Fransanın strateji bombardmançı təyyarələrinin öz ərazilərində yerləşdirilməsinə razılıq verən istənilən Avropa ölkəsi münaqişə baş verərsə, Rusiya zərbələrinin hədəfinə çevriləcək.
Axar.az xəbər ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Aydındır ki, böyük bir münaqişə baş verərsə, prioritet hədəflərin siyahısının yenilənməsi kontekstində hərbçilərimiz bu məsələyə diqqət yetirməli olacaqlar.
Nəticədə, Fransa müttəfiqlərinin müdafiəsini gücləndirdiyini bəyan etməsi əvəzinə, əslində bu ölkələrin təhlükəsizliyi zəifləyir", - Qruşko bildirib.
Qeyd edək ki, Prezident Emmanuel Makron ölkənin nüvə arsenalını genişləndirmək planlarını açıqlayıb və Fransanın nüvə silahı daşıya bilən təyyarələrinin tərəfdaş ölkələrin ( Birləşmiş Krallıq, Almaniya, Polşa, Hollandiya, Belçika, Yunanıstan, İsveç və Danimarka) ərazilərində yerləşdirilə biləcəyini istisna etməmişdi.









