“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” .....                     "Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" .....                     İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: .....                     Uşaqların gözündə gecə qorxusu: .....                     Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib .....                     General-mayor işdən çıxarıldı .....                     İran və İsrail KİV-nin səhifələrindən “qan damır” .....                     Avrointeqrasiyanın "seçkili" qurbanları .....                     Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? .....                     Moldovada keçirilən referendumun ilkin nəticələri .....                     326 milyonluq qaçaqmalçılıq... .....                     Nazirin nəzərindən yayınanlar... .....                     326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin .....                     Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi .....                     Ağadadaş Ağayevin məhkəməsi başlayır .....                     Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam .....                     Fərqanə həbsdə olan həyat yoldaşı haqda: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir .....                     Məktəblərdə din tədris olunacaq? .....                     İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi .....                     İrəvan yeni savaşın vaxtını təyin edib: .....                     Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır .....                     Gömrük Komitəsi 59 min manata güllər alır .....                     Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir .....                     UNEC-də yeni təyinat: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh .....                     Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? .....                     Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? .....                     Alkoqollu içkilərdən yalnız arağın .....                     “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə .....                     Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı .....                     “Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” .....                     AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... .....                     Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur .....                     Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA .....                     Putindən Azərbaycanla bağlı möhtəşəm qərar .....                     Mənsum İbrahimov "TikTok"da yayılan videosu haqda: .....                 

Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 16:33 | Çap et
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir?
Yeni Kaledoniya Azərbaycanın köməyindən imtina edib. Yeni Kaledoniya Konqresinin yeni seçilmiş prezidenti Veilma Faleo Azərbaycanla əməkdaşlıq sazişinin ləğv olunduğunu bəyan edib. Faleodan əvvəl bu postu tutmuş Ro Vamitan dövründə rəsmi Bakı ilə bu sənəd imzalanmışdı. Həm də Azərbaycan tərəfi bu sazişə Milli Məclisin sədri səviyyəsində imza atmışdı Ancaq Yeni Kaledoniyada keçirilmiş referendum bu Fransa müstəmləkəsinin Fransanın tərkibində qalması ilə nəticələnib.
Azərbaycanın Qərbpərəst müxalifəti bu hadisəyə sevinir. Həmin qüvvələrin nəzarəti altında olan media resursları Yeni Kaledoniyanın yeni rəhbərinin Azərbaycanla sazişi ləğv etməsini "bayram edir", üstəlik bu faktı Azərbaycan hakimiyyətinin diplomatik uğursuzluğu kimi tənqid edir, "fiasko" adlandırır. Bu baxımdan, Milli Şura sədri Cəmil Həsənlinin paylaşımı öz kəskinliyi ilə xüsusi diqqət çəkir.

Ancaq burada sevinməli nəsə var?! Yeni Kaledoniyanı Fransa müstəmləkəçiliyinə qarşı Azərbaycan qaldırmamışdı ki! Kanak xalqı öz azadlığı urunda mübarizəyə qalxmışdı. Fransa işğal rejiminin cəza dəstələri ilə toqquşmalarda 13 nəfər həlak oldu, xeyli yaralanan var. Xeyli fəal da həbs olunub. Yeni Kaledoniyada Fransa müstəmləkə rejimi repressiya keçirir. Fransanın yeni xarici ərazilər naziri Yeni Kaledoniyaya səfər edib, yerli hakimiyyət və ictimai hərəkat təmsilçilərinə təzyiqlər göstərib. Ardından bu qərar ortaya çıxıb. Yeni Kaledoniyadakı referendum da məhz Fransa təhlükəsizlik qüvvələrinin silahlarının kölgəsində keçirilib. Yerli hakimiyyət orqanlarından müstəqillik tərəfdarları çıxarılıb, qovulub.

Azərbaycanın Qərbpərəst müxalifəti buna sevinir?! Yəni kanaklar üzərində müstəmləkə rejiminin davamını, istiqlalçı kanak siyasi fəallarının qətlinə, həbsinə sevinir.

Axı, Azərbaycan da Sovet müstəmləkəçiliyindən xilas olma yolunda eyni məhrumiyyətləri yaşayıb. Çoxlu qurbanlar verib. Şəhidlər Xiyabanı buna əyani sübutdur. Müstəqillik uğrunda mübarizəni məğlubiyyətə uğratmaq istəyən Moskva Bakıya qoşun yeridərək xalqı qanına qəltan eləmişdi. Eynisini Yeni Kaledoniyada Fransa edir. Necə olur, Moskva bunu eləyəndə pisdir, Paris eləyəndə yaxşıdır?! Belə çıxır ki, bəzi siyasətçilər üçün "yaxşı işğalçı-pis işğalçı", "yaxşı müstəmkəkəçi-pis müstəmləkəçi" bölgüsü var. Yaxud müstəmləkəçilik bizə qarşı olanda pisdir, başqaları özləri bilər?! Mirzə Ələkbər Sabir demişkən: "Mən salim olum, cümlə cahan batsa da, batsın". Budurmu yəni?

Professor Cəmil Həsənli yazıb: "Yeni Kaledoniyanın Fransanın xüsusi inzibati ərazisi statusunda qalıb-qalmaması onların öz işidir. Hər halda bu məsələ ilə bağlı keçirilən son referendumda əhalinin mütləq çoxluğu Fransa ilə birlikdə qalmağa səs verib".

Əlbəttə, müstəmləkə rejimindən qurtulub-qurtulmamaq hər xalqın öz iradəsinə bağlı məsələdir. Buna heç kimin şübhəsi yoxdur. Ancaq eyni zamanda başqa bir gerçək də var: bütün dünyada, məsələn, terrorizmə qarşı mübarizə hər xalqın və hər ölkənin öz işi olmadığı kimi, neokolonializmə qarşı mübarizə də təkcə hər xalqın öz işi deyil. Bu davada dünya müstəmləkəçilikdən xilas olmaq istəyəni dəstəkləməlidir, elə deyilmi?! Biz də millət olaraq, Meydan hərəkatımıza görə Avropa bizi "ilin xalqı" adlandıranda sevinmişdik. Biz də millət olaraq Sovet İttifaqından müstəqil olmağa qalxanda və 1990-cı il yanvarın 20-də Sovet-rus qoşunları Bakıda, bölgələrdə qırğın törədəndə dünyadan kömək gözləmişdik, istəmişdik. Amma həmin Avropa, həmin Fransa "ilin xalqı"na köməyə gəlmədi.

Bəli, biz də öz haqlı davamıza dünyadan ən azı mənəvi dəstək gözləmişdik. Eynilə bu gün kanakların gözlədiyi kimi...

Azərbaycan hakimiyyəti biganə qalmayıb, kanaklara bu köməyi edib. Az edib, ya çox. Bu, başqa məsələdir. Əlində olan imkanlar daxilində edib. Amma müxalifət nümayəndəsi durub deyir ki, kömək etmək lazım deyildi, bu, kanakların öz işidir və sair. Bunu da Yeni Kaledoniyada keçirilən referendumla əsaslandırır. Ona qalsa, 1991-ci ilin 17 mart referendumunda Azərbaycan xalqı guya SSRİ-nin saxlanmasına "səs vermişdi", həmin ilin dekabrın 29-da keçirilmiş referendumda həqiqətən müstəqilliyə səs verdi. Sovet işğalı şəraitində, təbii ki, 17 mart referendumu saxtalaşdırılmışdı. Fransa rejimi də eynilə Yeni Kaledoniyada repressiya şəraitində, qorxu altında referendum keçirib, öz istədiyi nəticəni elan edib. Buna istinad edərək: "Kanak xalqı öz seçimini edib" deyəkmi?!

Fransanın Yeni Kaledoniyada törətdiyi qəddarlığa görə... Azərbaycanı günahlandırmaq?! Buna necə ad vermək olar?

Hər şey bir yana, Fransa ATƏT-in keçmiş Minsk Qrupunun üzvü kimi Ermənistanın Azərbaycan torpaqlarındakı işğalını uzadıb saxlamağa və legitimləşdirməyə çalışdı. Bu gün də bütün gücü və imkanları ilə Ermənistanı dəstəkləyir; silahlandırır, Azərbaycana qarşı revanşist müharibəyə hazırlayır, Qarabağdan erməni əhalinin könüllü köçünü "etnik təmizləmə" kimi qələmə verir, "Avropa İttifaqının Müşahidə Missiyası" pərdəsi altında sərhədlərimizdə təxribatçı "binokl diplomatiyası" aparan əsas dövlətlərdən biridir. Qarabağda separatçı-terrorçu rejimin əli qanlı başçılarını "siyasi məhbus" və "hərbi əsir" adlandırır, azad olunmalarını tələb edir, bunun qarşılığında biz kanak xalqının haqlı azadlıq davasına dəstək vermişik, çoxdurmu?!

Hakimiyyətə qarşı müxalifətçilik onun bütün qərarlarını, addımlarını ağına-bozuna baxmadan qaralamaq demək deyil. Müxalifətçilik "babam mənə kor deyib, gələni-gedəni vur deyib" prinsipi ilə hərəkət etmək deyil. Fransa neokolonializmi əleyhinə Azərbaycanın Yeni Kaledoniyaya dəstək verməsi, təkcə beynəlxalq ədalət məsələsi deyil, həm də milli maraqlar məsələsidir. Üstəlik, vicdan məsələsidir. Yeni Kaledoniyanın Fransadan təyin olunmuş yeni rəhbəri bu mənəvi-siyasi yardımdan imtina edirsə, bu da artıq onun vicdanına qalıb. Ona qalsa, bizim tariximizdə də Çingiz İldırım, Qəzənfər Musabəyov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov nümunələri var...

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
Bu gün, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
Bu gün, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
Bu gün, 18:58
Uşaqların gözündə gecə qorxusu: -ruslar necə pasifist ola bilərlər?
Bu gün, 18:56
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Bu gün, 18:45
General-mayor işdən çıxarıldı - ƏMR
Bu gün, 18:42
İran və İsrail KİV-nin səhifələrindən “qan damır” - Bu gün...
Bu gün, 18:40
Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Bu gün, 18:37
Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? - AÇIQLAMA
Bu gün, 18:35
Moldovada keçirilən referendumun ilkin nəticələri
Bu gün, 18:31
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
Bu gün, 18:25
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
Bu gün, 18:17
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir
Bu gün, 18:13
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO
Bu gün, 18:10
Ağadadaş Ağayevin məhkəməsi başlayır
Bu gün, 18:09
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam – “Yazarkən düşünüb ki…”
Bu gün, 18:01
Fərqanə həbsdə olan həyat yoldaşı haqda: - "Övladlarımın atası həmişə..."
Bu gün, 17:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Bu gün, 17:56
Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir
Bu gün, 17:53
Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün...”
Bu gün, 17:27
İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi
Bu gün, 17:22
İrəvan yeni savaşın vaxtını təyin edib: - ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir
Bu gün, 17:20
Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır - ŞƏRH
Bu gün, 17:13
Gömrük Komitəsi 59 min manata güllər alır
Bu gün, 17:07
Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir
Bu gün, 17:04
UNEC-də yeni təyinat: - professora yüksək vəzifə verildi
Bu gün, 16:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Bu gün, 16:49
Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh - "Cəhalətlə savaşmaq çətindir, amma şərəflidir"
Bu gün, 16:44
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:33
Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? - Simonyanın açıqlaması
Bu gün, 16:29
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Bu gün, 16:22
“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” - deputat
Bu gün, 16:20
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 16:12
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı - SƏRƏNCAM
Bu gün, 16:11
“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” - FAKT BUDUR!
Bu gün, 16:08
AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu
Bu gün, 16:07
Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur
Bu gün, 16:02
Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA - “Yeni Gülən ilə təşkilatlanmağa davam edəcəklər”
Bu gün, 15:59
Putindən Azərbaycanla bağlı möhtəşəm qərar – Sürpriz şəxs kimdir?
Bu gün, 15:56
Mənsum İbrahimov "TikTok"da yayılan videosu haqda: - "Mən şou adamı deyiləm"
Bu gün, 15:54
Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb - FOTOLAR
Bu gün, 15:51
Azərbaycanda televiziya kanalı yüksək məbləğdə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 15:47
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə məhkəməyə müraciət edəcək
Bu gün, 15:43
Paytaxt köçürülməlidir: - “Qorxulu olacaq, şəhər dözə bilmir”
Bu gün, 15:42
Gülənin cənazəsi qaçırıla bilər: - FETÖ terror təşkilatında çaxnaşma yaranıb
Bu gün, 15:34
GÜLƏN ÖLDÜ.... FETÖ hələ var... - Bu o demək deyil ki...
Bu gün, 15:32
Rusiyadan 1 manat 3 qəpiyə alınan benzin əhaliyə 1 manat 10 qəpiyə satılır - AXI NİYƏ?
Bu gün, 15:26
Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Bu gün, 15:23
"Aztelekom"un yeni təyin olunan baş direktoru kimdir? - Osman Gündüz AÇIQLADI
Bu gün, 15:21
Baydeenin Güney Qafqaz PLANLAMASI... - GƏLİŞMƏ
Bu gün, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru