“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                     Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur .....                     Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb .....                     Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” .....                     Cənab nazirin bu kadrdan xəbəri varmı? .....                     "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" .....                     "Azərbaycanda kasıb adam yoxdur" .....                     Repetitorluq təhsili necə iflic edir? .....                     İrəvan KTMT-dən niyə çıxa bilmir? .....                     Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı .....                     "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" .....                     İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası .....                 

Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Tarix: 29-11-2024, 08:44 | Çap et
Məktəblərin qapısına ASILACAQ QIFIL...
“1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”. Bu fikirlər elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə rəsmi hesabındakı paylaşımında yer alıb.

“Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:

Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyil. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir.

Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, deputat Ceyhun Məmmədov noyabrın 26-da Milli Məclisdəki büdcə müzakirələrində çıxışı zamanı deyib ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır: “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.

“Yeni Müsavat”a danışan deputat Ceyhun Məmmədov yenidən bu məsələ ilə bağlı mövqeyini bildirib: “Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirin verdiyi açıqlamadan bir daha aydın olur ki, Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək. Mən həm komitə iclasında, həm də plenar iclasda məktəblərin bağlanmasının yarada biləcəyi problemlərə toxunmuşam. Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir. Bu addım bölgələrdə gənclərin savadlılığına, dünyagörüşünün və intellektual səviyyəsinin formalaşmasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına səbəb ola bilər”.

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafil mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Uzunmüddətli təcrübəmdə, xüsusilə də xatırladığım yaxın ərəfələrdə hələ şahidi olmamışam ki, təhsillə bağlı gündəmə gətirilən elə bir məsələ olsun ki, hamı tərəfindən birmənalı qarşılansın, müzakirə, mübahisə predmetinə çevrilməsin. Bu da təbiidir. Belə anlaşılmazlıq yaradan məsələlərdən biri də nazirin ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagirdin təhsil alması, şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olması, tədrisin keyfiyyətinin isə aşağı olması ilə bağlı səsləndirdiyi fikir olub ki, bu da müxtəlif yanaşmalara rəvac verib.

Sonra isə nazirin sosial şəbəkədə rəsmi hesabındakı paylaşımından məlum olub ki, “rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

O ki qaldı Ceyhun Məmmədovun Milli Məclisin plenar iclasında dediyi fikrə, istər 1500 olsun, istər 500, istərsə də 5 fərq etməz, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq. Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir mesajı yerində və vaxtında sərgilənən mövqedir. Hesab edirəm ki, məktəblərin tipinin dəyişdirilməsi, peşə təmayüllü siniflərin açılması, hətta ciddi zərurət yaranarsa, ərazilərin yaxınlığı və kontingent dayanıqsızlığı nəzərə alınmaqla birləşdirməyə də getmək olar. Məktəblərin bağlanması isə prosesin keyfiyyətə yox, kəmiyyətə fokuslanması anlamına gələcək.

Bir də ki, qaldırılan məsələ uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi gündəmdə olub. Hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçiriləcəyi ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans yaranması bu günə qədər həllini tapa bilməyib. Yəqin bir çoxları xatırlamamış deyillər ki, 2000-ci ilin əvvəllərində Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi - məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinə start verilsə də, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı, nəticədə proses təxirə salındı. O zaman hətta az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra şagirdlərin avtobuslarla daşınması kimi məsələlər müzakirə olunurdu. Sonradan qərara alındı ki, bu iş yalnız Ucar rayonunda həyata keçirilsin. Amma tam hazırlıq olmadığı üçün bu da baş tutmadı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı.

Sonra “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada fəaliyyət göstərə bilərdi. Artıq yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcəkdi. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaqdı. Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edildi. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcəyi nəzərdə tutuldu".

Nadir İsrafilov hesab edir ki, hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər: “Çünki hər bir kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət klubu olsun. Əgər məktəbləri rasionallaşdırma adı ilə həmin kənddən köçürsək, o kənd məhv olub gedəcək və bir kənd kimi xəritədən silinəcək, təhsildən yayınma hallarının baş verməsi qaçılmaz olacaq. Bu gün təhsilin keyfiyyətindən danışırıqsa, bu, heç də təhsilin əhatəliliyini və davamlılığını arxa plana keçirmək anlamına gəlmir. Budəfəki cəhdin nə ilə nəticələnəcəyi isə zamana bağlı olan məsələdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru