Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana rəsmi səfəri davam edir. Bu barədə "DİA-AZ"-a MN-dən xəbər verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş etdirilib.