"Azəristiliktəchizat" ASC-nin 10 ildir “araşdırdığı şikayət” .....                     İllər ərzində işlə... sonra pulunu alma... .....                     Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı şikayətçidir .....                     Ordubadda büdcə pulları belə XIRID OLUNUB .....                     Bu nazirlərin yola salınacağı deyilir .....                     Yeni ili rayonlarda qarşılamaq istəyənlər: 5 min manatı hazır edin .....                     Paşinyan Rusiyanın əsas gücünə qarşı AÇIQ SAVAŞDA... .....                     Azərbaycanlıların bir-birinə qarşı vuruşduğu müharibə... .....                     “Bəhram Bağırzadə nə vaxtdan yazıçı olub ki?” .....                     "Mən və mənim kimi düşünənlər həmişə Türk birliyinin tərəfdarı olmuşuq" .....                     Avropa liderləri Ukraynanı belə təminat altına almaq istəyirlər .....                     ABŞ Ukraynaya ultimatum verib, təhlükəsizlik müqabilində ərazilərindən imtinanı tələb edib .....                     Anasını sevgilisi ilə lüt tutdu .....                     "Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" .....                     Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... .....                     Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb .....                     Bu axşam “Nar”da böyük həyəcan .....                     Ermənistanda da pensiya yaşı artırılır? .....                     Nura Suridən növbəti ETİRAZ .....                     "Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir..." .....                     "Bakcell" lotereyasında 10-cu lüks avtomobil uduldu! .....                     Prezidentin Amnistiya təşəbbüsü humanist idarəetmənin açıq təzahürüdür .....                     Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında .....                     “Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb .....                     Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR .....                     SEPAH Azərbaycandan əl çəkmir .....                     Kallas Kiyevə çağırış etdi .....                     Xocalı qatili "savaş mesajı" .....                     Ərdoğan sərt danışdı: .....                     5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var .....                     Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər .....                     Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu .....                     Moskvada tanışı Azərbaycan vətəndaşını dərədə öldürdü .....                     Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi .....                     “Onların da amnistiyaya düşməsini istərdim” .....                     Ramiz Mehdiyevin adı qarışan qətl işində köhnə ssenari işə düşüb .....                     İcra başçısı baş mütəxəssisi işdən çıxardı .....                     Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş .....                     "DTX-nın keçirdiyi bu əməliyyatlar..." .....                     Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək .....                 

“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Tarix: 18-02-2025, 16:46 | Çap et
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik”
"Biz uşaqlarımız üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq. Məqsədimiz onların sağlam, bilgili, dünyagörüşlü olmalarıdır. Bunun üçün innovativ və sosial əhəmiyyətli layihələr həyata keçirməyə çalışırıq. Amma bu məsələdə ciddi dəstəyə ehtiyacımız var”.

Bunu Azərbaycan Uşaq Fondunun İdarə heyətinin sədri Zəhra Bədəlbəyli Bizim.Media-ya müsahibəsində bildirib. Fond rəhbəri hazırda qurumdakı vəziyyətdən, görüləcək işlərdən danışıb:

- Bir dönəmlər Azərbaycan Uşaq Fondunun adı tez-tez çəkilirdi. Amma sonra fəaliyyəti görünmədi...

- Bizim Fond 1988-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə təsis olunub, 1991-ci ildən isə müstəqil qurum kimi fəaliyyət göstərir. Bu illər ərzində fond uşaqların inkişafına, onların təhsilinə və sosial rifahına yönəlmiş çoxsaylı layihələr həyata keçirib. Amma sonra fəaliyyəti zəiflədi. Son üç ildir ki, fondda yeni heyət, biz fəaliyyətə başlamışıq. Öncə onu modernləşdirməyə çalışdıq. Fondun saytını yaratdıq, daha sonra isə tam rebrendinq həyata keçirdik. Çünki istəyirik ki, bu qurum müasir dövrün tələblərinə uyğunlaşsın. Təbii ki, bununla yanaşı yeni layihələrə də start verdik.

- Hansı layihələr həyata keçirmisiz?

- Bizim Fond əsasən, uşaqların sosial, təhsil və sağlamlıq problemlərini əhatə edən layihələr həyata keçirir. Düzdür, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi də uşaq və yeniyetmələrlə bağlı çox işlər görür. Amma çalışırıq ki, uşaqlara daha geniş dəstək göstərək – istər sağlamlıq, istər istedadlı uşaqların inkişafı, istərsə də psixoloji və sosial dəstək baxımından... Məsələn, "Peşəkar" layihəmiz çərçivəsində sığınacaqda yaşayan uşaqları müxtəlif peşəkar şəxslərlə görüşdürərək onların gələcək inkişafına kömək etməyə çalışırıq. Eyni zamanda "Mədəni Ol" və "Cinsi Yetkinlik" proqramlarını hazırlamışıq ki, bunlar da uşaqların bilik və bacarıqlarının artırılmasına yönəlib".

Eləcə də, “Bona Dea" klinikası ilə müqaviləmiz var. İmkanları məhdud ailələrdən olan uşaqları güzəştli şəkildə orada müalicə almağa yönləndiririk. Eyni zamanda, serebral iflicdən əziyyət çəkən uşaqların xaricdə müalicəsinə dəstək göstəririk. Artıq bir uşağın Çində xüsusi metodlarla müalicə almasına nail olmuşuq və o, sağalıb. İndi istəyirik bu, müalicə proqramını genişləndirək və həmin həkimi ölkəmizə dəvət edək ki, daha çox uşağa yardım edə bilək.

Fondun həyata keçirdiyi digər maraqlı təşəbbüslərdən biri də uşaqlar üçün təşkil olunan mədəni və əyləncəli tədbirlərdir.

"AzTelekom" şirkətilə birlikdə innovativ texnologiyalar mövzusunda layihə reallaşdırmışıq. "Libraf" kitab mağazasında sığınacaqlardan gələn uşaqlar üçün "Nağıl saatları" təşkil edirik, müəllifləri dəvət edirik, onlar öz əsərlərini uşaqlara oxuyurlar. "Park Cinema"da isə uşaqlar üçün ödənişsiz cizgi filmlərinin nümayişini təşkil edirik. Məqsədimiz odur ki, sosial cəhətdən həssas qruplardan olan uşaqlar da mədəni tədbirlərdə iştirak edə bilsinlər. Amma bunun üçün ciddi dəstəyə ehtiyacımız var.

- Fonda dövlət dəstəyi yoxdurmu?

- Xeyr. Bu qədər uğurlu işlərimizə baxmayaraq, Fondun daimi maliyyə mənbəyi yoxdur. Bizim qurum dövlət tərəfindən təsis olunsa da, dövlətdən maddi dəstək almırıq. Fondumuzun 77 rayon şöbəsi var idi, lakin hazırda 43 filial fəaliyyət göstərir və onların bəzilərinin işi lazımi səviyyədə deyil. Bunun əsas səbəbi maliyyə vəsaitinin çatışmazlığıdır. Son üç ildə layihələrimizi özümüzün və dostlarımızın dəstəyi ilə həyata keçirmişik. Maaşları da bu qaynaqla ödəyirik.

Amma bəzi proqramları davam etdirmək üçün mütləq əlavə maliyyə lazımdır. Məsələn, peşəkar mütəxəssisləri cəlb etdiyimiz layihələr var. Başlanğıcda könüllü iştirak edirlər, amma uzunmüddətli əməkdaşlıq üçün müəyyən qonorar ödəmək lazım gəlir. Təəssüf ki, bunun üçün yetərli vəsait yoxdur.

“Pul istəyəndə “Maliyyə Nazirliyi deyir ki, ianələr toplayın...”

- Bəs, özəl şirkətlərə müraciət etmisizmi?

- Özəl şirkətlərə müraciət edəndə təəccüblənirlər ki, niyə dövlətdən maliyyələşmirsiniz? Maliyyə Nazirliyinə müraciət edəndə isə deyirlər ki, ianələr toplayın, qrant layihələrinə qoşulun və s. Yaxud, Təhsil Nazirliyi ilə proqramla bağlı müzakirələr aparanda deyirlər ki, siz doğru, vacib mövzuları seçmisiz, amma vəsait ayıra bilmirik. Ona görə də biz o proqramları dayandırmaq məcburiyyətində qalırıq. Mədəniyyət Nazirliyindən də həmçinin... Bizə çox cüzi ianə köçürülür. O ianələr də heç kommunal xərclərimizi belə ödəmir. Borclarımızın cüzi hissəsinə veririk.

“Hökumət evinə kommunal borclarımız var”

- Borcunuz nədən yaranıb?

- Bilirsiniz, biz Hökumət Evində yerləşirik. Bizdən əvvəl yığılan kommunal borclar hələ ödənilməyib. Biz neçə müddətdir onları ödəyirik. Daha öncə maaşla bağlı da borclar vardı, onları ödədik. Amma kommunal borclar qalıb. Bir neçə il ödənilməyib deyə yığılıb qalıb. Bizdən əvvəlki dönəmdə fondun fəaliyyəti zəif olub, layihələri olmayıb və iş demək olar ki, dayanıb. Bu səbəbdən çox istəyirik ki, layihələrimizə nazirliklər dəstək olsunlar. Çünki bu layihələr həqiqətən uşaqlarımız, cəmiyyətimiz üçün çox mühümdür.

- Dediniz, uşaqların sağlamlığı ilə bağlı da layihələriniz var....

- Bəli, var. Məsələn, qeyd elədiyim kimi, Fondumuzun "Bona Dea" klinikası ilə müqaviləsi var. Biz layihə çərçivəsində Fonda müraciət edən uşaqları ora yönəldirik və onlar güzəştli qiymətlərlə orda müalicə olunurlar. Toplanan ianələrlə xəstəxananın borcunu ödəyirik. Lakin ianələr az olduğuna görə, xəstəxanaya borclu qalırıq. Düzdür, şükürlər olsun, yönəltdiyimiz uşaqlar sağalıb, amma biz hələ də xəstəxanaya borclu qalmışıq.

“Serebral iflicdən əziyyət çəkən uşaqlar sağalır”

Eləcə də Fondumuzun Binəqədi şöbəsi tərəfindən serebral iflicdən əziyyət çəkən uşaqların Çində müalicə almasına yardımçı oluruq. Ordakı klinikalardan birinin həkimi özünəməxsus metodla iflic uşaqları sağaldır. Həmin uşaqlar o klinikada sağlamlığının bərpası üçün çox əhəmiyyətli müalicə alırlar. Bu, çox böyük və mühüm bir proqramdır və bizə bunun üçün də maddi dəstək lazımdır. Ora bir uşaq göndərmişik və sağalıb. Əslində bir uşağı ora aparmaq o qədər də böyük xərc tələb etmir. Gediş-gəliş haqqı, 1 aylıq müalicə müddəti, qidalanma və xəstəxana məsrəfləri təxminən 7 min dollardır. Amma uşaq yarım ildən bir təkrar müayinə edilməlidir. Ona görə də istəyirik ki, daha çox uşağın müalicə ala bilməsi üçün həmin həkimin Azərbaycana gəlməsini təmin edək. Eyni zamanda uşaqlar üçün kibertəhlükəsizlik mövzusunda maraqlı layihəmiz var. Uşaqların təhlükəli virtual oyunlardan qorunması, kibertəhlükəsizliklə bağlı böyük tədbir düzənləmək fikrindəyik. Seminarlar, master klassların təşkil olunmasını istəyirik. Bu yöndə konkret təkliflərimiz də var. Həmin təkliflərin aktuallaşmasını və qanunlarımıza daxil edilməsini istəyirik. Bir sözlə, çalışırıq ki, uşaqlarımız üçün hər şeyin ən yaxşısını edək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azəristiliktəchizat" ASC-nin 10 ildir “araşdırdığı şikayət” - NARAZILIQ VAR...
Bu gün, 07:14
İllər ərzində işlə... sonra pulunu alma... - AXI NİYƏ?..
Bu gün, 07:11
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı şikayətçidir - “Yeni sədrdən sonra məcbur edildim...”
Bu gün, 07:06
Ordubadda büdcə pulları belə XIRID OLUNUB - İcazə verin şübhələnək...
Bu gün, 07:01
Bu nazirlərin yola salınacağı deyilir - ADLARI AÇIQLANDI
Bu gün, 06:55
Yeni ili rayonlarda qarşılamaq istəyənlər: 5 min manatı hazır edin - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
Paşinyan Rusiyanın əsas gücünə qarşı AÇIQ SAVAŞDA... - AKTUAL
Bu gün, 06:44
Azərbaycanlıların bir-birinə qarşı vuruşduğu müharibə... - MALƏSƏF...
Bu gün, 06:42
“Bəhram Bağırzadə nə vaxtdan yazıçı olub ki?” - ETİRAZ
Bu gün, 06:39
"Mən və mənim kimi düşünənlər həmişə Türk birliyinin tərəfdarı olmuşuq" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:33
Avropa liderləri Ukraynanı belə təminat altına almaq istəyirlər - DETALLAR
Bu gün, 06:30
ABŞ Ukraynaya ultimatum verib, təhlükəsizlik müqabilində ərazilərindən imtinanı tələb edib - Politico
Bu gün, 06:27
Anasını sevgilisi ilə lüt tutdu - Maştağada qətl törədən oğul HƏBS OLUNMADI
Dünən, 21:05
"Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" - Zirəddin Rzayevdən ŞOK açıqlamalar
Dünən, 21:01
Keçmiş deputat Sənaye və Texnologiya Kollecinin direktoruna `GÖRMƏMİŞ` DEDİ... - "Bu, yeni hal deyil..."
Dünən, 18:11
Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb
Dünən, 18:08
Bu axşam “Nar”da böyük həyəcan – Növbəti avtomobil səni gözləyir
Dünən, 18:03
Ermənistanda da pensiya yaşı artırılır?
Dünən, 18:01
Nura Suridən növbəti ETİRAZ - "Xoşbəxt adamlarsınız e, xəbəriniz yoxdur..."
Dünən, 17:56
"Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir..." - REAKSİYA
Dünən, 17:51
"Bakcell" lotereyasında 10-cu lüks avtomobil uduldu!
Dünən, 17:48
Prezidentin Amnistiya təşəbbüsü humanist idarəetmənin açıq təzahürüdür - ŞƏRH
Dünən, 17:45
Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında – PULLAR KİMİN CİBİNDƏDİR?
Dünən, 17:35
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
Dünən, 17:28
Yeni il gecəsi Bakı restoranlarında ŞOK QİYMƏTLƏR - Yerlər tükənir, qiymətlər ƏL YANDIRIR
Dünən, 17:05
SEPAH Azərbaycandan əl çəkmir
Dünən, 17:03
Kallas Kiyevə çağırış etdi - “Donbası verməyin!”
Dünən, 17:00
Xocalı qatili "savaş mesajı" VERDİ
Dünən, 16:56
Ərdoğan sərt danışdı: - CHP Azərbaycanı elə yaraladı ki...
Dünən, 16:54
5 minə yaxın şəxsin cəzadan tam və ya qismən azad edilməsi ehtimalı var - Əliməmməd Nuriyev
Dünən, 16:53
Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər - Ermənistan KİV
Dünən, 16:49
Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu - SİYAHI
Dünən, 16:48
Moskvada tanışı Azərbaycan vətəndaşını dərədə öldürdü - TƏFƏRRÜAT
Dünən, 16:42
Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi - “Oğru yığnağı elə düşünməməlidir ki...”
Dünən, 16:40
“Onların da amnistiyaya düşməsini istərdim” – Novella Cəfəroğlu
Dünən, 16:38
Ramiz Mehdiyevin adı qarışan qətl işində köhnə ssenari işə düşüb - zərərçəkənlər “boz kardinal”ın adı ilə “vurulur”
Dünən, 16:21
İcra başçısı baş mütəxəssisi işdən çıxardı - BUNDAN SONRA...
Dünən, 16:19
Biləsuvarda qayınananı öldürən gəlin öz BALDIZI QIZI imiş - TƏFƏRRÜAT
Dünən, 16:17
"DTX-nın keçirdiyi bu əməliyyatlar..." - ŞƏRH
Dünən, 16:14
Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
Dünən, 16:04
Daha bir başçının həbsi gözlənilir... - İTTİHAM VAR...
Dünən, 15:59
“Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? – Hüquqşünas açıqladı
Dünən, 15:50
Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir - Hərbi ekspert
Dünən, 15:47
Azərbaycan neft məhsullarının Ermənistana idxalı - “Kommersiya sirridir”
Dünən, 15:44
Zelenski Donbasla bağlı Rusiyaya güzəştdən imtina etdi - “Bild”
Dünən, 15:43
Amnistiyanın kimlərə şamil olunacağı məlum olub - DİQQƏT
Dünən, 15:37
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Dünən, 15:35
THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib - TƏFƏRRÜAT
Dünən, 15:30
Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir? - AKTUAL
Dünən, 15:28
Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - DETALLAR
Dünən, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru