Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                 

AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 10:19 | Çap et
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı
Sentyabrın 30-da AŞ PA-nın payız sessiyasının ilk günündə Azərbaycanda “demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi” mövzusunda müzakirələr gündəliyə salınıb.

“Turan” xəbər verir ki, bəzi deputatlar, əsasən Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan heyətinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirib. O, “bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin” nümayəndələri ilə birbaşa əlaqə qurmağı təklif edib. Lakin onun təklifi dəstəklənməyib və debatın keçirilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib. Bundan əlavə, sessiyada Vatslav Havel Mükafatı da təqdim ediləcək. Üç namizəddən biri vergi cinayətlərinə görə həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur.

Yada salaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar sessiyasında ratifikasiya edilməyib. AŞ PA bu qərarı “Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymayaraq qurumla əməkdaşlıq etməməsi, fevral ayında baş tutan prezident seçkisinə AŞ PA-nın müşahidə missiyasını dəvət etməməsi” ilə əlaqələndirib. Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Son olaraq Prezident İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb. AŞ PA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

AŞ PA-da anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe Bakının assambleyanın qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum başladı və bu proses hələ də davam edir. Frank Şvabe və onun kimilərin fəaliyyəti AŞ PA-da böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞ PA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar təşkilatın prinsip və normalarına zidd addımdır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür.

İndi belə görünür ki, AŞ PA rəsmi xəbərdarlıqlara baxmayaraq, payız sessiyasında Bakıya qarşı “tarana getmək” qərarı verib.

Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, AŞ PA-nın payız sessiyasının ilk iş gününü Azərbaycanla “haqq-hesab çəkməyə” ayırması, yenidən ənənəvi üsullara müraciət edərək, “demokratiya”, “qanunun aliliyi” və “insan haqları” amilləri ilə pərdələnərək ölkəmizə qarşı hücuma keçməsi əslində bu təsisatın acizliyinin göstəricisidir: “Məlumdur ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olarkən bu təsisatdan böyük gözləntiləri var idi və ən azından bu gün Avropa Şurası Parlament Assambleyasının özünün pərdələndiyi insan haqları, demokratiya, hüququn aliliyi adına o zaman Azərbaycan torpaqlarının işğal altında olan 20 faizi və həmin torpaqlardan didərgin salınmış 1 milyondan artıq soydaşımızın taleyinə biganə yanaşılmayacağını düşünürdü. Lakin ötən dövrdə biz şahidlik etdik ki, əslində bu təşkilat özünün nizamnaməsində ifadə olunduğu kimi, bəşəri ideallar və üzvlərinin böyük birliyi naminə yox, imperialist niyyətlərin həyata keçirilməsində alət kimi istifadə edilmək üçün yaradılıb. Görünən odur ki, AŞ PA üçün vacib olan özünün təsis sənədlərində irəli sürdüyü prinsiplər, yaxud beynəlxalq hüququn aliliyi yox, özünü "beynəlxalq ictimaiyyət" adlandıran bir qrup cinayətkar mahiyyətli dövlətin muzdlu sifarişlərini yerinə yetirməkdir. Əks halda, Şvabe kimi keçmişi qaranlıq, nifrət dilinin daşıyıcısı olan, Azərbaycana və bütövlükdə Türk dünyasına nifrətini gizlətməyən bir nəfər Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə ədalətsiz qərarların qəbul edilməsində həlledici rola malik ola bilməzdi. Təbii ki, ilk dövrlər baş verənlər bizdə ciddi təəssüf doğururdu, lakin artıq Strasburqda ölkəmiz əleyhinə oynanılan bu “səhnəciklər” bizi narahat etmir, əksinə, dövlətimizin doğru yolla suveren iradəsini nümayiş etdirərək addımladığını göstərir".

Deputat Prezident İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışını yada saldı: “Prezident heç bir genişmiqyaslı şər, böhtan kampaniyasının bizim iradəmizə təsir edə bilmədiyini dedi. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. İndiki məqamda, dövlət başçımızın ifadə etdiyi kimi, əsas hədəfimiz güclü olmaqdır və proseslərin gedişatı da göstərir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu hədəflərinə doğru inamla irəliləməkdədir”.

Milli Məclisin digər deputatı Vüqar İsgəndərov çox maraqlı məqamlara toxundu: “AŞ PA-nın qərəzli fəaliyyəti, Frank Şvabenin və onun kimilərinin Azərbaycan düşmənçiliyi nəticədə bütün iplərin qopmasına gətirib çıxarır. Əslində bizim AŞ PA-dan bir elə də böyük gözləntimiz yoxdur. Çünki sülh yolu ilə ədaləti bərpa etmək istiqamətində atdığımız addımların heç birində bu qurumun rolu və dəstəyi olmadı. Azərbaycan kiminsə oyunu, diktəsi ilə hərəkət etmir. Mövcud vəziyyəti yüksək səviyyədə qiymətləndirən cənab Ali Baş Komandan İlham Əliyev öz gücümüzlə ədaləti bərqərar etdi. Bu gün biz Avropadan heç bir ədalət gözləmirik. Artıq əminik ki, bu qurum bizə heç bir mənada xeyir verə bilməz. Çünki geriyə baxdığımızda AŞ PA ilə bağlı 20 ildən çox təcrübəmiz var. AŞ PA-dakı anti-Azərbaycan qüvvələrin səyləri isə yalnız bu qurumun daxilində keçərli olur. Çünki Avropa ölkələri ilə ayrılıqda bizim çox yüksək səviyyəli münasibətlərimiz var. Bu gün Avropanın enerji təhlükəsizliyində rolumuz böyükdür. Bizimlə enerji müqavilələri bağlamaq istəyən, tərəfdaş olmaq istəyən Avropa dövlətləri ilə yüksək səviyyədə əlaqələr qurmuşuq. AŞ PA-dakı ünsürlər isə düşünür ki, bu addımlarla bizim imicimizə zərbə endirə bilər. Ölkəmiz hüquqi dövlətdir və sabitlik ən önəmli faktorlardan biridir. Bu gün absurd mənzərə üzə çıxıb. Hər hansı ictimai fəal qanun pozuntusu edir, yaxud cinayət hadisəsi törədir, onunla bağlı hüquqi müstəvidə addım atılan anda adam xaricdəki bəzi qüvvələr tərəfindən siyasi məhbus elan edilir. Bəyəm ictimai fəal, bir insan üçün qanun keçərli deyil? Biz bilirik ki, ölkəmizdə qanunun aliliyi təmin edilir. Bu prinsip isə vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər kəsə şamildir. AŞ PA və buna bənzər qərəzli qurum və təşkilatlar isə bu tip məsələlərdən də əleyhimizə istifadə etmək istəyirlər. Azərbaycan Prezident İlham Əliyevin siyasəti ilə bütün oyunları pozdu”.

Mövzunu sabahkı sayımızda davam etdirəcəyik.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru