“Bu xəbərin kim tərəfindən yayıldığını bilmirik, lakin Vado müəllim hazırda iş başındadır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Space” telekanalının adının açıqlanmasını istəməyən əməkdaşı bildirib.
O, telekanalın baş direktoru Vado Korovinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Telekanalın digər əməkdaşları da sözügedən xəbəri yalnız saytlardan oxuduqlarını qeyd ediblər.










