Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb .....                     Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib .....                     Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                 

Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Tarix: Bu gün, 16:40 | Çap et

Salyan rayonunda 1996-cı il təvəllüdlü Fərman həyat yoldaşı ilə münasibətdə olan həmkəndlisi Elnuru (adlar şərti verilib – red.) bıçaqlayıb.

Salyan rayon sakini Fərman arvadı Almaz ilə həmkəndlisi Elnurun arasında yaxın münasibətin olmasından şübhələnib.

O, 28 oktyabr 2024-cü ildə, saat 16:30-da Salyan şəhərində yerləşən çay evinin yaxınlığında Elnurun işlədiyi avtomobil təmiri sexinə gəlib. Orada Elnurun arvadı ilə yaxın münasibət saxlamasına görə aralarında qısqanclıq zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Fərman üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Elnurun qarın nahiyəsinə bir bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Evin pəncərəsinə işıq salındı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Bakı şəhərində 20-ci sahə deyilən ərazidə kirayədə qalıb: “Almaz ilə evləndikdən sonra kəndə köçdük. Kənddə yaşadığımız müddətdə arvadım Almazın mənə xəyanət etməsindən şübhələnməyə başladım. Aramızda sözlü mübahisələr oldu. Yaşadığımız evin pəncərəsinə işıq salındı, damına xırda qırmızı kərpic qırıntıları atıldı. Dama çıxaraq həmin qırıntıları şəxsən görmüşəm. Bu problemlərdən uzaqlaşmaq üçün Bakıya köçdüm və bir müddət də orada yaşadım. Arvadımın mənə kənddəki qonşumuz Elnurla xəyanət etməsindən şübhələndim. Çünki evimizin arxasında olan toyuq hininin qapısı açıldıqdan sonra bütün bu proseslər baş verdi”.

“Həyətdə bir nəfərin hərəkət etdiyini görmüşəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa, gecələr pəncərədən taqqıltı gəlib: “Buna görə də çölə baxmışam, gözləmişəm. Lakin kimisə görməmişəm. Bir qədər səs-küy eləmişəm. Həyətdə bir nəfərin hərəkət etməsini görsəm də, pəncərə xrustal olduğundan şəxsin kimliyini müəyyən edə bilməmişəm. Elnur evində tək yaşayıb, arvadı rayonda qalıb. Arada gələrək təsərrüfatını yerbəyer edərək gedib. Almaz ilə son dəfə mübahisə zamanı onu tənbeh elədim. Ona bir şillə vurdum. Sonra da babam Mahmuda zəng vurdum, arvadımı anasıgilə aparmalarını bildirdim. Özüm isə gedərək Elnurla söhbət etmək niyyətində olmuşam. Almaz babasıgillə getdikdən sonra özüm də oraya getdim. Almazdan mobil telefonunu baxmaq üçün istədim. Lakin Almaz ünvanıma nalayiq ifadə işlədərək telefonu vermək istəmədi”.

“Mənə kişiliyimin çatmadığını bildirdi”

Fərmanın ifadəsinə görə, həmin vaxt mətbəxdən bıçağı götürüb Almaza onu vuracağını deyib: “Almaz ilə aramızda dəfələrlə belə hadisə olub. Bu mövzuda mübahisə etmişik, bir-birimizə qarşı nalayiq ifadələr işlətmişik. Almaz mənə kişiliyimin çatmadığını, həyətimə girən şəxsi belə vura bilmədiyimi bildirdi. Mən də bundan əsəbləşdim və bıçağın ucu ilə onun qoluna xəsarət yetirdim. Sonra bıçağı yerə atdım və öz evimə getdim. Bundan sonra qonşum Elnuru çağırdım. Cavab verən olmadığı üçün onun iş yerinə getdim. Elnuru vurmaq niyyətim olmayıb. Söhbət edərək başa salmaq istəmişəm. Çünki yetimliklə böyümüşəm və əzab-əziyyətlə ailə sahibi olmuşam. Həmin vaxt Elnur mənə qarşı pis söyüş söydü. Eyni qaydada, yəni bıçağın ucu ilə onun qarın nahiyəsinə xəsarət yetirdim. Elnura xəsarət yetirdiyim bıçaq başqa bıçaq olub. Bundan sonra polis şöbəsinə getdim və könüllü təslim oldum”.

“Ürəyim ilə bacarmamışam”

Təqsirləndirilən şəxs bildirib ki, ki, 2013-2014-cü illərdə psixoloji müalicə alıb, siqaretlə özünə xəsarət yetirdiyi üçün hərbi xidmətdə olmayıb: “On altı ildir ki, elektrik işləyirəm. Almazla xadimə işləyəndə tanış olmuşam. Biz nişanlanmışıq və qanuni nikahımız var. Almaz Bakı şəhərində “28 May” ərazisində yerləşən Çin səfirliyinin yaxınlığında yaşayıb. Atam rəhmətə gedib, anam isə ikinci dəfə ailə həyatı qurub. Yaşadığımız ev anamın adına olub. Hadisəyə qədər altı ay idi ki, Almaz ilə evli idik. Bu müddət ərzində Almazla aramızda qısqanclıq zəminində mübahisələrimiz olub. Ona dəfələrlə iradımı bildirmişəm, onu anasıgilə aparmışam. Sonra ürəyim ilə bacarmamışam və onu geri qaytarmışam. Almazın da valideynləri var. Almaz əvvəllər sərbəst yaşayan adam olub, ailəli olmayıb. İlk dəfə mənimlə ailə həyatı qurub. Evdə Almaz ilə özümdən əlavə başqa kimsə yaşamayıb”.

“Bıçaqla vuranda kimsə görməyib”

Fərmanın ifadəsinə görə, evləndikdən iki-üç ay sonra Almazın ona xəyanət etməsindən şübhələnməyə başlayıb: “Bir gün guya işə gedirmiş kimi davrandım. Evin zirzəmisində gizləndim. Həmin vaxt qonşum Elnur həyətimizə girərək arvadım Almazı çağırdı. Bu zaman çölə çıxdım. Lakin mənə belə bir şeyin olmadığı bildirildi. Almaza məxsus telefonda Elnurla onun səsini qeydə almışam. Lakin telefon format olunduğu üçün səslər silinib. Elnurdan Almaza telefon vasitəsilə mesaj gəldiyini görməmişəm. Əvvəllər evdə olmayanda Elnur həyətimizə girib. Buna səbəb də toyuq-cücəsinin mənim həyətimə daxil olması olub. Həmin vaxtlar söyüş də söymüşəm, Elnura öz iradımı bildirmişəm. Evdə olmayanda həyətimizə daxil olmamağı tapşırmışam. Əvvəldən Elnuru vurmaq niyyətim olsaydı, həyətimizdə görəndə vurardım. Elnuru bıçaqla vuranda kimsə görməyib. Bıçağı da polisə özüm təqdim etmişəm”.

“Fəhlə işləyirəm”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elnurun sözlərinə görə, Fərmanla uzun illərdir qonşudur, aralarında normal münasibətləri olub: “Salyan rayonunun kəndində ailə üzvlərim ilə birlikdə yaşayıram. Gündüz vaxtı Salyan şəhərində yerləşən maşın təmiri sexində qaynatam Vəfadar ilə birlikdə motorist, gecə vaxtı isə şirkətlərdən birində fəhlə işləyirəm. İyirmi ilə yaxın kənddəki evimdə yaşamamışam. Evdə olmayanda Fərmangil evimə baxıblar”.

Elnur qeyd edib ki, təxminən 2024-cü ilin iyul ayında, saat 22:30-da ailəsi ilə birlikdə öz həyətində olub: “Bu zaman Fərman onlarla bizim həyətimizin arasında olan çəpərdən boylanaraq “həyətimdə neyniyirsən?” dedi. Niyə belə dediyini öyrənmək üçün Fərmanı yanıma çağırdım. Fərman isə qaçaraq getdi. Bu hadisədən sonra Fərmanla aramızda heç bir mübahisə olmadı”.

“Qapıların bağlı olduğunu söylədim”

Zərərçəkmiş şəxsin sözlərinə görə, 28 oktyabr 2024-cü ildə həmişəki kimi sexdə olub: “Həmin vaxt saat 16:30-da Fərman sexə gəldi və sexin içərisində mənə həyətimdə uşaqların olduğunu dedi. Fərmana həyətində heç kimin olmadığını və qapıların bağlı olduğunu söylədim. Mənim övladlarım Bakı şəhərində ali təhsil alır, arvadım da övladlarımın yanında olub. Fərman təkidlə uşaqların həyətimdə ora-bura qaçdıqlarını dedi. Mən isə belə bir şeyin mümkün olmadığını bildirdim. Fərman yəqin özünün səhv etdiyini dedi. Yarım saata yaxın söhbət etdik. Daha sonra Fərman məndən getməsi üçün pul istədi. Mən də içəridən pul götürərək ona vermək istədim. Bu zaman Fərman bıçaqla qarın nahiyəmə bir zərbə vurdu və oradan qaçdı. Fərmanın arxasınca sexdən küçəyə çıxdım və təcili tibbi yardıma zəng etdim. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım gəldi və məni Salyan Rayon Mərkəzi Xəstəxanasına apardılar”.

“Deyirdi ki, guya arvadı ilə əlaqəm var”

Zərərçəkmiş bildirib ki, əvvəllər Salyan şəhərində kirayədə yaşayıb: “Son üç-dörd il idi ki, Fərmangilin qonşuluğundakı evimə qayıtmışdım. Fərmanı yaxşı insan kimi tanımışam. Onun mənə qarşı əvvəllər heç bir qüsuru olmayıb. Fərmanla aramızda olan söz-söhbət barədə ailəsinə və onun yaxınlarına məlumat vermişəm. Fərmanın qonşular arasında arvadı ilə münasibətimin olması barədə niyə məhz məndən şübhələndiyini bilmirəm. Onun arvadı ilə heç bir əlaqəm, telefon danışığım olmayıb. Arvadı məndən nəsə istəməyib. Fərman deyirdi ki, guya onun həyətinə daş atıram, həyətinə girirəm və arvadı ilə əlaqəm var. Arvadı Almazı kəndə gəldiyi gündən tanımamışam. Mübahisə zamanı Fərmana əqli geriliyi olması barədə deməmişəm”.

“Qulağına səs gəldiyini bilirdim”

Şahid qismində ifadə verən Almazın sözlərinə görə, rəsmi nikahda olduğu Fərman ilə Salyan rayonunun kəndində birlikdə yaşayıb: “Nikahda olduğumuz müddətdə hərdən aramızda mübahisə olub. Fərman ünvanıma nalayiq ifadələr işlədib. Fərman məni evlərinin arxa tərəfində qonşuluqda yaşayan Elnurla münasibət saxlamaqda günahlandırıb. Elnur da daxil olmaqla heç bir qonşusunu tanımıram. Fərmana Elnuru tanımadığımı və onunla heç bir münasibətimin olmadığını desəm də, Fərman mənə inanmayıb. Həqiqəti danışmadığımı iddia edib. Aramızda bu mövzuda bir neçə dəfə mübahisə olub. Sonradan bilmişəm ki, bizimlə qonşuluqda yaşayan Elnur öz həyətinin bizim evimizə tərəf hissəsində damda qaz saxlayır. Fərman gecə vaxtı qazların səsini eşidəndə üstümə qışqırıb, Elnurun gəldiyini deyib. Dərhal yerindən qalxaraq o tərəf-bu tərəfə gedərək kimisə axtarıb. Səhərə kimi oyaq qalıb. Həqiqətdə isə heç kim gəlmirdi, sadəcə Fərmanın qulağına səs gəlirdi”.

“Qəfildən sifətimə şillə vurdu, kiminsə məni çağırdığını dedi”

Almaz qeyd edib ki, əvvəllər belə hallar gec-gec baş verib: “Son zamanlar isə Fərmanın hərəkətlərində belə hallar, yəni anormallıqlar bir qədər çoxalıb. Bundan başqa qalan vaxtlarda Fərmanla aramızda heç bir problem olmayıb. Fərman mənə diqqət və qayğı göstərib, məni incitməyib. Hadisə baş verən gün, yəni oktyabrın 28-də, gecə saat 03:00-da yatdığımız yerdə Fərman qəfildən sifətimə şillə vurdu, kiminsə məni çağırdığını dedi. Nə baş verdiyini anlamadım. Sonra Fərman mənə sakit qalmağımı tapşırdı. Bir qədər sakit qaldıqdan sonra Fərmana heç bir səs gəlmədiyini dedim. Fərman isə mənə inanmayaraq səs gəldiyini və kiminsə məni çağırdığını təkrar söylədi. Fərmanın əqli geriliyi olduğu üçün belə səslər eşitdiyini anladım. Ona görə də dediklərinə əhəmiyyət vermədim. Lakin Fərman oyandıqdan sonra yatmadı, səhərə kimi oyaq qaldı. Bir yerdə dayanmadı, həyətə düşərək evin o tərəf, bu tərəfinə baxaraq kimisə axtardı. Lakin heç kimi tapa bilmədi”.

“Narahat olduğunu dedi”

Almaz qeyd edib ki, daha sonra Fərman həmin gün onun mobil telefonunu əlindən alıb və telefonda Elnurla onun səsini qeydə aldığını bildirib: “Telefonu bir qədər qarışdırdıqdan sonra heç nə tapa bilmədi. Mənə həmin səsyazısını sildiyimi dedi. Fərman mobil telefonu qaytardıqdan sonra telefonda səs qeydinin olub-olmadığına baxdım. Lakin heç bir səs qeydi aşkar etmədim. Səhər açılsa da, Fərman sakitləşmədi. Mənə Elnurla münasibət saxladığımı bildiyini dedi. Nə qədər çalışsam da, Fərmana belə bir şeyin olmadığını inandıra bilmədim. Fərman mənimlə yaşamaq istəmədiyini dedi. Sonra öz babası Mahmuda zəng etdi və bizə gələrək məni aparmalarını dedi. Bir qədər sonra Fərmanın babası Mahmud və nənəsi Səhnə bizə gəldilər. Onlara baş verənləri danışdım. Onlar da hər ikimizi evlərinə aparmağa cəhd etdilər. Mən onlarla razılaşdım. Fərman isə evdə qalacağını dedi. Təkid etsələr də, Fərmanın fikrini dəyişə bilmədilər. Mən isə Mahmud və Səhnə ilə birlikdə onlara getdim. Yolda Səhnə narahat olduğunu, geri qayıdaraq Fərmanı da götürəcəyini dedi”.

“Məni qəfil vurdu”

Almazın sözlərinə görə, daha sonra Səhnə maşından düşərək geri qayıdıb: “Mən isə Mahmudla birlikdə onların evinə getdim. Mahmudgildə evin ikinci mərtəbəsinə qalxaraq divanda əyləşdim. Mahmud isə mənimlə otaqda qalmadı, həyətə düşdü. Bir qədər sonra həyətdən Fərmanın səsini eşitdim. Mahmud Fərmanı qarşıladı və mənim yuxarıda olduğumu bildirdi. Fərmanı yanıma göndərdi. Sonra Fərman yanıma gələrək nə etdiyimi soruşdu. Cavab verdim ki, telefonda şəkillərə baxıram. Fərman mənə inanmadı, Elnurla danışdığını dedi. Telefonu göstərərək heç kimlə danışmadığımı bildirdim. Fərman məndən telefonu alaraq baxandan sonra cibinə qoymaq istədi. Telefonumu geri istədim, telefonun içərisində heç bir nömrə olmadığını dedim. Telefonun üzərində Fərmana məxsus nömrə var idi. Həmin nömrəni öz evimizdə olan zaman Fərmana vermişdim. Fərman da nömrəni itirmişdi. Lakin bunu xatırlamadığı üçün nömrəni ondan gizlətdiyimi, yenidən Elnurla münasibətimin olduğunu bildirdi. Bir qədər uca səslə Fərmana heç kimlə münasibətimin olmadığını və məndən əl çəkməsini dedim. Bu zaman Fərman qəfil əyinindəki uzunqol köynəyin qolundan bıçağı çıxardaraq mənim sol çiynimə bir zərbə endirdi. Sonra bıçağı evdə ataraq getdi. Fərman məni bıçaqla vuran zaman qışqıraraq Mahmud və Səhnəni çağırdım. Onlar gələnə qədər Fərman artıq getmişdi. Onların köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına aparıldım”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Teleqraf.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Bu gün, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Bu gün, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Bu gün, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Bu gün, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Bu gün, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Bu gün, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Bu gün, 17:36
İran Ukraynaya nota verib
Bu gün, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Bu gün, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:23
PKK silahı yerə qoymağa başlayır
Bu gün, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Bu gün, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Bu gün, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Bu gün, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Bu gün, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Bu gün, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Bu gün, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Bu gün, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Bu gün, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Bu gün, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru