
Ermənistan və Böyük Britaniya iki ölkə arasında əməkdaşlığın inkişafı üçün hərbi attaşelər təyin edə bilər.
“Report”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələ Berlində Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Böyük Britaniyanın silahlı qüvvələr naziri Lyuk Pollard arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri və onların inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
qeyd edək ki, S.Papikyan Berlində işgüzar səfərdədir. O, bu gün BMT-nin sülhməramlı məsələlərə dair nazirlər görüşünün rəsmi açılış mərasimində iştirak edib.