Əmək münasibətlərində olan və əlil olan işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı olmasına baxmayaraq, nədən və hansı səbəblərdən 25 faizə qədər əlavə əmək haqqı ödənilmir?
1. Qeyd etdiyimiz bu əmək münasibətləri AR Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş, "əlilliyi olan şəxslərin problemləri üzrə" kompleks PROQRAM ilə tənzimlənir.
2.Bu Proqramda əsas məqsədiRespublikanın iqtisadi və sosial həyatında baş verən dəyişikliklərlə əlaqədar əhalinin, xüsusilə onun ən çox qayğı tələb edən təbəqəsi olan əlilliyi olan şəxslərin sosial müdafiəsidir.
3. Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10- 15 faiz, orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əməkhaqqının 20 -25 faiz artırılmasının təmin edilməsidir.
4.AR Nazirlər Kabinetinin bu qərarına əsasən bu ödəniş yerinə yetirilməsi İşəgötürənlər üçün məcburi (imperativ) norma deyildir.
5. Bu ödəniş yalnlz aşağıdakı qərarlar olduğu halda həyata keçirilə bilır:
5.1. Əmək müqaviləsində nəzərdə tutulmuş halda.
5.2. Əmək kollektivinin razılığı olduğu halda
5.3 Kollektiv müqavilədə nəzərdə tutulmuşsa
5.4. İşəgötürənin könüllü iradəsi və istəyi ilə daxili normativ xarakterli hüquq aktlarda nəzərdə tutulan halda.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)