, 14:00 | Çap et
Həkimlərə 65 yaş qadağası kadr böhranı yaradır!
"65 yaşa çatan tibb işçilərinin dərhal təqaüdə çıxardılması bizim ölkəmiz üçün ciddi problemdir. Bu gün xəstəxanalarda uzun növbələrin yaranma səbəbi də elə həkim çatışmazlığıdır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birlyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev söyləyib.

65 yaşı tamam olan həkimlərin işdən çıxardılması kadr böhranı yaradır?
Qeyd edək ki, yaşı 65-ə çatan həkimlərin təqaüdə göndərilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bölgələrdəki tibb müəsssələrinin tibbi kadr təminatı məsələsi çox ağır vəziyyətdədir.
"Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var. Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətləşmələr aparılmalıdır ki, problemlər həll olunsun. Problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər. Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var? Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?".

"Həkimlərə qarşı ayrıseçkilik edilir"
Deputat Məlahət İbrahimqızı isə müəllimlərlə həkimlərə ayrıseçkilik qoyulmasının əleyhinə olduğunu dilə gətirib.
"Universitetlərdə 85-90 yaşında müəllimə işləməyə icazə verirlər, amma orta məktəbdə 65 yaşı tamam olan kimi fəaliyyəti dayandırılır. Bu, səhiyyə müəssisələrində də belədir. Əmək Məcəlləsində bununla bağlı maddələr götürülsün. İşləyən həkimin fiziki sağlamlığına baxılsın, müəyyən parametrlər tətbiq olunsun. Universiteti bitirənlər, xaricdə oxuyanlar rayonlara getmirlər. Ona görə də kadr çatışmazlığı var", - deyə millət vəkili bildirib.

İşdən çıxarılan təcrübəli həkimlər özəl sektora yönəlir
Azərbaycan Həkimləri İctimai Birlyinin sədr müavini Aydın Əliyev də Əmək Məcəlləsinə yenidən baxılmalı olduğunu söyləyir. Onun sözlərinə görə, heç də bütün həkimlər 65 yaşa çatanda əmək qabiliyyətlərini itirmirlər. Əksinə, onların işdə saxlanılması tibbi xidmətin keyfiyyətini daha da artırmış olar.
"Əksinə, 65 yaşı tamam olan həkimlər işə cəlb olunmalıdır. Zəngin təcrübəsi olan həkimlər sadə əlamətdən xəstəyə diaqnoz qoyurlar. Gənc həkimlər onların yanında təcrübə keçməlidirlər. Amma bizdə yaşı 65-ə çatan kimi həkimi işdən uzaqlaşdırırlar", - deyə Aydın Əliyev bildirib.
Müsahibimiz deyir ki, yaşlı həkimlər dövlət tibb müəssisələrindən işdən kənarlaşdırıldıqdan sonra özəl tibb müəssisələrinə üz tuturlar:
"Onsuz da yaşı 65-ə çatan həkimlər sertifikasiya imtahanından keçib özəl klinikalarda işləyirlər. Bu onların əmək qabiliyyətli olduğunu bir daha təsdiq edir. Yaxşı olar ki, həmin həkimlər elə dövlət xəstəxanalarında qalıb işləsinlər".

Qərarın geri dönüşü mümkündürmü?
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da bu qənaətdədir ki, büdcə təşkilatı işçiləri üçün yaş həddinin müəyyən olunması səhv addım olub. Onun sözlərinə görə, bu, müəyyən problemlərə yol açır.
"Rayonlarda 65 yaşı tamam olan direktoru, yaxud da böyük pedoqoji naliyyəti olan müəllimi yaşı çatdırğı üçün işdən çıxarırlar. Eləcə də klinikada savadlı təcrübəli həkimi işdən çıxarırlar ki, 65 yaşın tamam olub. Amma onların yerinə işə götürməyə o savadda, təcrübədə kadr tapa bilmirlər. Yaşı 65 olan həkimlərə də gedib özəl sektorda işləməyə davam edirlər. Çünki özəl sektorda yaş məhdudiyyəti yoxdur. Bu, o vaxt qəbul edilmiş qərar idi. Mən düşünürəm ki, bu məsələdə bir təzad var", - deyə Sahib Məmmədov bildirib.

Bununla belə, Sahib Məmmədov deyir ki, büdcə təşkilatı işçiləri üçün yaş həddi məsələsinə təkcə Milli Məclisin fikri yetərli deyil. O, bu məsələdə müvafiq icra hakimiyyəti orqanlarının rəyinin öyrənilməli olduğunu söyləyir:
"Əmək bazarına daxil olanların sayı, onu tərk edənlərdən 10 faiz çoxdur. Ona görə də yaş məhdudiyyəti ilə bağlı məsələni bir təzad hesab edirəm. Geri dönüşünün mümkün olub-olmadığı da müzakirə olunmalıdır. Bu məsələyə müvafiq icra hakimiyyəti orqanları münasibət bildirməlidir", - deyə Sahib Məmmədov bildirib.

Qanunda güzəşt var, amma hamıya yox!
Qeyd edək ki, Əmək Məcəllərinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilir. İstisna hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçilərinin əmək müqaviləsi 5 ildən artıq müddətə uzadıla bilər. Bunun üçün həmin şəxsin elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmalıdır. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi - Tramp belə deyir...
Dünən, 17:39
ABŞ gəmiləri Hörmüzə girib və çıxıb - Üstəlik İran PUA-sını vurub
Dünən, 17:36
Lukaşenko parad üçün Moskvaya gedəcək
Dünən, 17:34
Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək
Dünən, 17:30
ABŞ ordusu Hörmüz boğazını blokadaya alır
Dünən, 17:26
Pezeşkian Putinlə danışıqlar apardı
Dünən, 17:24
İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı - KİV
Dünən, 17:23
İslamabadda sülh ümidləri puç oldu – Danışıqlar uğursuzluqla bitdi, lövhələr sökülür
Dünən, 12:44
Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı - "Fars"
Dünən, 12:39
Tıxaclara görə maşınını satıb: - “Avtoş” lar deyirdi ki, Cavan, “qaz” ver”
Dünən, 12:13
Britaniya bütün ölkəni müharibəyə hazırlayır: - Ordudan xəstəxanalara qədər
Dünən, 12:12
21 ilin antirekordu – İrandakı müharibə enerji qiymətlərini "kosmik" həddə çatdırdı
Dünən, 12:10
İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib - KİV
Dünən, 12:08
Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey – amerikalı professor açıqladı
Dünən, 12:06
Tramp jurnalistlərə əsəbiləşdi - Saxta xəbərlər yayır
Dünən, 12:04
Avropa İttifaqında mənzil bahalaşır: - Qiymətlər ən çox hansı ölkələrdə artıb?
Dünən, 11:04
NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ - TƏFƏRRÜAT
Dünən, 11:01
"Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..."
Dünən, 10:48
Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu - TƏFƏRRÜAT
Dünən, 10:45
ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir - İsrail kəşfiyyatının rəsmisi
Dünən, 10:40
Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış – Dəhşətli iddia
Dünən, 10:38
"Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur"
Dünən, 09:31
İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi
Dünən, 09:29
Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... - ÇAĞIRIŞ
Dünən, 08:53
Bir uşağın həyatı ilə sənəd oyunu... - Yeni Klinika nəyi gizlədir?
Dünən, 08:49
ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir - Tasnim
Dünən, 08:34
Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək
Dünən, 08:32
ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... - Markov
Dünən, 08:31
İslamabad danışıqları heç bir nəticə vermədi - İran XİN
Dünən, 08:29
Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər - DİQQƏT
Dünən, 08:17
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib - KİV
Dünən, 08:15
Xəstəxanalarda MAAŞ BÖHRANI - GİLEY
Dünən, 08:14
TƏRİF OLAR, AMMA TƏNQİD YOX... - NARAZILIQ VAR...
Dünən, 07:58
Kəmaləddin Heydərovun bloklanan MİLYONLARI - Dövlətdən və millətdən oğurladıqlarıdır...
Dünən, 07:53
Sülh danışıqları, birgə görüşlər və... TƏKRARLANAN TARİX...
Dünən, 07:48
Avropa ölkələrində benzin və dizelin qiyməti - SİYAHI
Dünən, 07:31
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ciddi təzyiqlər başlayıb - NƏ BAŞ VERİR?
Dünən, 07:29
“İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” - Vahid Əhmədov
Dünən, 07:23
Cavid Qurbanov şeir yazmağa məcburdur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:15
Bakını müdafiə etdi, Tramp və Putin dəstəklədi – Avropanın qalmaqallı lideri gedir?
Dünən, 07:04
Yusif Yusibov GDU ilə vidalaşır - İDDİA
Dünən, 07:02
İrlandiya hava limanında naməlum şəxs ABŞ hərbi təyyarəsinə baltayla hücum edib - "The Irish Examiner"
Dünən, 06:57
Bakıda ƏN YARITMAZ icra başçısı... - BU FAKTDIR!
Dünən, 06:55
Şok iddialar: NZS və Keşlə köçürülür? – Həqiqət üzə çıxdı
Dünən, 06:50
Daşınmaz əmlak şirkətlərinə verilən kreditlər azalıb: NİYƏ? - AKTUAL
Dünən, 06:47
"Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur"
Dünən, 06:45
Həbs olunan direktorun yerinə qayınatası gətirildi - BU NƏDİ BELƏ?
Dünən, 06:38
ABŞ və İran razılığa gələ bilmədi - Vens belə deyir...
Dünən, 06:31
İslamabad danışıqlarının uğuru ABŞ-nin qanunsuz tələblərdən çəkinməsindən asılıdır - Bəqai belə deyir...
Dünən, 06:28
Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında müəmmalı ölüm - "Nümunəvi Rəhbər" obrazının arxasındakı reallıq və ölüm faktı
Dünən, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru