Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                     Şeyx Əbdüldən şok ittiham: .....                     "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." .....                 

Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Tarix: 15-05-2025, 12:08 | Çap et
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz
Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Məhkəmənin növbəti baxış iclası 13 mayda keçirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.
Qeyd edək ki, indiyə qədər keçirilən məhkəmə icraatlarında keçmiş qondarma "dqr"in saxta "prezident"ləri olmuş Araik Arutyunyan, Arkadi Qukasyan məhkəmədə həm özünü, həm də bütün erməni millətçilərini ifşa edən ifadələr verir. Qarabağın zorla Ermənistana birləşdirilməsi üçün əlindən gələni etmiş və işğal dövründə Azərbaycan xalqını qıcıqlandıran açıqlamaları ilə yadda qalmış bu xəyalpərəst separatçı-terrorçu ünsürlər indi Bakı məhkəməsinin kürsüsündə quzuya dönərək, özünü dünyaya realist insan kimi təqdim edir, əsrin etirafına imza atır və 38 il öncə aldatdıqları erməni xalqını bu gün "böyük Ermənistan" nağılına inanmamağa çağırırlar. Ruben Vardanyan isə onlardan fərqli olaraq ifadə verməkdən imtina edir, heç kimi ittiham etmir. Üstəlik, məhkəmədə xarici media nümayəndələrinin, beynəlxalq təşkilatların iştirakını tələb edir.
Bir müddət əvvəl də o, məhkəmə zamanı beynəlxalq və Azərbaycan prosessual qanunlarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmişdi.
Vardanyan, müharibə cinayətləri, terrorçuluq və qanunsuz silahlı birləşmələr yaratmaqla bağlı ittihamlar qarşısında özünü təqsirli bilmədiyini bildirir.
Lakin onun əvvəlki dövrlərdə Dağlıq Qarabağdakı separatçı fəaliyyətləri, silahlı münaqişələrə dəstək verməsi və siyasi rəhbərliyinin əsasını təşkil etməsi, bu ittihamların ciddi əsaslarının olduğunu göstərir.

Araşdırmaçı-jurnalist Asəf Quliyev “Şərq”ə bildirib ki, ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesi təkcə hüquqi və ədalət prizmasından deyil, eyni zamanda beynəlxalq siyasət, insan hüquqları və regional təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır:

“Bu proses Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirməklə yanaşı, dünya ictimaiyyətinə göstərir ki, müharibə və insanlıq əleyhinə cinayətlər cəzasız qalmayacaq. Məhkəmə prosesinin uzun və mürəkkəb olması müəyyən hallarda sübutların toplanması və təqsirin sübuta yetirilməsi baxımından çətinlik yarada bilər, lakin nəticədə bu cür cinayətlərin ifşa olunması və cəzalandırılması, beynəlxalq humanitar hüququn aliliyini təsdiqləyir”.
Ruben Vardanyanın məhkəməyə etirazlarına gəldikdə isə A.Quliyev deyib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş rəhbərləri – saxta “prezidentlər” – uzun illər boyu separatizmi dəstəkləyib, qeyri-qanuni silahlı birləşmələr yaradıb və onları maliyyələşdiriblər. Onların rəhbərliyi altında silahsız vətəndaşlara qarşı qətliamlar, etnik təmizləmə, deportasiya, əsir və girovluqda işgəncə halları, maddi-mədəni irsin talanı və dağıdılması kimi çoxsaylı cinayətlər törədilib. Bu şəxslərin hərəkətləri təkcə Azərbaycan qanunlarına yox, Cenevrə Konvensiyası və Roma Statutu kimi beynəlxalq hüquq sənədlərinə görə də hərbi və insanlıq əleyhinə cinayət sayılır. Onların məhkəmə prosesi və alacaqları cəza məlumdur.
Məhkəmədə həm özlərini, həm də bütün erməni millətçilərini, “miatsum” hərəkatını ifşa edən ifadələr vermələri də normaldır. Onların qarşısına konkret faktlar, videosübutlar qoyulur, şahid ifadələri dinlənilir. Bütün bunların qarşısında onların ittihamları rədd etməsi mümkünsüzdür. Onlar alacaqları cəzanın yüngülləşməsi naminə həqiqəti deyir, hərbi cinayətdə əli olan bütün erməni rəhbərlərini ifşa edirlər.

Bu baxımdan Ruben Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz. Amma onun da fəaliyyətinə və Qarabağa hansı məqsədlə göndərilməsinə dair kifayət qədər açıq və sübutlu məlumatlar mövcuddur. Vardanyan, sadəcə, iqtisadi və siyasi nüfuz vasitəsi kimi deyil, həm də erməni millətçi ideologiyasının “miatsum” xəttini həyata keçirmək üçün seçilmiş simvolik fiqur idi. Onun maliyyə resursları vasitəsilə bölgədə separatçılıq fəaliyyətlərinə yeni nəfəs verilməsi planlaşdırılırdı. O, beynəlxalq sanksiyalardan yayınaraq “humanitar donor” pərdəsi altında qanunsuz silah daşımaları, dezinformasiya kampaniyaları və digər cinayət əməllərinin maliyyə dayağını təşkil edib. Bütün bunlar gözümüzün qarşısında yaşanan proseslərdir. Ruben Vardanyanın etirazları da onun daxilindəki panikanın və çıxılmazlığın gizlədilməsidir. O özü də dərk edir ki, artıq itirməyə heç nəyi qalmayıb. Yəni onun davranışları kimlərəsə arxayınlığından qaynaqlanmır. Vardanyan, sadəcə, özünü “məğrur” göstərməyə çalışır, lakin zamanla anlayacaq ki, bütün bunların hamısı əbəsdir!”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru