Azərbaycanın Dövlət Turizm Agentliyi Kəlbəcər rayonunda yaradılması planlaşdırılan Dağ Turizm Mərkəzi ilə bağlı layihənin icrasını davam etdirir.
"DİA-AZ" xəbər verir ki, qurum tərəfindən İspaniyanın Neugest 1957 SLU şirkətindən Kəlbəcər Dağ Turizm Mərkəzinin yaradılması üzrə baş planın hazırlanmasının ikinci mərhələsi (2-ci faza) üçün xidmətlər satın alınıb.
Satınalma müqaviləsinin dəyəri 247 468.65 manat təşkil edir.










