
"Bu gün bir müğənni üçün konsert vermək həddindən artıq çətindir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "İncə səhər" verilişində deyib. Sənətçi konsert verməməsinin səbəbini açıqlayıb:
"2016-cı ildə son konsertim olub. Sonra pandemiya gəldi. İndi də başım verilişə qarışıb. Əvvəl sosial şəbəkə yox idi. İndi sosial şəbəkə buna imkan vermir. Bir müğənni haqqında hər şey sosial şəbəkədə var. O vaxtlar mobil telefon yox idi. Tamaşaçı konsertə gələndə ancaq sənə baxırdı. Saraylarda şəbəkəni yox edən aparatlar quraşdırılsın, içəri daxil olan kimi telefon işləməsin. Hamının başı telefondadır. Ya özünü çəkir, ya da kimləsə danışır. Bir də ayılır ki, konsert bitib".