Putin niyə daha öncə Əliyevin tələblərini qəbul etmirdi? .....                     Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur .....                     Bərdə təhsil sektoruna yeni TƏYİNAT .....                     Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi .....                     Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi! .....                     SSRİ-yə görə yaradılan silah Rusiyaya çevrilir .....                     ABŞ Senatı 2026-cı ilin hərbi xərclərini 925 milyard dollar məbləğində təsdiq edib .....                     Paşinyanın impiçmenti seçki prosesini tezləşdirə bilər .....                     Koçaryanın revanş arzuları... .....                     "Onlar dərin düşünmək, dərin mahnılara qulaq asmaq istəmirlər" .....                     Prezidentlərin görüşündən sonra atılacaq ilk addım... .....                     "İki qonşu dövlətin münasibətlərində belə bir vəziyyətin olması anormal görünür" .....                     İsrail hökuməti Qəzzadkı bütün girovların qaytarılması planını təsdiqləyib .....                     Milli Arxiv İdarəsi 500 minlik inventar alır .....                     "Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? .....                     "Azərikard"dan açıqlama .....                     Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir .....                     Nasim Abışov vəzifəsindən azad edilib .....                     Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar .....                     Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib .....                     Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA .....                     Putin dedi: İNANAQMI? .....                     Sizin bu məsələyə diqqətiniz sayəsində... .....                     “Paşinyan gündə 3-4 dəfə fikrini dəyişir” .....                     Buna Əliyevin sayəsində nail olduq .....                     Mbappe Azərbaycanla matçda oynayacaq? .....                     Əliyev -Putin görüşü münasibətlərin sınaq nöqtəsidir .....                     Təslimiyyətin əleyhinə: .....                     “Kəramət birinci deyildi, axırıncı da deyil” .....                     Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib .....                     Əsgərovun kürəkəni Londondakı şirkətini satıb .....                     Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı .....                     Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb .....                     Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik .....                     Xalq artisti Əminə Yusifqızı vəfat edib .....                     Ermənistan və Türkiyə şirkəti arasında razılaşma əldə edildi .....                     Gənclər və İdman Nazirliyində qalmaqal .....                     “Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” .....                     “QHT işi” üzrə daha bir məhkəmə başlayıb .....                     Mədəniyyət Nazirliyində korrupsiya .....                 

Təslimiyyətin əleyhinə: - Tehran rejimi müharibə istəyir
Tarix: Dünən, 16:42 | Çap et

İranlılar ciddi şəkildə gözləyirlər ki, oktyabrda və ya ən azı Yeni İl öncəsi İsrail ABŞ-ın dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa edəcək. Rejimin Ali Rəhbəri Ayətullah Əli Xamenei yerin dərinliklərində gizlənir, məlum olmayan yerdə və qeyri-müəyyən vaxtda nadir çıxışlar edir. Silahlı qüvvələrin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün yüksək rütbəli komandirləri də evdə uzun müddət qalmaqdan çəkinərək və hər gecə yataq otaqlarını dəyişdirərək gizlənirlər. Rəsmilərin və siyasətçilərin ictimai bəyanatları onların istənilən hücumu dəf etməyə hazır olduqları barədə döyüşkən bəyanatlarla doludur...

İyun ayında 12 gün ərzində ölkənin hərbi kompleksinin demək olar ki, bütün üst hissəsini məhv edən, hava hücumundan müdafiə sistemini və raket proqramının əhəmiyyətli bir hissəsini zərərsizləşdirən İsrail hava hücumlarına bənzər bir zərbə gözləntiləri hər gün və hər saat hiss olunur.

Hücum üçün rəsmi bəhanə mövcuddur. İslam Respublikası BMT Təhlükəsizlik Şurasının altı qətnaməsinə məhəl qoymayaraq, atom bombası yaratmaq məqsədi daşıyan nüvə proqramını məhdudlaşdırmaq üzrə öhdəliklərini pozub. Sentyabrın 28-dən etibarən İran iqtisadiyyatının çökməsinə səbəb ola biləcək sanksiyaların tam silsiləsi bərpa edilib. Su, elektrik və qaz təchizatında fasilələr artır, inflyasiya artıq tüğyan edir və milli valyuta zəifləyir: ABŞ dolları hazırda bir milyon rialdan baha satılır.

İqtisadi sanksiyalarla yanaşı, bəzi iranlı politoloqlar və analitiklər hesab edirlər ki, Təhlükəsizlik Şurası məsələn, 2011-ci ildə Liviyada olduğu kimi, başqa cür etmək mümkün olmadıqda, beynəlxalq sülhün və təhlükəsizliyin güc yolu ilə qorunub saxlanmasını və ya bərpasını şərtləndirən BMT Nizamnaməsinin VII fəsli əsasında bu ölkəyə qarşı beynəlxalq hərbi əməliyyatları artıq faktiki olaraq sanksiyalaşdırıb.

Bu, o demək deyil ki, İran siyasi isteblişmenti fəlakətli inkişafın qarşısını almaq üçün cəhd göstərməyib. “İslahatçı” qruplar Xameneini ölkənin kursunu kökündən dəyişməyə –rejimin bütün siyasi sisteminin dağılmasının qarşısını almağa inandırmağa ümid edirdilər. Buna nail olmaq üçün Ali Rəhbər Qərb şərtləri ilə razılaşmalı idi: nüvə və raket proqramlarını ləğv etmək, bütün Yaxın Şərqdə terror təşkilatlarına sponsorluq etməyi dayandırmaq, müxalifətin sıxışdırılmasına son qoymaq, televiziyaların müstəqilliyinin önünü açmaq, siyasi məhbusları azad etmək, SEPAH-ın ölkənin iqtisadi və mədəni siyasətinə təsirinin qarşısını almaq və s.

Tezliklə məlum oldu ki, Xamenei belə bir təslimiyyətin qəti əleyhinədir. İran siyasətindəki dəyişikliklərlə böhranın müharibəsiz həllinə dair gözləntilər puça çıxdı. Bir müddət İran rejiminin daxili çəkişmələrlə daxildən sarsıdılacağına ümid var idi. Amma islamçılar repressiya yolu ilə güclərini möhkəmləndirməyə başladılar. Xarici müxalifət nümayəndələrinə görə, İranda ilin əvvəlindən bəri ən azı min adam edam edilib, qurbanların əhəmiyyətli bir hissəsi siyasi səbəblərə görə asılıb.

Rejimi zəiflətmək üçün son, ölməkdə olan ümid ölkənin aparıcı simalarının xaricə qaçması idi. Hazırda Rusiya, Tacikistan, BƏƏ və digər ölkələrə gizli xüsusi reyslərlə məmur və generalların ailələrinin və əmlakının köçürülməsi ilə bağlı xəbərlər getdikcə artır. Lakin bu tendensiya geniş yayılmayıb.

Müşahidəçilər 1979-cu ildə Ayətullah Xomeyni tərəfindən qurulan rejimin süqutunun qaçılmaz olduğuna getdikcə əmin olurlar. İran hakimiyyəti açıq şəkildə israillilərə növbəti hücumlar üçün bəhanə verir. Nüvə proqramı obyektlərinin yenidən qurulmasına başlanılıb. Parçin və Şahruddakı bərk raket yanacağı zavodlarında təmir işləri aparılır. Semnan poliqonunda qitələrarası raketin sınaq buraxılışı elan edilib.

İsrail uzun müddətdir ki, bu cür hərəkətlərə hərbi yolla cavab verəcəyini vəd edib. Bu dəfə hücumda bəyan edilən məqsəd İran hərbçilərinə zərər vurmaq deyil, İslam Respublikası rejimini aradan qaldırmaqdır.

Nə Tehranın opponentləri, nə də Tehranın özündə kritik vəziyyətdən başqa çıxış yolu görünmür.

Müəllif: Mixail Krutixin – Rusiyalı şərqşünas, tarix üzrə fəlsəfə doktoru.

Mənbə: “The Moscow Times”

Tərcümə AYNA.AZ-a məxsusdur.

Müəllif: Ayna.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin niyə daha öncə Əliyevin tələblərini qəbul etmirdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:02
Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR
Bu gün, 07:00
Bərdə təhsil sektoruna yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 06:47
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi - AÇIQLAMA
Bu gün, 06:45
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!
Bu gün, 06:43
SSRİ-yə görə yaradılan silah Rusiyaya çevrilir – Kremli qorxudan həmlə
Bu gün, 06:36
ABŞ Senatı 2026-cı ilin hərbi xərclərini 925 milyard dollar məbləğində təsdiq edib - KİV
Bu gün, 06:34
Paşinyanın impiçmenti seçki prosesini tezləşdirə bilər - Görünəni odur ki...
Bu gün, 06:33
Koçaryanın revanş arzuları... – Azərbaycan güc tətbiq edə bilər
Bu gün, 06:31
"Onlar dərin düşünmək, dərin mahnılara qulaq asmaq istəmirlər" - ETİRAZ
Bu gün, 06:27
Prezidentlərin görüşündən sonra atılacaq ilk addım... - Arkovdan mühüm açıqlama
Bu gün, 06:24
"İki qonşu dövlətin münasibətlərində belə bir vəziyyətin olması anormal görünür" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:22
İsrail hökuməti Qəzzadkı bütün girovların qaytarılması planını təsdiqləyib - BƏYANAT
Bu gün, 06:17
Milli Arxiv İdarəsi 500 minlik inventar alır – Xidməti Hacı Ramazan Mirzəyevə məxsus olduğu bildirilən şirkət göstərəcək
Dünən, 18:02
"Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? - Alıcılar şikayət etdilər, agentlik araşdırmaya başladı
Dünən, 17:58
"Azərikard"dan açıqlama
Dünən, 17:47
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir - KİV
Dünən, 17:44
Nasim Abışov vəzifəsindən azad edilib - ƏMR
Dünən, 17:42
Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar – Sürprizə imkan verilmədi
Dünən, 17:37
Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib
Dünən, 17:34
Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA - AKTUAL
Dünən, 17:05
Putin dedi: İNANAQMI? - Hər halda, dövlətdir... dövlətik...
Dünən, 17:02
Sizin bu məsələyə diqqətiniz sayəsində... - Putindən Əliyevə
Dünən, 16:59
“Paşinyan gündə 3-4 dəfə fikrini dəyişir” - AKTUAL
Dünən, 16:56
Buna Əliyevin sayəsində nail olduq - Putin
Dünən, 16:51
Mbappe Azərbaycanla matçda oynayacaq? - Deşam
Dünən, 16:49
Əliyev -Putin görüşü münasibətlərin sınaq nöqtəsidir - Görünəni odur ki...
Dünən, 16:47
Təslimiyyətin əleyhinə: - Tehran rejimi müharibə istəyir
Dünən, 16:42
“Kəramət birinci deyildi, axırıncı da deyil” – Tural Abbaslı
Dünən, 16:40
Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib - DETALLAR
Dünən, 16:05
Əsgərovun kürəkəni Londondakı şirkətini satıb – Qızının da şirkəti bağlanıb
Dünən, 16:03
Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı - RƏSMİ RİYAKARLIQ...
Dünən, 15:53
Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb
Dünən, 15:42
Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik – Avatkov
Dünən, 14:57
Xalq artisti Əminə Yusifqızı vəfat edib - İTKİMİZ VAR...
Dünən, 14:53
Ermənistan və Türkiyə şirkəti arasında razılaşma əldə edildi - KİV
Dünən, 13:13
Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Dünən, 13:05
“Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” -HƏRBİ EKSPERT
Dünən, 13:01
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb - TƏFƏRRÜAT
Dünən, 12:59
Mədəniyyət Nazirliyində korrupsiya - RƏSMİ İFŞA!
Dünən, 12:55
"Universitetlərin başı biznesə qarışıb..." – REYTİNQ SAXTAKARLIĞI AÇIQLANDI
Dünən, 12:47
Bakıda 2 nəfəri aldadıb 10 mindən çox pulunu alan tutuldu
Dünən, 12:43
Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi - Qalmaqal başladı
Dünən, 12:36
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
Dünən, 12:32
“Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” - azərbaycanlı müğənni illər sonra ETİRAF ETDİ
Dünən, 12:12
Hansı rayonda insanlar banklara nə qədər əmanət qoyub? - SİYAHI
Dünən, 12:08
Neft Fondu xaricə yatırımları niyə artırır? – SƏBƏBLƏR
Dünən, 12:01
Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… – Sərt sözlər
Dünən, 11:57
Ermənistan ya məhv olacaq, ya... - Vigen Avetis
Dünən, 11:48
"Bir mahnı oxudum, özümə maşın aldım"
Dünən, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru