Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                 

Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Tarix: Bu gün, 06:06 | Çap et
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa...
Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə imicini dəyişməsi (saqqalını qırxıb) təsadüfi deyilmiş. O, rəhbərlik etdiyi hakim komandada da təmizlik - ciddi kadr dəyişiklikləri - həyata keçirmək qərarına gəlibmiş...

Baş nazir istefa ərizəsi təqdim etmiş daxili işlər naziri Vahe Qazaryanı, İstintaq Komitəsinin sədri Argişti Kyaramyanı, Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Sasun Xaçatryanı, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanı istefaya göndərib. Bununla yanaşı, Ali Məhkəmə Şurasının (ASK) prezidenti Karen Andreasyan da istefa ərizəsini təqdim etdiyini bəyan edib.

Baş nazirin “təmizələmə” qərarı parlamentdə hakim Mülki Müqavilə fraksiyasının deputatları Ovik Ağazaryan və Narek Zeynalyandan da yan keçməyə bilər. Yerli media yazır ki, onlar barədə intizam araşdırmasına başlanıb, sonda adıçəkilən deputatlar mandatdan imtina edə bilərlər.

Kabinetdə baş verən dəyişikliklərin səbəblərinə gəlincə, iki gün əvvəl hökumətin iclasında Baş nazir hüquq-mühafizə sistemindən kəskin narazılığını ifadə edərək, məhkəmə və güc strukturlarında aparılan islahatların nəticəsini görmədiyini vurğulayıb. "Bu davam edə bilməz, mənim səbir kasam doludur", - Nikol Paşinyan deyib. Baş nazir bu gün səhər qeyd edib ki, səbəblər şəxsi deyil, sistem xarakteri daşıyır.

Hökumətdə baş verən dəyişiklikləri təhlil edən yerli media N.Paşinyanın son həftələrdəki ictimai çıxışlarını xatırladır.

Məsələn, bir ay əvvəl İstintaq Komitəsinin əməkdaşlarını 10 illik yubileyləri münasibətilə təbrik edən Paşinyan bildirmişdi: “Ədalətin bərqərar olması gündəliyi 2018 və ya 2019-cu illərdə olduğu kimi, bu gün də aktualdır. Amma bu o demək deyil ki, biz ədalətin bərqərar olması üçün heç bir iş görməmişik”.

Ötən həftə 2025-ci il büdcəsinin müzakirəsi zamanı isə Baş nazir Ermənistanın Vergi Məcəlləsinin dövlət maraqlarının əleyhinə olduğunu açıqlamışdı. “Bizim Ermənistanın dövlət maraqlarına cavab verən yeni Vergi Məcəlləsi olmalıdır”, - Paşinyan bildirib.

Avqust ayında keçirdiyi mətbuat konfransında isə hökumət başçısı əks fikirlər söyləmişdi: “2019-cu ildən biz sabit gəlir vergisi sisteminə keçdik və hesab edirəm ki, bu, düzgün qərardır və mən o sistemi dəyişdirmək üçün heç bir əsas görmürəm”.

Paşinyanın istefaya göndərdiyi yüksək vəzifəli şəxslərin əksəriyyəti 2-4 il ərzində hökumətdə təmsil olunub. O, hakimiyyətdə olduğu 6 ilə yaxın müddət ərzində hüquq-mühafizə orqanlarında və hökumətin iqtisadi blokunda vaxtaşırı kadr dəyişiklikləri aparıb. Amma istefalar indi olduğu kimi kütləvi xarakter daşımırdı.

Maraqlıdır, N.Paşinyan hazırkı həssas dövrdə mühüm dövlət postlarındakı silahdaşlarından niyə imtina etmək qərarına gəlib? Həm də o halda ki, bu şəxslər hökumətin ayaqda durmasında xüsusi nailiyyətləri ilə fərqləniblər: Ermənistan İstintaq Komitəsi Koçaryan-Sarkisyana, onların yaxın ətrafına və hökumətlərində post tutmuş şəxslərə qarşı davamlı təzyiq kampaniyası aparıb. Keçmiş siyasi elita nümayəndələrinin yolu istintaqdan, məhkəmələrdən, həbsxanadan keçib. Yaxud, istefasını elan etmiş Ali Məhkəmə Şurasının (ASK) prezidenti Karen Andreasyanın Paşinyana sonuncu xidməti Konstitusiyanın praembulasında yer almış Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın hüquqi qüvvəsinin olmadığına qərar verməsi olmuşdu.

Hakim komandadan uzaqlaşdırılan daxili işlər naziri Vahe Qazaryan isə anti-hökumət aksiyaların amansızlıqla yatırılmasına bilavasitə rəhbərlik etmiş şəxsdir. O, Paşinyana və onun arasında dayanan xarici qüvvələrə “sədaqəti” ilə məşhurdur. Maraqlıdır, Baş nazir onun xidmətlərindən niyə imtina etmək qərarına gəlib?

Eyni sözləri Dövlət Gəlirləri Xidmətinin rəhbəri Rüstəm Badasyan haqqında da demək olar. O, Ermənistan büdcəsinin “aşıb-daşmasında”, vergi intizamının yüksəldilməsində, iş dünyası ilə dövlət qurumları arasında münasibətlərin uğurlu tənzimlənməsində mühüm xidmətlərə malikdir...

Paşinyan nə planlayır və istefalar Baş nazirin gələcəklə bağlı strategiyasında hansı əhəmiyyəti daşıyır? Bu suallar indi erməni cəmiyyətində geniş müzakirə olunur.

Əlbəttə, Ermənistan böyük demokratiya yolu keçmiş ölkə deyil. 2018-ci ildə baş vermiş inqilabdan sonra dövlət idarəçiliyində, seçki institutunda, büdcə xərcləmələrində şəffaflıq xeyli yüksəlsə də, ölkə hələ də beynəlxalq hesabatlarda yarım azad statusundan o tərəf keçə bilməyib. Məsələn, "Transparency International" beynəlxalq şəffaflıq təşkilatının 2023-cü illə bağlı Korrupsiyanı Qavrama İndeksində (CPI) 180 ölkə və ərazi içində Ermənistan 47 balla 62-cı sırada olub. Təşkilat Ermənistanın son 10 ildə indeksini yaxşılaşdırdığını vurğulayıb.

Ölkədə keçirilən sorğularda hakim Mülki Müqavilə partiyasının reytinqi ötən illərlə müqayisədə xeyli aşağı enib. Əhalinin əsas narazılığı korrupsiya, nepotizm, bürokratiya, hüquq mühafizə orqanlarında hələ də davam edən rüşvət sistemi ilə bağlıdır. Bununla yanaşı, məhkəmə və ədliyyə, sosial təminat sistemində baş verən neqativ hallar da cəmiyyətdə ciddi narazılıq mənbəyi olaraq qalır. Sorğulara görə, 2026-cı ildə (iyun ayında) keçiriləcək seçkilərə qədər hakimiyyətin nüfuzu daha da azala bilər, bu da Paşinyanın şəriksiz hakimiyyətinin bitməsi ilə nəticələnə bilər.

Hökumət başçısının öz komandasında təmizləmə əməliyyatına start verməsi ictimai sifarişə uyğun olaraq, seçki hazırlığının tərkib hissəsi ola bilər. Bu, əsas versiyadır. Amma başqa versiyalar da erməni ictimaiyyətinin müzakirə mövzularıdır. Məsələn, Paşinyan inqilabçı tərəfdaşlarından imtina edərək, şəxsi münasibətlərə, sədaqət prinsiplərinə əsaslanan şəxsi hakimiyyət qurmaq niyyətində olması istisna deyil. Ötən 6 ildə yarı-demokratik idarəçilik ona çox ciddi problemlər yaradıb və getdikcə zəifləyən hakim komandanı bundan sonra ayaqda saxlamaq üçün avtoritar üsulları sınamaq lazım gələcək. Qonşu Gürcüstanda İvanişvili hakimiyyəti Qərbin təşkilatlandırdığı müxalifətin güclü etirazlarına, sabotajlarına baxmayaraq ayaqda qalması dəyişən geosiyasi şərtlərdə Paşinyanı da həvəsləndirə bilər. Baş nazir bu yolu gedəcəksə, qarşıdakı aylarda onun komandasından spiker Alen Simonyanın, xarici işlər naziri Ararat Mirzoyanın, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da istefaya göndəriləcəyi qaçılmazıdır. Çünki Paşinyanla bir komandada olsalar da ayrı-ayrılıqda erməni cəmiyyətində müəyyən nüfuza malik olan siyasətçilərin Baş nazirin şəxsi hakimiyyətində yer alması mümkün deyil. Paşinyana itaətkar, siyasi iddiaları olmayan texnokrat kadrlar lazım olacaq ki, hazırda Qərbin maliyyə təşkilatlarından böyük qrantlar alan şəbəkələrdə onların sayı kifayət qədərdir…

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru