Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                     Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur .....                     Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb .....                 

"Azərkörpü" şefinin "dollar imperiyası"
Tarix: 30-10-2014, 10:04 | Çap et
"Azərkörpü" şefinin "dollar imperiyası"
Artıq bir neçə ildir respublikamızın paytaxtında və digər şəhərlərində tikinti işləri geniş vüsət aldığından bu sahədə fəaliyyət göstərən şirkətlərin də sayında əhəmiyyətli dərəcədə artım mövcuddur. Amma təəssüf ki, bir sıra irihəcmli inşaat işlərində iştirak edən böyük tikinti şirkətlərinin bir neçəsi fəaliyyətlərini qanunlara uyğun qursalar da, bəzilərində xoşagəlməz işlər cərəyan edir. Belə açıq səhmdar cəmiyyətlərindən biri də "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətidir (ASC).

Mənfi halların və problemlərin mövcudluğu ilə seçilən açıq səhmdar cəmiyyət fəaliyyətinə hələ sovet dövründə, ötən əsrin 60-cı illərində qoyulub. Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış "Körpütikintidəstəsi-100" kimi başlayan şirkət 13 il bundan əvvəl keçirilmiş özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusuna sahib olub.

Hal-hazırda körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin inşası, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşan "Azərkörpü"nun personalı 3000 nəfərdən artıqdır. Açıq Səhmdar Cəmiyyətin Dünya Bankı, Avropa Bərpa və İnkişaf Bankı, Avropa Komissiyası, İslam İnkişaf Bankı və "TACİS" proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində iştirak edən şirkətin öz fəaliyyətində bir sıra qanun pozuntularına yol verdiyi bildirilir. Qeyd olunur ki, şirkətin personalı əslində 3000 yox, bundan da artıqdır. Deyilənə görə, şirkətin bir sıra strukturları vergi məsələləri ilə əlaqədar olaraq işçilərin sayını gizlədirlər. Bütün bunların isə "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinin vergidən yayınması üçün həyata keçirildiyi vurğulanır. Hələ bu harasıdır, deyilənə görə, şirkətdə üç maaş cədvəli mövcuddur. Həmin cədvəllərin hərəsinə ayrı-ayrı məbləğlər yazılır. Halbuki əməkdaşların aldığı əmək haqqı ilə cədvəldəki rəqəmlər üst-üstə düşmür. Beləcə, Manaf Şirinovun təşəbbüsü ilə vergidən yayınma hallarına yol verilir.

Yüksək vəzifəli məmurlardan birinin xüsusi göstərişi ilə hazırda ölkə ərazisində, eləcə də bəzi xarici dövlətlərdə aparılan körpü, yol, energetika obyektlərinin inşası işlərini inhisara almış "Azərkörpü"nun rəhbərliyində təmsil olunan bəzi şəxslərin bəzi qaranlıq məsələlərə imza atdığı deyilir. Sədr Əfəndi İsmiyevin müavini vəzifəsinin səlahiyyətlərini həyata keçirən icraçı direktor Manaf Şirinovun adı bir sıra qanunsuz işlərdə hallandırılır. Bildirilir ki, icraçı direktor burda çalışan işçilərə aşağılayıcı münasibət sərgiləyərək bəzi hallarda onların hüquqlarını tapdalayır. Sədr müavininin qanunlara qətiyyən əməl etməməsi şirkətin fəaliyyətindəki nöqsanların bitib-tükənməməsinə əyani sübutdur. Qeyd edək ki, əmək qanunvericiliyində işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsi vacibliyi şirkət rəhbərliyi üçün qanuni öhdəlik kimi təsbit olunub. Lakin buna baxmayaraq, "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətində işləyən fəhlələr isə Allahın ümidinə qalıblar. Şirkət rəhbərliyinin fəhlələri təhlükəsizlik qaydalarına əməl etmədən işlətdiyi vurğulanır. Habelə texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərinə, normaları və standartları sisteminə əməl edilməsinin əmək müqavilələrində nəzərdə tutulmasına baxmayaraq, Manaf Şirinovun qanunun bu tələblərini pozaraq işçilərin həyatını riskə atdığı deyilir. Bütün bunlar onu göstərir ki, "Azərkörpü" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavinin vəzifəsinin səlahiyyətlərini həyata keçirən icraçı direktor qanunları saya salmır. Manaf Şirinovun icraçı direktor səlahiyyətlərindən sui-istifadə edərək işçiləri iş vaxtından artıq işlədərək, fəhlələri əməlli-başlı istismar etməsi onun özbaşınalıqlarının sərhəd tanımadığını göstərir. Qüvvədə olan qanunvericiliyə görə, gündəlik normal iş vaxtı müddəti 8 saat, gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtı müddəti isə 40 saatdan artıq müəyyən olmamalıdır. Nəzərdə tutulmuş zaman müddətindən artıq iş saatlarının qanunvericilik tərəfindən qadağan edilməsi bilavasitə işçinin sağlamlığının mühafizəsinə xidmət edir. Bütün bunlarla yanaşı, əmək qanunvericiliyinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən olunur. Ancaq istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edə bilər. Halbuki açıq səhmdar cəmiyyətin sədr müavini tabeliyində işçiləri hər gün 14-15 saat işləməyə məcbur edir. Onun işçilərə qarşı aqressiv münasibəti, həm də bir sıra qanunlara qarşı sayğısızlığı sədr müavininin ölkə qanunlarına riayət etmədiyini, qüvvədə olan qanunvericilik aktlarının onun üçün o qədər də ciddi anlam kəsb etmədiyini düşünməyə əsas verir. Deyilənə görə, bu yaxınlarda qeyd etdiyimiz Ramazan Bayramında Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində qeyri-iş günü tətbiq olunsa da, açıq səhmdar cəmiyyətinin icraçı direktoru buna məhəl qoymayıb. Bildirilir ki, hətta bayram günü icraçı direktorun göstərişi ilə "Azərkörpü"nün bir sıra yerlərdə inşa etdiyi obyektdə iş davam edib. Bütün bunlar bir yana, həmişə olduğu kimi, bayram günündə də inşaat işləri zamanı heç bir təhlükəsizlik qaydalarına əməl olunmayıb.

Hələ biz kağız üstə adı olub, lakin özü olmayan körpüləri, yolları demirik. Bildirilir ki, bu işlərdən səhmdar cəmiyyət rəhbərinin də xəbəri var. Lakin Əfəndi İsmiyev onun işlərini qabağa aparan tabeliyindəki şəxsin özbaşınalıqlarına göz yumur. Əldə etdiyimiz yeni məlumatlarda vurğulanır ki, Manaf Şirinov tərəfindən təyinatdan kənar işlərdə sərf olunan "Robbins Shiedd TBMEPB", "Teconicsa", "Mercedes", "Bomag", "Atlas-Copco" texnikaları şirkət rəhbərliyinə əlavə gəlirlər bəxş edir. Bu səbəbdən də o, hal-hazırda bir sıra villalara sahib ola bilib. Manaf Şirinovun rəhbərliyində təmsil olunduğu şirkətdən əlavə başqa obyektlərə də sahib olduğu bildirilir. Vurğulanır ki, "Azərkörpü" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavinin vəzifəsinin səlahiyyətlərini həyata keçirən icraçı direktor bu şirkətdə əldə etdiyi külli miqdarda qeyri-leqal gəlirlərlə kənar yerlərdə bir neçə əlavə obyekt də tikdirib. Ki, nə vaxtsa açıq səhmdar cəmiyyətindən uzaqlaşsa, həmin obyektlərdən əldə etdiyi gündəlik gəlirlər onun itkilərini kompensasiya etsin. Qəzetimizə daxil olan xəbərlərdə Manaf Şirinovun paytaxtın bir sıra qəsəbələrində 8 obyektinin fəaliyyət göstərdiyi, icraçı direktorun özünə "dollar" imperiyası qurduğu deyilir. Həmin obyektlər Zabrat, Novxanı, Maştağa və Pirşağı qəsəbələrində, habelə 4 obyekt isə paytaxtın mərkəzi yerlərində fəaliyyət göstərirlər. Bildirilir ki, həmin biznes strukturlarına nəzarəti Manaf Şirinovun yaxınları həyata keçirir.
\\ gundelik-baki \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru