Avropa Oyunlarından nə qədər qazandıq?
Tarix: 8-07-2015, 14:34 | Çap et
 “Beynəlxalq qiymətləndirilmələrdə ölkəyə gələn hər bir turist həftə ərzində 1000 dollar xərcləyirsə, Avropa Oyunlarında hesablamalarımıza görə hər bir turist həftə ərzində 2000 dollar xərcləyib”.
Bu barədə AzVision.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən ilk Avropa Oyunlarında iqtisadi gəlirlərin deyil, strateji gəlirlərin qiymətləndirilməsinə ehtiyac var. Çünki bu tip layihələrin cari faydalarından strateji faydaları çoxdur: “Starteji faydalılıq cari faydalılıqdan çox olur. Avropa Oyunlarının keçirilməsi üçün xərclənən vəsaitin 78% infrastrukturun formalarşdırılmasına xərclənib. Təbii ki, xərclərə və gəlirlərə strateji tərəfdən yanaşmaq laızmdır. Avropa Oyunları ilə bağlı xərcləmələr hansısa şarın, fişəngin alınması üçün çəkilən xərclər deyil. Buradakı xərclər daha çox infrastruktur xərcləri idi. Hansı ki, Avropa Oyunlarından sonra da həmin infrastrukturdan istifadə olunacaq.
“Bakı-2015”in Azərbaycanda keçirilməsi imkan verdi ki, növbəti illərdə Azərbaycan “Formula 1”, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çemionatının yarımfinal oyunlarını təşkil edə bilsin. Həmin infrastruktur imkan verəcək ki, çox cüzi xərclərlə kifayət qədər böyük və möhtəşəm yarışlar təşkil etmək olsun”.
İqtisadçı hesab edir ki, ölkənin rəqabət qabiliyyətinin tətbiq edilməsi, xaricdən daha çox sərmayənin cəlb edilməsi imkanlarının olması da I Avropa Oyunlarının iqtisadi strateji nəticələri kimi qiymətləndirilməlidir: “Ölkəyə gələn turistlərin sayı 28 mindən artıq olub. Beynəlxalq qiymətləndirilmələrdə ölkəyə gələn hər bir turist həftə ərzində 1000 dollar, Avropa Oyunları keçirilən ərəfədə isə hesablamalarımıza görə 2000 dollar xərcləyib. Nəzərə alsaq ki, onlar ölkəyə xarici valyuta gətiriblər, yalnız turistlərin ölkə iqtisadiyyatına yatırımı 60 milyon dollardan artıq olub.
Təbii ki, bu rəqəm yalnız otellərin, müxtəlif xidmətlərin istifadəsindən əldə olunub. Eyni zamanda hava nəqliyyatından istifadə ilə bağlı turistlərin xərclərini də bu gəlirlərin üstünə əlavə etmək olar. Onu da deyim ki, Avropa Oyunları ərəfəsində AZAL turistlər üçün ciddi güzəştlər təşkil etdiyindən turistlər yerli aviakampaniyanın xidmətlərindən istifadə edib. Yayım, reklamlardan, o cümlədən sponsurludan da gəlir əldə olunub ki, bu gəlirlər də cari gəlirlər kimi hesablanmalıdır. 17 gün ərzində əldə olunan cari gəlirləri qiymətləndirsək cari gəlirlərlə bağlı hədəflərə nail olmaq mümükün oldu”.
İqtisadi baxımdan xərcləri heç bir halda cari gəlirlərlə müqayisə etməyin doğru olmadığını deyən V. Bayramovun sözlərinə görə, sonrakı illərdə infrastrukturun gətirəcəyi gəlirləri nəzərə alsaq, o zaman Avropa Oyunları gəlirləri xərclərindən daha çox olan təşəbbüs kimi qiymətləndirilməlidir.
Ölkəyə qısa zaman kəsiyində çoxsaylı turistin gəlməsi ilə manatın kursunun sabitləşdiyini deyən iqtisadçı onu da qeyd edib ki, turist axını manata olan tələbatı artırdı:
“Dollar təklifinin çoxalması manata tələbatı artırıb. Ölkəyə daxil olan valyuta həcminin artması və ya qısa müddətdə daha çox turistlərin gəlməsi manatın stabilliyini artırıb. Azərbaycan turizm inkişafında maraqlı ölkədir. Avropa Oyunlarında hər bir turistin gələcəkdə digər turistlərin də ölkəyə gəlməsinə zəmin yaratdığını nəzərə alsaq əslində ölkəyə gələn turistlərin sayının artması manatın stabilliyi baxımından təqdirəlayiq hesab edilə bilər”.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov açıqlamasında bildirib ki, bilet satışı, sponsor və yayım hüquqlarından ümumilikdə təxminən 15-17 milyon vəsait toplanıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43 |
|
|
|
| • Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41 |
|
|
|
| • Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40 |
|
|
|
| • Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39 |
|
|
|
| • Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34 |
|
|
|
| • “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30 |
|
|
|
| • Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18 |
|
|
|
| • Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15 |
|
|
|
| • “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57 |
|
|
|
| • Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45 |
|
|
|
| • “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41 |
|
|
|
| • Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39 |
|
|
|
| • Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37 |
|
|
|
| • Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35 |
|
|
|
| • Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
| • “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33 |
|
|
|
| • Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30 |
|
|
|
| • Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
| • Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23 |
|
|
|
| • İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14 |
|
|
|
| • “FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10 |
|
|
|
| • Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02 |
|
|
|
| • Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53 |
|
|
|
| • “28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50 |
|
|
|
| • Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42 |
|
|
|
| • ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
| • Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05 |
|
|
|
| • Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04 |
|
|
|
| • Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01 |
|
|
|
| • Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39 |
|
|
|
| • Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35 |
|
|
|
| • Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08 |
|
|
|
| • Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05 |
|
|
|
| • AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
| • Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48 |
|
|
|
| • DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36 |
|
|
|
| • Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30 |
|
|
|
| • Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18 |
|
|
|
| • Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46 |
|
|
|
| • Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40 |
|
|
|
| • Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36 |
|
|
|
| • "Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22 |
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
|