Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                 

“UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”
Tarix: 2-08-2012, 13:18 | Çap et
“UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”

DAHA BİR QALMAQALIN ƏSASI QOYULDU

“Mikayıl mahnıların çoxunu əvvəlcədən müğənnilərə deyirdi”

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır. Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı rubrikanın davamını təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Uzun müddətdir kadr arxasında qalan qarmon ifaçısı Qiyas Qiyasovu kadr qarşısına çıxarırıq. Başqa sözlə desək, "Kadr arxası" rubrikasının bugünkü qonağı odur. Nəyin öndə, nəyin arxada olduğunu bilmək, obyektivinizi kadrarxası məsələlərə yönəltmək istəyirsinizsə, müsahibəni diqqətlə oxuyun.

- Qiyas, В«Sevimli şouВ»nun ərsəyə gəlməsində sənin nə kimi rolun olub?

- Mənim “Space” kanalına böyük hörmətim var, həm də onun rəhbərliyinə. Verilişin layihəsi hələ təsdiqlənməmişdi, məlum oldu ki, proqrama müəyyən məbləğdə vəsait lazımdır. Həmin layihə məhz mənim köməkliyimlə maliyyələşdi. Daha doğrusu, verilişi maliyyələşdirən bunu məhz mənə görə etmişdi. Mikayıl da həmin işdə qabağa düşdü və rəhbərliyə müraciət etdi. Qısa zamanda veriliş ərsəyə gəldi.

- Hazırda Mikayılla aranızda soyuqluq var. Səbəb nə oldu ki, birdən-birə verilişdən uzaqlaşdın?

- Səbəb paxıllıq oldu. Sizə verdiyim müsahibədə demişdim ki, bəzi kütlələr verilişə Mikayıla görə yox, məhz mənə görə baxırlar. Sözüm ona pis təsir elədi. Hər yerdə həqiqi mənada hiss edirdim ki, böyük bir kütlə В«Sevimli ŞouВ»ya sırf mənə görə baxır. Bu mənə çox xoş idi. Məqsədim toy tutmaq yox, bir neçə ildən sonra musiqi sahəsində ali dərəcəyə yüksəlmək idi. Sadəcə Mikayıl məni kürəyimdən vurdu. Hətta mənim müğənnilərlə münasibətim onu qıcıqlandırmağa başladı. Hamı mənə suallar verir, verilişdə danışıqlarım kütlə içərisində marağa səbəb olurdu. Müəyyən müddətdən sonra gördüm ki, bütün bunlar Mikayılda paxıllıq hissi yaratdı. Bir gün Mikayıl Güləddin oğlu mənə yaxınlaşıb dedi ki, kanalın rəhbəri Vaqif Mustafayev tapşırıb ki, Qiyasa verilişdə söz vermə, bəyəm o, xalq artistidir? Mən inanmadım ki, Vaqif müəllim kimi gözəl bir insan belə danışar. Bəzi ifaçılar heç musiqini bilmirdi. Mən də onların cavabını verirdim. Bu niyə Mikayılda qıcıqlandırma yaradırdı? İlk dəfə sizə açıqlama verəcəyəm ki, Mikayıl mahnıların çoxunu əvvəlcədən müğənnilərə deyirdi. Məni də əsəbiləşdirirdi ki, artıq sənə görə heç kim bu verilişə gəlmək istəmir. Çünki çoxları mahnıları tapa bilmirdilər. Əsasən də mən hazırladığım musiqiləri. Hətta Əli Mirəliyev hər yerdə danışırdı ki, məni 60 yaşımda musiqilərimizi öyrənməyə Qiyas məcbur elədi. Verilişdən uzaqlaşmağıma əsas səbəb aşıqları çağırmağı oldu. Mən dedim ki, formata uyğun deyil. Dedi, veriliş mənimdi, özüm bilərəm. Həmin aparıcının əlində layihə tutub dalımca düşməsi gözümün qabağına gəldi. Bütün mahnıları mən öyrətmişəm ona. Hər verilişdən sonra mənə deyirdi ki, bu mahnıları hardan tapırsan. Mənim əziyyətim böyük idi. Həmin mahnıları bir həftə ərzində tapırdım, musiqiçilərə öyrədirdim. Artıq aşıqlardan sonra meyxanaçılar yarışmalıydı. Qonaqlar – Namiq Qaraçuxurlu, Pərviz Bülbüləli olmalı idi. Mən də dedim ki, ay Mikayıl, Namiq Qaraçuxurludan Cahangir Cahangirovun musiqisini soruşsaq, bu hansı məntiqə uyğundur? Axı Namiq meyxanaçıdır, musiqiçi yox. Bu, aparıcıya xoş gəlmədi. Möhkəm mübahisəmiz oldu və o, rəhbərliyə xəbər apardı. “Qiyas və musiqiçiləri mənə qarşı tərbiyəsizlik edirlər, üstümə qışqırırlar”, - dedi. Sonra aparıcı mənə zəng edib dedi ki, gələn həftə o musiqiçilərin verilişdə olmasın. Soruşdum, bəs mən? Cavabında dedi: “Sən də onların rəhbərisən”. Təsəvvür edin ki, məni öz zəhmətimlə hazırladığım verilişdən məni qovdular. Halbuki biz rəhbərliklə üç aylıq müqavilə imzalamışdıq.

- Hazırda nə işlə məşğulsan?

- В«XəzərВ»TV-yə çağırdılar. Ordan mənə dedilər ki, sənin işin ifanı göstərməkdir, bizim işimiz isə yayımlamaqdır. Sağ olsunlar, sözlərinin üstündə durdular. İnşallah, bir neçə layihələrlə tamaşaçılarımızın qarşısında gələcəyəm.

- Səni ən çox nə narahat edir?

- Haqsızlıq. Çünki hara müsahibə verirəmsə, Mikayıl gedib yazını çıxartdırır. Bu, nə qədər düzgündür, bilmirəm. Mən jurnalistlərimizə güvənirəm. Bundan sonra da yazılarım öz yerini tutacaq, haqqım tapdalandığına görə çox əsəbiləşirəm. Yazı çıxan kimi Mikayıl gündə mənə beş-altı dəfə zəng edir, “sən nə edirsən, rəhbərlik məni işdən çıxaracaq sənin üzündən”, deyir. İndi hər yerdə deyir ki, guya onu yuxarıdan tapşırıblar və mən Qiyas artıq heç kimə müsahibə verə bilməyəcəyəm. Əslində, mənim müsahibə verməyimin yeganə səbəbi odur ki, artıq son qoymaq istəyirəm bu məsələyə. Qoy məndən soruşmasınlar ki, niyə Mikayıl səni verilişdən uzaqlaşdırdı. Onsuz da baxımsız olub veriliş. Bir sənətkarı ki dörd dəfə efirə çağırırlar, o da efirdən deyir ki, adamı nə qədər çağırarlar verilişə, buna nə ad vermək olar? Siz deyin, bu nə qədər gülünc görsənir? Bu artıq rüsvayçılıqdır ki, bəzi müğənnilərin şəxsi həyatını Mikayıl ifrat dərəcədə gündəmə gətirir.

- Bundan sonra Mikayıl sənə yenidən dostluq əlini uzatsa, barışarsan?

- Heç vaxt barışmaram. Elə olub rastlaşmışam, heç salamını almamışam. Veriliş ona görə açılmamışdı, nə də o verilişin ağası idi ki, ansamblı uzaqlaşdırsın. Veriliş bağlanandan bir müddət sonra guya bizi barışdırdılar. Mikayıl yanıma gəlirdi, studiyada yeni planlar qururdu, yeni layihə açsın deyə gah В«LiderВ»ə, gah da В«XəzərВ»ə gedirdi. Amma heç nə alınmırdı. Axırda da В«SpaceВ» kanalında məni tərbiyəsiz bir insan kimi tanıtdırdı. İkinci dəfə В«Sevimli şouВ» açılanda mənə zəng edib dedi ki, səni qəbul etmirlər, başqa musiqiçilər olacaq. Məni yandıran odur ki, veriliş bir müddət fasiləyə çıxanda gündə məni axtarırdı, planlar qururduq. Veriliş açılanda mənə deyir ki, sən yoxsan. Verilişi böyüt, yola düzəl, onu başqası əlindən alıb aparsın. Nə isə, bütün bu olanlardan mənə dəstək olanların da xəbəri oldu. Həmin gün В«Ay işığıВ»nda yığışdıq. Qısaca olaraq Mikayıla dedilər ki, son sözün nədir, o da dedi ki, qərara almışam, o ansamblla işləməyəcəyəm. Mənə qarşı hörmətsizlik etdilər. Təbii ki, mən öz cavabımı verdim. Sonra da Mikayıla sərt cavab verdim. Əvvəllər bizim “kruqumuzda” özünü o qədər yaxşı eləmişdi ki, qərara almışdıq birlikdə “pradakşın” açaq. Elə də oldu. Dubaya gedib səsyazma avadanlıqları gətirdik. Məşq zalı, ofis, studiya açıldı. Amma o, nankor çıxdı mənə və yaxınlarıma qarşı.

- Sərt ittihamların səni yarıyolda qoymadı ki?

- Bəli, bunu normal qəbul edirəm. Mənim çıxışlarım, dikbaş çıxışlarım çoxunu qıcıqlandırırdı. Hətta Könül Kərimovanı da qıcıqlandırmışdı ki, o mənə söz atdı. Fikirləşmədi ki, mən istədiyim kimi onun cavabını verə bilərəm. Vaqif müəllimin adından Mikayıl çox danışırdı. Mənim Vaqif müəllimə böyük hörmətim var. İnşallah gec-tez qəbulunda olacağam və bütün olub-bitənləri ona çatdıracağam. Mənə qarşı çox haqsızlıqlar olub.

- Mikayıl В«VirtuozВ»dan sonra səninlə dostluq etməyə başladı?

- Hamı bilsin ki, Mikayıl В«VirtuozВ»da sms-ləri çox olan, pulu çox olan iştirakçılarla dostluq edirdi. Mən yalan danışa bilmərəm. Mənim dostlarım В«VirtuozВ» yarışmasından sonra Mikayıla dedilər ki, Qiyasa görə bu verilişi açırıq, sən də çalış, sənə də yaxşı olacaq. Bu minvalla В«VirtuozВ»dan sonra onunla münasibətimiz daha da sıxlaşdı. Bu sıxlıqdan istifadə edib bizim içimizə, süfrəmizin başına keçə bildi. Hər şeyi Allaha tapşırıram. Bundan sonra Mikayıl kimi insanları qabağıma çıxartmamasını istəyirəm. Belə insanlar adamı dar ayaqda qoyub qaçanlardır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru